Skip to main content


Məhəmməd Peyğəmbər (Sallallahu aleyhi va səlləm)

Məhəmməd peyğəmbər (sallallahu alleyhi va səlləm) harada doğulmuşdur ?
O, Ərəbistan ərazisində Məkkə şəhərində doğulmuşdur. Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) həyatında bir çox sıxıntılı anlar yaşamışdır. O hələ doğulmamışdan öncə atası Abdullah dünyasını dəyişmişdir. Anası Əminə isə hələ Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) 6 yaşında ikən vəfat etmişdir. Bu hadisələrdən sonra onun qayğısına babası Abdulmuttalib qalmış dır. Ancaq Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va səlləm) 8 yaşı olanda babası Abdulmutallib də öldü. Bundan sonra o əmisi Əbu Talibin yanında yaşamağa başladı.Həzrəti Məhəmməd (sallallahu aleyhi va səlləm) xoş xasiyyətli, gözəl tərbiyəli bir gənc kimi böyüyürdü. O, gözəl xüsusiyyətlə- ri, doğruluğu ilə dostları arasında seçilirdi. Bu xüsusiyyətləri onu qohumları və dostları arasında daha da məşhurlaşdırırdı. O, çox diqqətçil və dü- şüncəli idi. O, hələ gənc ikən əmisinin qoyunlarını otarardı. Ümumiyyət lə bütün peyğəmbərlər çobanlıq etmişdilər. Bu da onlara gələcəkdə idarə- çiliyi öyrədirdi. Məhəmməd (sallallahu aleyhi va səlləm) çöldə qoyunla rı otardığı əsnada dünya haqqında, yaşadığı Məkkə və onun xalqı haqqın da düşünürdü. Bu zaman isə Allahın qüdrətini daha da dərindən dərk edir di. Məhəmməd (sallallahu aleyhi va səlləm) yaxşı bir insan olaraq yetişmiş dir. Bütün Məkkə xalqı ona hörmət edirdi. Onlar ona “Əl- Əmin”– inanılan insan deyirdilər. Çünki Məhəmməd (sallallahu aleyhi va səlləm ) heç vaxt yalan danışmamışdır. O, hər zaman doğru söz danışar, yaxşı işlər görərdi.

          Məhəmməd (sallallahu aleyhi va səlləm) 25 yaşında ikən yaxşı bir insan olan Xədicə xanım ilə evləndi. Onlar birlikdə xoşbəxt idilər. Bu zaman məkkəlilərin bir çox pis adətləri var idi. Onlar ən adi bir iş üçün də bir- birləri ilə savaşırdılar. Qan düşmənçiliyi bu zaman da məşhur idi. Bundan başqa onlar yeni doğulan qız uşaqlarını diri- diri basdırırdılar. Faiz, içki, əxlaqsızlıq onlar arasında çox yayılmışdı. Məhəmməd (sallallahu aleyhi va səlləm) bütün bunlardan çox narahat idi. O bilirdi ki, bunlarla yanaşı onun xalqı həm də çox cəsur və səxavətlidir. Məhəmməd (sallallahu aleyhi va səlləm) onların halına acıyırdı və bilirdi ki, Allah onların bu əməllərini sevmir. Onlar Allahı unutmuşdular və bütlərə ibadət edirdilər. Bəziləri isə biz bu bütlər vasitəsi ilə Allaha yaxınlaşırıq deyirdilər. Onlar Allahı qoyub bütlərdən kömək istəyirdilər. Onların heykəllərindən, rəsmlərindən yardım diləyirdilər. Məhəmməd (sallallahu aleyhi va səlləm) isə ürəyində onlara təəssüflənirdi.

        O istəyirdi ki, onlar yaxşı insanlar olsunlar. Artıq bir az yaşlandıqdan sonra Həzrəti Məhəmməd (sallallahu aleyhi va səlləm) təkliyə çəkilmək, qəbiləsinin pis əməllərindən uzaq qalmaq üçün müəyyən vaxtlarda Nur dağı na getməyə başladı. Ramazan ayında bunu lap tez- tez edərdi. Bu dağ Məkkənin yaxınlığında yerləşirdi. Bu zaman o bir müddət orada olan Hira mağarasına çəkilirdi. Orada tək qalaraq, sakitlik içərisində dərin fikirlərə dalırdı.

       O, Məkkə və onun xalqının halı, yerin və göyün yaradılışı haqqın da dü şünürdü. Bir gün yenə Məhəmməd (sallallahu aleyhi va səlləm) Hira mağarasında idi. Bu zaman vəhy mələyi Cəbrayıl (aleyhissələm) onun qarşısında peyda oldu. Mələk Həzrəti Məhəmmədə (sallallahu aleyhi va səlləm) dedi: “Oxu!”. Məhəmməd (sallallahu aleyhi va səlləm) cavab verdi: “Mən oxumağı bacarmıram.” Mələk onu sıxdı və təkrar etdi. “Oxu!.” Məhəmməd (sallallahu aleyhi va səlləm) yenə dedi: “Mən oxumağı bacarmıram.” Mələk onu təkrarən daha da möhkəm sıxdı və yenə oxumağı əmr etdi. Artıq Məhəmməd (sallallahu aleyhi va səlləm) üçüncü dəfə Mələk tərəfindən daha da möhkəm sıxıldı və Mələk onu buraxaraq dedi: “Səni Yaradan Rəbbinin adıyla “OXU!” Məhəmməd (sallallahu aleyhi va səlləm) Mələyin dediklərini təkrar etdi. Bundan sonra bu ayələr onun qəlbində hifz edildi.

         Bu artıq vəhyin başlanğıcı idi. Bu andan etibarən Həzrəti Məhəmmədə (sallallahu aleyhi va səlləm) peyğəmbərlik verilirdi. Bu, miladi təqvimlə 610-cu ildə baş verdi. O zaman Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va səlləm) 40 yaşı var idi.

     23 il ərzində Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) insanları yalnız Allaha ibadət etməyə, saxta ilahları Ona şərik qoşmama ğa çağırdı. İnsanlara bütlərə deyil, onları yaradan Allaha ibadət etməyi anladırdı. Axı bütlər bir daş parçasından olan heykəllərdir, onlar nə danışa, nə hərəkət edə, nə də insanlara kömək edə bilərlər. Bu bütləri, rəsmləri insanlar ilahlaşdırmışdılar. Allahı qoyub onlardan kömək istəyir, onla rın yanında qurban kəsirdilər. Sonra da deyirdilər ki, biz bunlara ibadət etmirik, bunlar vasitəsi ilə Allaha yaxınlaşırıq. Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) isə onlara anladırdı ki, Allahla onlar arasında heç bir vasitəçiyə ehtiyac yoxdur. Allah bizi hər yerdə görür, hər yerdə eşidir. Kim Ona dua edərsə onun duasını qəbul edir. O zaman Ona dua, ibadət edərkən vasitəçiyə heç bir ehtiyac yoxdur. Allah hər şeyi eşidən hər şeyi bilən, mərhəmətli, rəhimli, duaları qəbul edəndir.

      Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) vəhy mələyi Cəbrayılın (aleyhissələm) ona dediklərini həyat yoldaşı Xədicə anamıza.[i] (radyallahu anhə) xəbər verdi. Bu zaman o, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) risalətini təsdiq etdi. Ona inandı. Beləcə qadınlar arasında İslamı ilk qəbul edən xanım oldu. Sonra isə Peyğəmbərimizin (sallallahu aleyhi va səlləm) əmisi oğlu olan Əli İslamı qəbul etdi. Bu zaman o kiçik yaşlarında idi. Həzrəti Əli (radyallahu anhu) uşaqlar arasında ilk müsəlman olanıdır. Böyüklərdən isə Peyğəmbərimizin (sallallahu aleyhi va səlləm) yaxın dostu Əbu Bəkr Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va səlləm) dəvətini qəbul etdi. Beləcə Həzrəti Əbu Bəkr də (radyallahu anhu) böyüklərdən ilk İslamı qəbul edən kəs oldu.

     Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) ilk öncə öz də- vətini gizli edirdi. Müsəlmanlar səhabələrdən[ii] birinin evinə toplaşaraq gizli şəkildə ibadətlərini edər, yeni nazil olan Quran ayələrini müzakirə edər dilər. Bu yerin adı “Darul Ərkam” deyə bilinirdi. Beləcə bir müddət keçdi və Uca Allah (subhənəhu va təalə) pey- ğəmbərinə dəvətini açıq etməyi, öz qohumlarını, yaxınları Allahın dininə də vət etməyi əmr etdi. Bu zaman peyğəmbərin (sallallahu aleyhi va səlləm) doğma əmisi olan Əbu Ləhəb ona qarşı çıxdı. Məhəmməd peyğəmbəri (sallallahu aleyhi va səlləm) onları atalarının dinindən döndərməkdə günahlandırdı.

        Məkkəlilərin böyüklərindən olan Əbu Cəhl də peyğəmbərin və mü- səl manların düşməni idi. Onlar zəif olan müsəlmanlara dinlərindən döndərmək üçün hər cür cəza verirdilər. Afrikadan qul edilmiş olan Bilalı gü- norta vaxtı həddindən artıq isti olan qumun üzərinə uzadıb, qarnına ağır daş qoyaraq İslamdan üz döndərməyini tələb edirdilər. Ancaq Həzrəti Bilal (radyallahu anhu) Allah üçün bütün bu çətinliklərə dözərək “Əhədun, Əhəd”, “Allahu Əhəd”, yəni “birdir, birdir”, “Allah birdir” deyirdi. Bu zaman Həzrəti Əbu Bəkr (radyallahu anhu) pul verərək onu müşriklərin[iii] əlindən alıb azad etdi. Böyük səhabələrdən olan Ammarı, (radyallahu anhu) onun atası Yasiri (radyallahu anhu) və anası Suməyyəni (radyallahu anhə) Əbu Cəhl tutaraq Məkkənin kənarına gətirdi. O, əzab verərək onlar dan İslamdan üz çevirməyi, Allaha deyil bütlərə ibadət etməyi tələb edirdi. Yalnız Yasir və Sümayyə bütün bu əzab-əziyyətlərə baxmayaraq “Lə iləhə ilallah” deyərək, onun bu tələbini rədd edirdilər. Bunu görən Əbu Cəhl onların dinlərinə bu bağlılığından qəzəblənib hər ikisini öldürdü. Belə- cə Ammarın anası Suməyyə atası Yasir (radyallahu anhum) İslamda Allah yolunda öldürülən ilk şəhid oldular. Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) onları Cənnətlə müjdələdi.

           Məkkəlilərin böyük əksəriyyəti Allahın risaləsini qəbul etmək istəmirdilər. Onlar deyirdilər ki, biz ata- babalarımızı bütə ibadət edən görmü- şük və biz də onların yolu ilə gedirik. Ona görə də onlar Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va səlləm) dəvətinin qarşısını almağa çalı- şırdılar. Bunun üçün bütün çirkin hiylələrdən istifadə edirdilər. İslamı qə- bul edənləri həbs edir, onlara işgəncə verirdilər. Lakin bunlara baxmayaraq Məhəmməd peyğ əmbər (sallallahu aleyhi va səlləm) səbirlə Allahın dinini təbliğ edirdi. Bütün cəzalara, işgəncələrə baxmayaraq Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va səlləm) tərəfdarları günü- gündən çoxalırdı. Bu isə onun düşmənlərini daha da qəzəbləndirirdi. Müşriklər onu öldürmək üçün sui- qəsd təşkil etdilər. Uca Allah isə Öz peyğəmbərini onların şərindən qorudu. O, Cəbrayıl vasitəsi ilə peyğəmbərə Məkkəni tərk etməyi əmr etdi. Beləliklə, Peyğəmbər (sallallahu aleyhi va səlləm) Məkkəni tərk edərək Mədinə şəhərinə getdi. Bu hadisə İslam tarixinə peyğəmbərin hicrəti kimi həkk olundu.[iv] Allah (subhənəhu va təalə) Peyğəmbərə (sallallahu aleyhi va səlləm) Mədinəyə getməyi əmr etdiyində o (sallallahu aleyhi va səlləm) hələ səhər açılmamış Həzrəti Əbu Bəkrlə (radyallahu anhu) birgə yola düzəldi. Bu zaman isə Həzrəti Əli (radyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yatağında uzandı ki, müşri lər Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va səlləm) getdiyini bilməsinlər. Beləcə, Həzrəti Əli Allah Rəsulu (sallallahu aleyhi va səlləm) üçün öz həyatını təhlükəyə atdı. Bəli, səhabələr onu (sallallahu aleyhi va səlləm) belə sevirdilər.

       Peyğəmbərimizin düşmənləri Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va səlləm) getdiyini bilib, onu öldürmək üçün arxasınca silahlı adam lar göndərdilər. Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) düş mənlərinin hücumundan qorunmaq üçün Həzrəti Əbu Bəkrlə birgə yaxındakı mağaraya çəkildilər. Silahlanmış müşriklər mağaradan şübhə ləndilər və ona doğru irəliləməyə başladılar. Bu zaman Həzrəti Əbu Bəkr (radyallahu anhu) peyğəmbərə (sallallahu aleyhi va səlləm) qarşı baş verə biləcək hansısa bir pis hadisədən narahat olmağa başladı. Ancaq Allah Rəsulu (sallallahu aleyhi va səlləm) ona dedi: “Qəm yemə, Allah bizimlədir!”[v] Rasulullahın da (sallallahu aleyhi va səlləm) dediyi kimi, Allah (azzə va cəllə) onlarla birgə olaraq onları Öz düşmənlərinin şərindən qorudu. Bu zaman bir hörümçək Allahın əmri ilə mağaranın ağzında tor qurdu. Bu hörümçək toru elə görünürdü ki, sanki uzun müddətdir buradadır. Bir göyərçin isə mağaranın ağzında yuva qurmuşdu. Müşriklər mağaraya yaxınlaşdığında onun ağzının hörümçək toru ilə hörülmüş olduğunu gö- rüb mağaraya girmədilər. Düşündülər ki, əgər onlar mağarada olsaydılar bu hörümçək toru qopmuş və dağılmış olardı. Beləcə, yollarını azdılar və Allahın iznilə Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) və Həzrəti Əbu Bəkr (radyallahu anhu) onların hiyləsindən qurtulmuş oldu və onlar sağ- salamat Mədinəyə çatdılar. Məkkəlilər peyğəmbərə (sallallahu aleyhi va səlləm) qarşı düşmənçilik edir, ona mane olmağa çalışırdılar. Mədinə xalqının böyük əksəriyyəti isə İslamı qəbul etdi. Onlar Məhəmməd peyğəmbəri (sallallahu aleyhi va səlləm) sevir, ona hörmət edirdilər. Bununla Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) müsəlmanlarla birgə daha təhlükəsiz yerdə idi. Artıq burda onlar Mədinə İslam dövlətini qurdular. Beləliklə, İslam dini günü-gündən insanlar arasında yayılmağa başladı. Mədinədən kənarda ya- şayan qəbilələr də İslam dinini qəbul etməyə başlayırdılar. Məkkə müşrikləri İslamın belə sürətlə yayılmasından narahat idilər. Onlar Mədinədə yaşayan yəhudilərlə birləşib müsəlmanlara qarşı döyüşə başlamağı düşündülər. Müsəlmanlarla müşriklər arasında baş verən ilk dö- yüş Bədr döyüşü oldu. Müsəlmanlar say baxımından az olsa da Allah onlara yardım etdi və onlar qalib oldular. Bu döyüşdə Məhəmməd peyğəmbə- rin (sallallahu aleyhi va səlləm) və müsəlmanların böyük düşmənlərindən olan Əbu Cəhl öldürüldü. Həzrəti Bilal isə keçmişdə onun ağası olmuş və ona müsəlman olduğu üçün min cür əzab vermiş Umeyyəni öldürdü. Müş- riklərdən 70- dən çox insan öldü. Müsəlmanlardan isə cəmi 3 nəfər şəhid oldu. Bu döyüşdə Peyğəmbərin (sallallahu aleyhi va səlləm) əmisi Həzrəti Həmzə də (radyallahu anhu) böyük qəhrəmanlıq göstərdi. Beləliklə, müsəlmanlar Allahın yardımı ilə müşrikləri və yəhudiləri aralarında baş verən bir neçə döyüşlərdə məğlub etdilər. Nəhayət bir zaman dinlərini yaşaya bilmədikləri Məkkəni də fəth etdilər. Beləliklə, müsəlmanlar Allahın yardımı ilə müşrikləri və yəhudi ləri ara larında baş verən bir neçə döyüşlərdə məğlub etdilər. Nəhayət bir zaman dinlərini yaşaya bilmədikləri Məkkəni də fəth etdilər. Məkkə nin fət hindən sonra digər qəbilələr də dəstə- dəstə İslamı qəbul etdilər. Bir zamanlar Məhəmməd Peyğəmbərə (sallallahu aleyhi va səlləm) qarşı düşmənçilik edənləri, onu öldürmək istəyənləri Peyğəmbər (sallallahu aley hi va səlləm) bağışladı. O, düşmənlərini belə bağışlamaq gücündə idi. Bu na görə də onlar təsirlənərək İslamı qəbul etdilər. Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) bizə göstərdi ki, hər zaman haqq qalib gələcək, yalan, batil isə məğlub olacaqdır.

        O, çox yaxşı insan idi. Xoş xasiyyətli idi. O hər kəslə yaxşı yola gedirdi. O böyük insan idi. Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) uşaqları çox sevirdi. O uşaqlarla görüşəndə onlarla danışar, onları əzizləyər və onları oynadardı. Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) Mədinəyə çatdı ğında böyüklərlə yanaşı uşaqlar da onu salamlayır, onunla görüşür, onun gəlişinə çox sevinirdilər. Kiçik qızlar şeirlər deyərək, onu qarşılayırdılar. Peyğəmbər (sallallahu aleyhi va səlləm) çox xoşbəxt idi. Mədinə xalqı da, uşaqlar da özlərini xoşbəxt hiss edirdilər, çünki Allahın peyğəmbəri onların arasında idi, onlarla birgə idi. Peyğəmbəri (sallallahu aleyhi va səlləm) görən hər kəs onun xoş xasiyyətli, mehriban, mərhəmətli olduğunu söyləyirdi. O çox ürəyi yumşaq, qayğıkeş insan idi.

       Peyğəmbər (sallallahu aleyhi va səlləm) uşaqlarla birgə olmağı, onlarla danışmağı çox sevirdi. Bir gün o bir qrup uşaqla söhbət edir, onları oynadırdı. Uşaqlar çox xoşbəxt idilər, peyğəmbər (sallallahu aleyhi va səlləm) isə onlara qarşı çox qayğıkeş idi. Bir kişi onların yanına gəlib çatanda gördü ki, uşaqlar Məhəmməd pey- ğəmbər (sallallahu aleyhi va səlləm) ilə birgə oynayır, onunla birgə gülürlər. Adam solğun və kədərli görünürdü. Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) bunu gördü və ondan niyə qəmgin olduğunu soruşdu. O kişi dedi: “Mənim on uşağım var, amma mən onları heç vaxt öpməmişəm.” Peyğəmbər (sallallahu aleyhi va səlləm) o kişiyə çox təəssüfləndi. Ona uşaqlara qayğı göstərmək və onları sevməyin Allahın razılı- ğını qazandıran əməl olduğunu dedi. Yəni kim uşaqları sevər, onlara qayğı gös tərərsə Allah da o kəsdən razı olar.

        Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) Məkkənin daş qəlbli insanlarını onların insanlığa zidd olan adətlərindən əl çəkməyə ça ğırırdı. Onları yalnız Allaha ibadət etməyə, yalnız Ondan kömək diləməyə dəvət edirdi. O istəyirdi ki, onlar müsəlman olsunlar. Çünki şər işlərdən, pis əməllərdən yalnız Allaha iman etməklə, müsəlman olmaqla qurtulmaq olar. Allahdan qeyrilərindən saleh insanlar olsalar belə yardım diləmək olmaz. Çünki o saleh insanlar da Allahdan yardım diləmişdilər. Mə həmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) Allah yanında insanların ən xeyirlisidir. O hamımızdan üstündür və Allaha daha sevimlidir. Ancaq bununla yanaşı O (sallallahu aleyhi va sələm) deyirdi ki, mən də sizin kimi Allahın quluyam. Mən də Allahdan yardım diləyirəm, siz də Ondan diləyin. Çünki, hər şeyə qadir olan yalnız Allahdır. Duaları da yalnız O qəbul edər. Beləcə, Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) öz qö vmünü Tövhid dini İslama çağırırdı. Nəhayət sonda o bunu bacardı, çünki, Allah ona yardım etdi və onu qalib etdi. Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) nəbilərin və rəsulların sonuncusudur. O Allahın yer üzərindəki sonuncu elçisidir. Allah (azzə va cəllə) onunla dinini 48 tamamladı. Onu təkcə ərəblərə deyil, bütün bəşəriyyətə, insanlığa elçi olaraq göndərdi. İslam dini Allahın dinidir və bəşəriyyətin tək xilas, qurtuluş yoludur. Beləcə, İslam ümmətinin rəhbəri və Allahın sonuncu peyğəmbəri Məhəmməd (sallallahu aleyhi va səlləm) 632- ci ildə 63 yaşında Mədinə şəhərində dünyasını dəyişdi. O bizə özündən sonra azmamağımız üçün Quranı və Sünnəni qoyub getdi. Biz də Allahın kitabı – Qurana və Onun elçisi Məhəmmədin (sallallahu aleyhi va səlləm) sünnəsinə tabe olmalıyıq. Sünnə– Məhəmməd peyğəmbərin etdiyi, dediyi, görüb bəyəndiyi və təsdiqlədiyi əməllər və onun sifətləridir. Əgər biz onun yoluna tabe olsaq o zaman Allah bizi sevər. Biz Allahı sevirik. Allahın da bizi sevməsini istəyiriksə bilirsinizmi nə etməliyik? Uca Allah deyir: “(ey peyğəmbər) de: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin (sünnəmə tabe olun) ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, Rəhimlidir.[vi]

Qaynaqlar

 

[i] 11 Peyğəmbərin (sallallahu aleyhi va səlləm) zövcələri (həyat yoldaşları) bütün möminlərin anasıdır. Bunun üçün bax: Əhzab surəsi 6-cı ayə

[ii] 12 Səhabə – Məhəmməd peyğəmbəri (sallallahu aleyhi va səlləm) görən, ona iman edən və müsəlman olaraq ölən kəs

[iii]  Allaha ibadətdə şərik qoşanları

[iv] islam təqviminin 1-ci ili bu hadisəyə bağlıdır. Ona görə də müsəlmanların istifadə etdiyi təqvimə “Hicri təqvimi” deyilir.

[v]  Bax: Tövbə surəsi 40-cı ayə

[vi] Ali-imran surəsi, 31