Dəvət etdiyin insanı tanı

Sən düzgün variantı təqdim edəndə insanın ilk öncə ağlını qane etməli sonra isə qəlbini rahatlatmalısan.

Daha sonra həyat uğrunda mübarizə ehtiyacı. Sən başa salmalısan ki, əgər insanlar ilahi rəhbərlik ilə həyat uğrunda mübarizə aparmazlarsa o zaman hamı biri birinin yırtıcısı olar.

Daha sonra nəsil davam etdirmə ehtiyacı. Bax dəvətçi qardaşım.... buna da çox önəm ver. Belə ki, cahiliyyə nəslin təmizliyinə ziyan vurur. Ailəni öz təyinatından çıxardır. Bunu insanlara xatırlat. Çox insan buna qəfləti səbəbi ilə önəm verməz. Bu gün kafirlər kişini kişi qadını qadınla evləndirir. Hətta itlə belə. Sən xatırlat ki, sənin dinin bunun da ən optimal yolunu göstərir. Kişi və qadın arasında yaradılış xüsusiyyətinə uyğun nikah! Sən atanı necə tanıyırsansa səndən sonra gələn də tanısın.

Nəhayət üzvü ehtiyaclar. Yemək, içmək. Burada da sən insanlara ən gözəlini təqdim edirsən. Çünki:

O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır. Əraf-157

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.