Dəstəmazın sünnətləri

2. Əlləri dəstəmaz alınan qaba salmadan qabaq (kənarda) yumaq.

3. Ağıza su alıb yaxalamaq.

4. Buruna su çəkib yaxalamaq.

5. Başın hər yerinə məsh çəkmək.

Bu dörd sünnətin dəlili Buxari (183) və Müslimin (235) Abdullah ibn Zeyddən rəvayət etdikləri bu hədisdir: “Abdullah ibn Zeyddən Peyğəmbər salləllahu əleyhi və səlləmin dəstəmazı haqqında soruşdular. O bir qab su gətizdirib Peyğəmbər salləllahu əleyhi və səlləmin dəstəmaz aldığı kimi dəstəmaz aldı. O, əvvəlcə qabdan su tökərək kənarda əllərini üç dəfə yudu. Daha sonra əllərini su qabına salaraq üç dəfə ağzına və burnuna su alaraq ağzını və burnunu təmizlədi. Bundan sonra qabdan su götürüb üç dəfə üzünü yudu. Sonra əllərisi disəklərinə qədər iki dəfə əyudu. Bundan sonra başının qabaq tərəfindən başlayıb ənsəsinə aparmaq və qaytarmaq şərtilə başına məsh çəkdi. Sonda isə ayaqlarını topuqlarına qədər yudu”.

6. Qulaqların daxilini və xaricini yeni suyla (üzü yuduqdan sonra yenidən əlləri isladaraq) silmək.

Tirmizinin (36) Abdullah ibn Abbasdan rəvayət edərək səhih dediyi bir hədisdə belə deyilir: “Peyğəmbər salləllahu əleyhi və səlləm (dəstəmaz alarkən) başına, qulaqlarının daxilinə və xaricinə məsh çəkdi”. Nəsainin (1\74) rəvayət etdiyi hədisdə belə deyilir: “(Peyğəmbər salləllahu əleyhi və səlləm) başına və qulaqlarına məsh çəkdi. Qulaqlarının daxilini şəhadət barmaqlarıyla, xaricini isə baş barmaqlarıyla məsh etdi”.

Hakim (1\151) Abdullah ibn Zeyddən Peyğəmbər salləllahu əleyhi və səlləmin dəstəmazı haqqında rəvayət etdiyi hədisdə belə deiyilir: “Peyğəmbər salləllahu əleyhi və səlləm dəstəmaz aldı. O qulaqlarını başına məsh çəkdiyi suyla deyil (yeni) suyla sildi”. Hafiz Zəhəbi bu rəvayətin səhih olduğunu demişdir.   

7. Saqqalın diblərini islatmaq.

Əbu Davud (145) Ənəs ibn Malikdən rəvayət etdiyi hədisdə belə deyilir: “Peyğəmbər salləllahu əleyhi və səlləm dəstəmaz alarkən ovcuna su alaraq çənəsinin altından salıb saqqalının diblərini isladardı. Daha sonra belə deyərdi: “Rəbb`im əzzə və cəllə mənə belə əmr edib”.

8. Əllərin və ayaqların barmaqlarının arasını ovuşdurmaq.

Ləqit ibn Sabradan belə dediyi rəvayət olunmuşdur: “Mən “Ey Allah`ın Rəsulu mənə dəstəmazdan danış”dedim. O buyurdu: “Dəstəmazı (rüknləri və sünnətlərilə birlikdə) kamil şəkildə al. Barmaqlarının arasını ovuşdur. Oruclu olduğun hallar xaric olmaqla burnunu təmiz-təmiz təmizlə. Hədisi Əbu Davud (142), Tirmizi (38) və başqaları rəvayət etmişlər. Əbu Davud hədisin səhih olduğunu söyləmişdir.

9. Sağ əzaları sol əzalardan əvvəl yumaq.

Buxari (140) İbn Abbasdan belə rəvayət etmişdir: “Abdullah ibn Abbas dəstəmaz aldı...... Bir ovuc su alaraq sağ əlini yudu. Sonra bir ovuc su alaraq sol əlini yudu. Sonra başına məsh çəkdi. Daha sonra bir ovuc su götürüb sağ ayağının üstünə tökdü və yudu. Bundan sonra bir ovuc su götürüb sol ayağının üstünə tökdü və yudu. Sonda isə dedi: “Mən Allah Rəsulu salləllahu əleyhi və səlləmi belə dəstəmaz alarkən gördünm”. 

10. Əzaları üç dəfə yumaq.

Müslim (230) Osman ibn Affandan “Sizə Allah Rəsulu salləllahu əleyhi və səlləmin dəstəmazını göstərimmi?” dediyini, daha sonra isə əzalarının hər birini üç dəfə yumaqla dəstəmaz aldığını rəvayət etmişdir.

11. Yuyulan əzaların arasında daha əvvəl yuyulanının quruyacağı qədər uzun zaman fasiləsi qoymamaq. Zikr etdiyimiz hədislər də dəstəmaz alarkən əzaların hamısının eyni zamanda yuyulduğunu göstərir.

Yuxarıda nəql olunan hədislərin hamısı bu əməllərin zahirən vacib olduğunu göstərir. Amma ayədə yalnız müəyyən əzaların qeyd olunması bu sadalananları vacib deyil sünnət olduğuna dəlildir.

Dəstəmaz aldıqdan sonra aşağıdakı kimi dua etmək müstəhəbdir (bəyənilən əməldir). 

أشهد أن لا إله إلا الله، وحده لا شريك له، و أشهد أن محمدا عبده و رسوله. اللهم اجعلني من التوابين و اجعلني من المتطهرين. سبحانك اللهم و بحمدك، أشهد أن لا إله إلا أنت، أستغفرك و أتوب إليك.

Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluh. Allahummə`cəlni minə`t-təvvəbin və`cəlni minə`l-mutətahhirin. Subhənəkallahummə və bihəmdik, əşhədu ən lə iləhə illə əntə əstağfirukə və ətubu ileyk. (Allah`dan başqa ilah olmadığına, Onun şərikinin də olmadığına, Muhəmmədin Onun qulu və elçisi olduğunu şəhadət gətirirəm. Allah`ım məni tövbə edənlərdən və təmizlənənlərdən et. Allah`ım sən bütün nöqsan sifətlərdən uzaqsan, Sənə həmd olsun. Səndən başqa ilah olmadığına şahidlik edirəm. Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm). Bu saydığımız duaların hamısı Müslimin (234) Tirmizinin (55) və Nəsainin “Gecə və gündüzün əməlləri” bölümlərində zikr olunmuşdur.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.