Skip to main content


Allahın elçiləri (Peyğəmbərlər)

Allah bizə bunu elçiləri və peyğəmbərləri vasitəsi ilə bildirdi. Müxtə- lif dövrlərdə müxtəlif cəmiyyətlər içərisindən insanların ən yaxşı ola nını seçdi və elçi, yaxud peyğəmbər olaraq göndərdi. Seçdi yi pey ğəmbərlərə İslam dinini öyrətmək üçün yalnız elçilərinə və pey ğəm bərlərinə xas olan vəhy nazil etdi. Əmrləri və qadağaları onlara bil dirdi. Allahın peyğəmbərləri isə onlara əmr edilənləri digər insanlara çat dırdı.

Allahın elçiləri (rəsulları) və peyğəmbərləri (nəbiləri) kimdir? Onlar Allahın seçilmiş olan qullarıdır. Yəni insanlar içərisində ən yaxşı, ən doğru danışan, ən səbirli insanlardır. Allah onlara əmrlərini vəhy mələ- yi olan Cəbrayıl vasitəsi ilə çatdırır. Peyğəmbərlər və elçilər insanlara nə deyirdilər? Peyğəmbərlər bizə Allaha necə ibadət və itaət etməyi öyrədirlər. Yalnız Ona ibadət etməyi və ibadətdə Rəbbimizə heç bir şeyi şərik qoşmamağa çağırırlar.

Niyə biz Allaha ibadət və itaət etməliyik? Ona görə ki, biz öncədən yox idik və Allah bizi yoxdan yaratdı. Allah bizi onun üçün yaratdı ki, biz ona ibadət edək. Biz Allaha bu dünyaya gəlmədən öncə söz verdik ki, dünyaya gəldiyimizdə yalnız Ona ibadət edəcəyik və ona heç bir şeyi şərik qoşmayacağıq. Ondan başqa (yalnız Onun qadir oldu- ğu məsələlərdə) heç kimdən kömək istəməyəcək, Ondan başqa heç kimə sığınmayacağıq. Həyatımızı Onun əmrlərinə əsasən quracağıq

Biz Allaha ibadət və itaət etməliyik ki, Allah bizdən razı qalsın. Əgər Allah bizdən razı qalsa, O, bizim həyatımızı dəyərli edəcək. Öldükdən sonra isə yenidən dirildəcək və bizə mükafat olaraq əbədi qalacağımız Cənnəti verəcəkdir. Biz Allaha ibadət etməliyik. Çünki, bizi O yaratdı və bizim sahib oldu- ğumuz hər şeyi O bizə verdi. Bizə gözlərimizi verdi– biz onlarla görürük. Bizə qulaqlarımızı verdi biz onlarla eşidirik. Bizə dilimizi verdi– biz onunla danışırıq. Bizə ayaqlarımızı verdi– biz onlarla yeriyirik. Bizə əllərimizi verdi– biz onunla istədiyimizi edirik. Bir sözlə bizim sahib olduğumuz hər şeyi O bizə verdi ki, biz Ona şükür edək. Bir anlıq düşünün ki, bizim gözümüz olmasa biz gülləri, çiçəkləri, ağacları, göyü, dağları valideynlərimizi və s. görə bilməzdik. Rəngləri seçə bilməzdik. Qulağımız olmasa idi Quranı necə dinləyərdik, valideynlərimizin səsini necə eşidərdik? Ayaqlarımız olmasa ən kiçik məsafəyə nə qədər əziyyətlə sürünərək gedərdik?! Əllərimiz olmasa necə yemək yeyərdik, necə yazı yazardıq? Dilimiz olmasa necə fikirimiz çatdırardıq? Deməli, hər birimiz bizə verdiyi bütün bu nemətlərə görə Allaha şükür etməli və bu nemətlər vasitəsi ilə yalnız Ona ibadət etməliyik. Çünki onları Allahın istədiyi kimi istifadə etməyimiz bizim Rəbbimizə şükürümüzdür. Ancaq haramlara istifadə edəriksə bu artıq Allaha qarşı nankorluqdur. Məhz buna görə də, gözü müz yalnız Onun sevdiyi şeylərə baxsın. Qulağımız yalnız Onun sevdiyi şeyləri dinləsin. Dilimiz yalnız Onun razı olduğu şeyləri danışsın. Axı bunları bizə verən Odur.

Beləliklə, biz yalnız Allahı razı salmağa çalışmalıyıq. Əməllərimizi yalnız Onun rizasını qazanmaq üçün etməliyik. Sonra isə etdiyimiz əməli peyğəmbərimizin (sallallahu aleyhi va səlləm) etdiyi kimi onun sünnəsinə uyğun yerinə yetirməliyik. Yox əgər başqa cür etsək Allah bizdən əmə limizi qəbul etməz, hətta Onun rizası üçün etsək də belə. Elə isə bi zə məlum oldu ki, biz ilk öncə etdiyimiz əməli Allah üçün etməli, sonra isə peyğəmbərin (sallallahu aleyhi va səlləm) etdiyi kimi etməliyik. Peyğəmbər ərəbcə “Nəbi” adlanır. Elçiyə isə “Rasul” deyilir. Rasullar digər peyğəmbərlərdən seçilir. Onlar Allahın kitab (şəriət) verdiyi peyğəmbərlərdir. Bütün peyğəmbərlər və elçilər yalnız bir olan Allaha ibadət etməyə çağırmışlar.

Ən birinci peyğəmbər və elçi kim olub? Birinci peyğəmbər Adəm (aleyhissələm) olub. Həmçinin o Yer üzündə ilk insan olub. Nuh (aleyhissələm) isə Allahın insanlara göndərdiyi ilk elçidir (rəsuldur).

Allahın sonuncu peyğəmbəri və elçisi kim olub? Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) Allahın sonuncu peyğəmbəri və elçisidir. Ondan sonra heç bir peyğəmbər gəlməyib və heç zaman da gəlməyəcək. Adəm peyğəmbərlə (aleyhissələm), Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) arasında bir çox peyğəmbərlər olmuşdur. Onların hamısı Allaha ibadət etmiş və insanları da yalnız Allaha ibadət et məyə çağırmışlar. Onların heç biri heç vaxt Allahdan qeyri heç kimə ibadətə çağırmamışlar.

Allah bütün millətlərə peyğəmbər göndərmişdirmi? Bəli, Uca Allah yer üzərində yaşayan hər bir millətə və xalqlara ayrı-ayrılıqda peyğəmbərlər göndərmişdir. Allah bütün peyğəmbərləri də eyni çağırışla- risalə ilə göndərmişdir.

Bütün peyğəmbərlərin gətirdiyi risalə nədir? Bu risalə “Lə iləhə İllallah” risaləsidir. Mənası: “Allahdan başqa ibadət ediləcək haqq məbud yoxdur deməkdir.” Bütün peyğəmbərlər öz qövmlərini bu sözə, yəni Allahdan başqa heç kəsə ibadət etməməyə ça- ğırmışlar. Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) isə bütün bəşəriyyəti bu kəlmənin ətrafında birləşməyə çağırmışdır

Niyə Allah bir çox peyğəmbərlər göndərib? Allah bütün millətlərə peyğəmbərlər göndərib. O zaman ki, insanlar Allahın risaləsini unudur, ibadətdə şərik qoşmağa meyl edir və ya başlayırdılar O, yenidən peyğəmbər göndərirdi ki, insanlar Allah qarşısında və- zifələrini xatırlasınlar.

Yer üzünə neçə peyğəmbər göndərilmişdir? Göndərilən peyğəmbərlərin sayı haqda Quranda konkret məlumat yoxdur. Qurani-Kərim hər millətə, hər bölgəyə bir peyğəmbər göndərildiyini vurğulamışdır[1]. Peyğəmbərlərin sayı ilə bağlı hədisdə bildirilir ki, yer üzünə 124 min nəbi, 313 rəsul göndərilmişdir[2].

Uca Allah Məhəmməd peyğəmbər (sallallahu aleyhi va sələm) vasitəsi ilə risalətini tamamladı. Artıq ondan sonra peyğəmbər olmayacaqdır. O, peyğəmbərlərin və elçilərin sonuncusudur.

Allahın Məhəmməd peyğəmbərə (sallallahu aleyhi va səlləm) verdiyi risalə İslam dininin bəşəriyyət üçün nəzərdə tutulmuş son şəriətidir. İslam dini qiyamət gününə qədər Allah qatında yeganə qəbul olunan dindir. Haqq din yalnız İslamdır. Kim İslamdan başqa dinin ardınca gedərsə Allah ondan bunu qəbul etməz və onu əbədi qalacağı Cəhənnəmlə cəzalandırar. Əgər biz İslamın əmrlərini yerinə yetirsək sülh içərisində xoşbəxt həyat sürərik. Allahdan istəyək ki, bizi doğru yola, İslam dininə yönəltsin. Amin

Qaynaqlar

[1] “Fatir” surəsi, 35/24; “Mumin” surəsi, 40/78.

[2] İbn Hibban, “Səhih”, 2/77.