Skip to main content


Təyəmmümün fərzləri

Allah təala buyurur:

فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ مِنْهُ

Təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. (Maidə 6)

Təyəmmüm almaq üçün ilk öncə bunun üçün niyyət etmək lazımdır. Çünki bütün əməllərin niyyətlərə bağlı olduğunu öncəki məqalələrimizdə qeyd etmişdik. Bundan sonra əllərini birləşdirərək üç dəfə təmiz torpağa toxundurub üzə məsh çəkilir. Daha sonra isə əlləri yenidən torpağa toxundurulub əvvəlcə sağ əl, sonra isə sol əl dirsəklər daxil olmaqla məsh olunur. (Əli dua edirmiş kimi tutub alt tərəfindən biləkdən başlayıb dirsəyə kimi məsh olunur sonra davam edərək dirsəkdən biləyə qədər başlanğıc nöqtəsinə qaytarılır.)