Ad və sifətlər tövhidi

          Bunlar Uca Allahın adlarıdır. Başqa adlara misal olaraq Əl Basir olan Allah, yəni hər şeyi görən ALLAH anlamındadır. Ad və sifətlərdə Allahı birləmək o mənadadır ki, yəni bu ad və sifətlər yalnız Allaha məxsusdur. Allahdan başqa kimsə bu ada və sifətə sahib deyil. Məsələn, biz də görü- rük, ancaq biz sadəcə yaxını görürük. Divarın bu tərəfində olduğumuzda o tərəfini görə bilmirik. Ancaq Uca Allah hər şeyi görür. Bütün kainatı, onun içərisində olan hər şeyi. Ən gizlində olan bir şeyi belə görür. Deməli hər şeyi görmək yalnız Allaha məxsusdur. Həmçinin torpağın altında olan hər bir toxumun quru yaxud nəm olduğundan da Uca Allah xəbərdardır. O əl Xabirdir. Yəni hər şeydən xəbərdar olan Allahdır. Hər kəsin qəlbində nə düşündüyünü və hansı əməl edəcəyini də öncədən biləndir. Allahın izni olmadan bir yarpaq belə ağacdan yerə düşməz. Bu sifətlər yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ondan başqa heç kəs bu ad və sifətlərə sahib ola bilməz. Ona görə də biz Onu bu sifətində yaxud adında birlədik, yəni bir olduğuna inandıq. Bizim etiqadımıza görə Rəbbimiz olan Allahın adları ən gözəl, kamil sifətləri isə ən ucadır.

Allah hər şeyi görür, bilir və hər şeydən xəbərdardır

 “Allah sizin nə etdiklərinizi görəndir!”4 Uca Rəbbimiz bizim etdiklərimiz hər bir əməli görür və bilir. Biz etməmişdən daha öncə onu bilir. Qəlbimizdən keçənləri belə bilir: “O, (hər şeyi) incəliyinə qədər biləndir (Əl Lətifdir), (hər şeydən) xəbərdardır (Əl Xabirdir).”5 Hər şeyi bilən Əl Alim olan Rəbbimiz biz qəlbimizdə bir şey fikirləş- diyimizdə mələklərə əmr edər - Əgər yaxşı əməllər edəcəyimiz haqda plan qursaq və etsək 10 savab yazılar. O əməli həyata keçirə bilməsək isə 1 savab qeyd olunar. Ancaq pislik edəcəyimiz haqqında plan qursaq və sonra Allahdan qorxub onu tərk etsək yenə bizə savab yazılır. Uca Allah Öz qullarına qarşı belə mərhəmətlidir. O istəyir ki, biz həmişə xeyir əməllər haqda düşünək və xeyirli işlər görək. Ona görə də hər zaman yaxşı əməllər etməyə çalışmalı, ağlımızdan günah iş tutmaq keçdiyində onu Allah üçün tərk etməliyik. Bu zaman Rəbbimiz bizi mükafatlandırar. Çünki, O, qullarının əməllərini qiymətləndirəndir.

            Bir əməl etdiyimizə bilməliyik ki, Uca Rəbbimiz bizi görür və Onun mələkləri əməllərimizi yazır. Biz hara getsək də, harada olsaq da yenə Rəbbimiz bizi görür. Onun bilgisi hər şeyi əhatə etmişdir. 

Qaynaqlar

4 Hucurat surəsi 18-ci ayə

 5 Mulk surəsi 14-cü ayə

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.