Skip to main content


Əməli tərk etmək insanı imandan çıxarır deyən firqələr

1-Mötəzilə firqəsi:

Bunlar əməli tərk edənin imandan cıxacağına ancaq küfrə düşməyəcəyinə, bu ikisinin arasında fasiqlik mərtəbəsində qalacağını demişdir. Daha açıq bir ifadə ilə desək, qəlbi ilə iman edib dili ilə təsdiq edən, lakin əməl etməyən şəxs nə mömindir, nə də kafir. Bu bir fasiqdir. Bununla birlikdə Axirətdə əbədi olaraq Cəhənnəmdə qalacaqdır. Çünki, Axirətdə cənnətliklər və cəhənnəmliklər olaraq iki firqə olacaq. Əməli tərk edən fasiq, Cənnət ilə Cəhənnəm arasında bir yer olmadığı üçün, Cəhənnəmə girəcək, ancaq əzabı iman etməmiş kafirlərin əzabından daha yüngül olacaqdır deyirlər. Bunlar böyük günah edənin əbədi olaraq Cəhənnəmdə qalacağına dəlil olaraq bu ayəni qeyd etmişdirlər:

Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar! (Nisə 93)

Böyük günah edənin mömin olmayacağına isə, bu ayəni və aşağıdakı hədisi dəlil olaraq gətirmişdirlər:

Məgər mömin kimsə ilə (Allah`ın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər! (Səcdə 18)

Bunlar ayənin izahında belə demişdirlər: “Allah bu ayədə fasiqi möminin əksi olaraq qeyd etmişdir. Bu da fasiqin dindən çıxdığını göstərməkdədir”.

Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbərin salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Zina edən şəxs zina etdiyi zaman mömin olaraq zina etməz, içki içən şəxs içki içdiyi zaman mömin olaraq içki içməz, oğurluq edən şəxs oğurluq etdiyi zaman mömin ola bilməz. İnsanların gözünün qarşısında talançılıq edən şəxsdə bunu etdiyi zaman mömin olmaz”. ( Buxari, Müslim, Tirmizi, İbn Macə, Darimi, Beyhaqi)

Mötəzilə firqəsi bu hədisi də belə izah etmişdirlər: “Hədisdə zina edənin, içki içənin və oğurluq edənin imanın xaricinə çıxdığı qeyd edilmişdir. Ancaq belə bir şəxs kafir olmaz. Beləki, ümmət əməli tərk edib fasiq olanı öldürmədiyi, ona dindən çıxan mürtədin hökümlərini tətbiq etmədiyi və möminlərin qəbiristanlığında dəfn etdikləri mütəvatir bir məsələdir. Müsəlmanlar, əməli tərk edərək böyük günah edəni ittifaqla fasiq saydıqları üçün, bizdə üzərində ittifaq ediləni götürdük və ona fasiq dedik. Xaricilərin belə şəxslərə kafir deməsini isə doğru görmədik”.

Mötəzilə firqəsinə qısa olaraq belə cavab verilmişdir:

Sizlər ümmətin icmasının xaricinə çıxaraq iki mərtəbə arasında (Cənnət və Cəhənnəm) bir mərtəbə bidətini icad etdiniz. Bu batil bir iddiadır. Buna dəlil olaraq gətirdiyiniz Səcdə surəsindəki ayədə keçən “fasiq” sözündən məqsəd, yoldan çıxan günahkar şəxs deyil kafir olan insandır. Quranda fasiq sözünün həm günahkar, həmdə kafir mənasında istifadə edildiyi məlumdur. Aşağıdakı ayələ bu növdəndir:

(Ya Rəsulum!) Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər. (Bəqərə 99)

Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allah`ı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər. (Tövbə 84)

Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allah`ın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur 55)

Dəlil olaraq gətirdiyiniz hədisə gəldiyimzdə isə, Peyğəmbər bu hədisdə insanları günahlardan uzaqlaşdırmaq üçün bu növ ağır ifadələr istifadə etmişdir.

2- Xəvaric firqəsi
Ardı var.....