Bunlara sahib olmaqla əslində varlı olduğunuzu bilirdinizmi?

Bir gün İsa əleyhissalam bir ağacın altında dua edən birini gördü. Diqqətlə baxdığında adamın ayaqlarının iflic vəziyyətində olduğunu anladı. İki gözü də görmürdü. Bədənində isə xəstəliyi olduğu aydın olurdu. Amma adam bütün bunlara baxmayaraq əllərini qaldırmış xoşbəxtlikdən uçacaqmış kimi dua edirdi:

- Ey necə zənginlərə vermədiyin neməti mənə bəxş edən Rəbbim! Sənə ağacların yarpaqlarının sayı qədər şükürlər olsun! . İsa əleyhissalam iflic adama yaxınlaşdı:

- Ayağın tutmur, gözün görmür. Bədənin də sağlam görünmür, buna baxmayaraq əksər  zənginlərə verilməyən nemətlərin sənə verildiyini düşünür, bunun üçün də böyük bir xoşbəxtliklə şükür edirsən. Hansı nemətdir ki, neçə zənginə verilmədiyi halda sənə verilmişdir?

Bağlı gözləriylə səsin gəldiyi tərəfə yönələn iflic adam dedi:

- Allah mənə elə bir ürək vermişdir ki, o ürəklə Onu tanıyıram. Elə də bir dil vermişdir ki, o dillə də ona şükür edirəm. Halbuki, dünyanın sərvəti əlində olan neçə zənginlər var ki, ürəyində Onu tanımaq sevinci, dilində də Ona şükür etmək xoşbəxtliyi yoxdur. Amma gəl gör ki, ayaqları topal, gözləri kor, bədənində xəstəliklər olan bu iflic adama Rəbbim, bu sevgini bəxş eyləmiş, bu nemətin fərqinə varma təfəkkürünü nəsib eyləmişdir. Bunu düşünəndə özümü tuta bilmirəm və “Ey necə zənginlərə vermədiyin neməti mənə bəxş edən Rəbbim! Sənə ağacların yarpaqlarının sayı qədər şükürlər olsun!” deyə təşəkkür etməkdən özümü  saxlaya bilmirəm.

Gözləri kor olsa da ürək gözü açıq olan bu adama yaxınlaşan İsa əleyhissalam “Ver bu əlini elə isə!” deyərək əlindən tutur və əyilərək görməyən gözlərindən öpür.

Peyğəmbərin dodaqlarının dəydiyi gözlər dərhal açılır. Qarşısındakının İsa əleyhissalam olduğunu görüncə həyəcanlanan adam “Sən bu ölüləri dirildən, xəstələrə şəfa bəxş edən möcüzələrin sahibi Peyğəmbərsən elə deyilmi?” deyə soruşur.

İsa əleyhissalam “Bilinmirmi?” deyincə həmin adam “Gözlərimdən bilinir, ancaq ayaqlarımdan hələ bilinmir” deyir.

Təbəssüm edən İsa əleyhissalam “Sən hələ bir ayağa qalxmağa cəhd et!” deyincə, iflic adam dimdik ayağa qalxır.

Ayağa qalxa bildiyini anlayınca söylədiyi ilk sözü bu olur: “Ey Allah`ın nəbisi, səndəki bu möcüzələr də Ondandır (Allah`dan) elə deyilmi? Elə isə icazə ver gecikmədən Ona şükür edim, deyərək dərhal yerə qapılır, alnını səcdəyə qoyur və deyir: “Ey Rəbbim! Səni tanıyan bir ürəklə, şükr edən bir dil nemətinin şükrünü etməkdən aciz ikən, indi görən bir cüt göz və yeriyə bilən iki ayaq da lütf etdin. Bu bənzərsiz nemətlər qarşısında artıq bilmirəm necə şükür etmək lazımdır?”

Elə bu əsnada ətrafda toplanan insanlar göstərdiyi bu möcüzələrə görə İsa əleyhissalamın əlini öpmək istəyirlər. Amma o həmin iflic adamı göstərrək deyir: “Mənim deyil səcdədəki bu iflic adamın əlini öpün!”

İnsalar deyir : “Onun səcdəyə qapanmasını təmin edən nemətlərə biz əvvəldən sahibik. Amma heç birimiz onun duyduğu kimi bir xoşbəxtlik eşitməmişik”.

İsa əleyhissalam sözünü belə başa vurur: “Elə isə, təfəkkür edin, siz də düşünün. Düşünən kəs sahib olduğu nemətin fərqinə varar. Düşünməyən isə özünü məhrumiyət içində hesab edər!”

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.