Lə iləhə illəllah

Lüğətdə, 'lə' deyilən söz ərəbcə inkardır,

Əvvəldə 'lə' gəlirsə, burda bir hikmət vardır.

 

Indi izah edərəm mən bu sözün hikmətini,

'Lə' deyib inkar elə əhli şirkin adətini.

 

Əgər bu kəlməni kim deyərsə Cənnətdi yeri.

Hər deyən girməyəcək, çox insan qayıdar geri.

 

Əsası yəqin olub, sevgi bəsləyəsən ona,

Ixlas da önəmlidir, gərək girməyəsən dona.

 

Lazımdı təslimiyət, həm də əzalarla əməl.

Laqeyd qalma, bil, İslamda şəhadətdi təməl.

 

Əslində bu kəlmə hər müvahhidin şüarıdır,

Ləl cəvahir kimi qiymətli Cənnət açarıdır.

 

Lakin hər qul gərək bu cümlədə mə'nanı bilə

Axtarıb bu kəlməni gətirmək istəsən dilə.

Hər sətrin önündə baş hərfi oxu cərgə ilə.

 

Abdulhayy

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.