İmanın tərifinə dair ikinci görüş

Əks təqdirdə mömin ola bilməz.

Ancaq dilindəki hər hansı bir qüsura görə şəhadət kəliməsini deyə bilməsə və ya qəlbən iman etdikdən sonra anidən ölüm onu yaxalayıb şəhadət kəliməsinə deməyə imkan verməzsə, yaxud məcburiyyət qarşısında küfrə girəcəyi bir söz deyərsə belə bu qul mömin sayılır. Gücü çatmadığı üçün dili ilə deməsi ortadan qalxa bilər, ancaq qəlbi ilə təsdiq etməsi heç bir vaxt  ortadan qalxmaz.

1-İmam Əbu Hənifə mövzu ilə əlaqədar olaraq “Fiqhu`l-Əkbər” kitablnda belə deyir: “İman dil ilə demək və qəlb ilə təsdiqdir”. (Fiqhu`l-Əkbər: 4)

2-İmam Tahavi “Əqidə” adlı əsərində belə deyir: “İman, dil ilə demək və qəlb ilə təsdiq etməkdir”. (Əqidətu`t-Tahaviyyə: 5)

3-İmam Əşari “Məqalətu`l-İslamiyyun” adlı əsərində bunları qeyd etmişdir: “Əbu Hənifə və tələbələri, imanın Allah`ı bilmək və dil ilə demək, Peyğəmbər salləllahu əleyhi və səlləmi bilmək və onun Allah tərəfindən gətirdiklərini ümumi şəkildə təsdiq etmək olduğu qənaətindədirlər”. (Məqalətu`l-İslamiyyun: 1/219).

4-“Mişqatu`l-Ənvər” adlı əsərin sahibi demişdir: “İmam Əbu Hənifəyə görə iman, iki qismdən ibarətdir. Bunlar qəlb ilə təsdiq etmək və dil ilə deməkdir. Ancaq təsdiq, imama görə ən böyük rükundur, dil ilə demək isə təsdiqin dəlilidir”.

Bu görüşdə olan alimlərin dəlilləri bunlardır:

1-Ənəs ibnMalik radiyallahu anhu demişdir: “Muaz ibn Cəbəl miniyi üzərində Peyğəmbər salləllahu əleyhi və səlləmin tərkində ikən Peyğəmbər salləllahu əleyhi və səlləmona: “Ey Muaz ibn Cəbəl!” deyə xitab etdi. Muaz: “Buyur  ya Rəsulallah, həmişə sənə cavab verər və daimən sənə itaət edərəm” dedi.Peyğəmbər salləllahu əleyhi və səlləmbunu üç dəfə təkrarladı və sonra “Allah`dan başqa haqq ilah olmadığına və Muhəmmədin onun qulu və Rəsulu oluğuna qəlbində tam  olaraq şəhadət edən hər bir  qula Allah cəhənnəmi  haram etmişdir” buyurdu. Muaz radiyallahu anhu:“Ey Allah`ın Rəsulu, bunu insanlara xəbər verim sevinsinlərmi?” dedi.Peyğəmbər salləllahu əleyhi və səlləm“Elə olduqda tənbəlləşərlər” buyurdu.Muaz ölümü əsnasında, bir billdiyini gizlətmə günahından qurtulmaq üçün bunu xəbər vermişdi” (Buxari/Elm kitabı/49, Müslim/İman kitabı/53)

2-Ənəs ibni Malik radiyallahu anhudan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğu rəvayət olunmuşdur: “Lə iləhə illallah (Allah`dan başqa ibadətə layiq haqq ilah yoxdur) deyib, qəlbində bir arpa ağırlığında xeyir (yəni iman) olan şəxs Cəhənnəmdən çıxacaqdır. Lə iləhə illallah (Allah`dan başqa ibadətə layiq haqq ilah yoxdur) deyib, qəlbində bər buğda ağırlığında xeyir olan şəxs Cəhənnəmdən çıxacaqdır. Lə iləhə illallah (Allah`dan başqa ibadətə layiq haqq ilah yoxdur) deyib, qəlbində bir zərrə ağırlığında xeyir olan şəxs Cəhənnəmdən çıxacaqdır”. (Buxari/ İman kitabı/33, Müslim/İman kitabı/325)

3-Əbu Hüreyrə radiyallahu anhu  deyir ki, bir dəfə Peyğəmbər salləllahu əleyhi və səlləm mənə ayaqqabısını verdi və belə buyurdu: “Bu ayaqqabıları götür, bu bağçanın arxasında qəlbi tam şəkildə inanaraq Allah`dan başqa ilah olmadığına şəhadət edən kimə rast gəlsən, onu Cənnətlə müjdələ”. (Müslim/İman kitabı/52.)

4-Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, bir dəfə Peyğəmbər salləllahu əleyhi və səlləm ilə birlikdə bir səfərdə idik. İnsanların yol azuqələri tükəndi, hətta yük dəvələrindən bəzilərini kəsməyi düşündülər. Bu zaman Ömər radiyallahu anhu dedi: “Ey Allah`ın Elçisi! Bəlkə insanların azuqələrin qalanlarını bir yerə toplayıb onlara bərəkət verilməsi üçün dua edəsən”. Peyğəmbər salləllahu əleyhi və səlləm onun dediyi kimi etdi, orada olanlardan buğdası olanlar buğdalarını, xurması olanlar xurmalarını gətirdilər. Peyğəmbər salləllahu əleyhi və səlləm bu yığılan azuqələrin üzərinə dua etdi. Bundan sonra insanların hamısı azuqə qablarını doldurdular. Bu zaman Peyğəmbər salləllahu əleyhi və səlləm  buyurdu: “Mən Allah`dan başqa ilah olmadığına və mənim də Allah`ın Peyğəmbəri oluğuma şəhadət edirəm. Hər hansı bir qul bu iki şəhadət ilə Allah`ın qarşısına çıxar və bunlardan hər hansı birinə şübhə etməzsə mütləq Cənnətə girər”. (Müslim/İman kitabı/44)

5-Sunabihi deyir ki, mən Ubadə ibni Samitin evinə gəldim, o ölüm halında idi. Onu gördüyümdə ağladım. Bu zaman Ubadə dedi: “Dayan görüm, niyə ağlayırsan? Vallahi əgər məndən sənin üçün şahidlik etməyimi istəyərlərsə sənin üçün şahidlik edərəm. Mənə şəfaət etmək haqqı verilərsə sənin üçün mütləq şəfaət  edərəm. Gücüm çatarsa sənə mütləq faydalı olaram”. Sonra bunları dedi: “Vallahi Peyğəmbər salləllahu əleyhi və səlləmdən sizin üçün xeyirli olan elə bir hədis eşitməmişəm ki, onu sizə rəvayət etməyim. Yalnız bir hədis müstəsnadır, onuda sizə bu gün, son anımı yaşayarkən deyəcəyəm. Mən Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu eşitdim: “Hər kim, Allah`dan başqa ilah olmadığına və Muhammədin Allah`ın Peyğəmbəri olduğuna şahidlik etsə, Allah o şəxsə Cəhənnəmi haram edər”. (Müslim/ İman kitabı/47)

Görüldüyü kimi, bu qrupdan olan alimlərə görə bir şəxsin mömin olması üçün həm qəlbən təsdiq etməsi həmdə dili ilə deməsi lazımdır. Əməl etməzsə yenədə sonunda Cənnətə girəcəkdir. Ancaq qulun belə olması etmədiyi əməllərə görə axirətdə hesaba çəkilməyəcəyi mənasına gəlməz. Belə ki, əməl etməyən günahkardır, axirətdəki vəziyyəti Allah`a qalmışdır. Allah təala istəsə günahlarını bağışlayar, istəsə onları bağışlamayıb günahları miqdarınca onlara əzab edər. Bundan sonra günahkar qul, imanından dolayı Cənnətə girər və orada “cəhənnəmilər” adını alarlar. Burada bunada diqqət etməyimiz lazımdır ki, bu qrupdan və bundan əvvəl qeyd etdiyimiz görüşdə olan əhli sünnət alimləri, zənn edildiyi kimi murciə firqəsinin vəziyyətinə düşərək, “İman etdikdən sonra günah etməyin zərəri yoxdur” deyilən bir şey deməmişdirlər.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar