İtirmək qorxusu

Bir də görürsən məhlənin ortasında dayanıb gedənə çəp baxan, gələnə çöp taxan bir oğlan evlənir. İtirəcəyi bir şeyi yox idi. İndi arvad uşaq vardır. Ən yaxşi halda onun cavanlığını görənlər deyir ki, “Eh bunun vaxtları var idi. İndi isə sakit, hərdən hətta bir az xod gedən arvadın yüksək səsi altında xırda xırda yaşayır”.

Ya da ki, baxırsan gənc ikən mitinqlərdə boy göstərən, İranı cıran, Turanı qıran, Amerikadan hesab soran bir oğlan yaxşı bir yerdə işə düzəlir. Artıq əqidə yoldaşları da bunun gününə düşür. Bir də görürsən ağ köynək qalstuqda təki salamatlıq, sakitçilik olsun deyə özü üçün xırda-xırda dolanır.

Bir-iki sot torpaq, kürsülü ev. Bir furqon maşın. Getdi ideallar. Sonra baxırsan bir dindar cavanlığında Həmzə kimi olmaq eşqi, imam Hüseyn kimi hayqırmaq eşqi. Qəfil olur xudmani dini icmada başçı. Xırda-xırda dolanır. O toyda bir kabab, bu toyda bir aş arada yasda ağ təpə. Bir əmmamə bir cübbə. Oldu artıq bir züppə.

Ya da baxırsan gənc bir müəllim ideyalarla dolu. Amma düşür bir kafedraya, köhnə muəllimlərin içinə hansı ki, arzuları bala-bulaya gün ağlamaq. Bir iki il sonra iclasda bu gənc müəllim hamıdan öndə müdirin kölgəsində. Axı o artıq doktor dərəcəsi alıb, hamı ona “müəllim” deyir. Bir-iki cavan tələbə qız da onu sevir. Bu da bilir, amma üstünü vurmur sadəcə. Bax belə dostlar.

Sizi bilmirəm mən həyatımda itirmək qorxusunun gücünü çox gördüm. Hələ baxmayaraq ki, sərbəst peşədəyəm.

Özəl qələmdən..

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.