Yenə yay gəlir


Yenə yay fəsli gəlir, bu imtahandır, bunu bil.
Pas atan imanıvı tərpət, oyandır, bunu bil.
 
Birinci söz sənə ünvanlanıbdır, ey nəfsim,
Nə olsun özgələri aldanıbdır, ey nəfsim,
Sənin də gözün xeyli boylanıbdır, ey nəfsim,
Bu günah böyük günahlarə təkandır, bunu bil.
 
Çoxalır yayda həyat eşqi və axtarışları,
Vurulur aləmə sanki bərbəzək naxışları,
Dəyişir insanın insanə olan baxışları,
Hər baxış qəlbə girən oxdu, tikandır, bunu bil.
 
Əvvəlcə xalq mənimsədi Avropa mədənyətin,
Sonralar yönəltdilər əsas mə'dəyə niyyətin,
Bu yolla itirdi çoxsu abırın və ismətin,
Islami düşüncədən-qeyri yalandır, bunu bil.
 
Nəfsi məğlub eləmək olmalı daim hədəfin,
Ol səbəbdən yoluyla irəlilə saleh sələfin,
Çünki gözlə gördüyün hər yanın, hər bir tərəfin,
Fitnələrnən dolu bihu'də məkandır, bunu bil.
 
Bilirik ki, onu dünyadan həzz alaq necə biz,
Bunu bilmirik, nəfsə zülm edirik sadəcə biz,
Elmi öyrənməyisə almayırıq heç vecə biz,
Onu bilmək yetərincə çox asandır, bunu bil.
 
Elə göz var ki, günah eyliyir qüsuru ilə,
Elə göz də var Quran xətm eliyir nuru ilə,
Görməyən göz var, haqqı dərk edir şüuru ilə,
Bizə gözlər Yaradandan ərmağandır, bunu bil.
 
Birlikdə nəzər salaq bir hədisin hikmətinə,
Yetişər çoxsu zamanın elə bir müddətinə,
Necə ki, əl dözə bilmir közün hərarətinə,
Imanı əldə saxlamaq da dönər çox çətinə,
O sözün təsdiqidir, axır zamandır, bunu bil.
 
Talha Ubeydullah
 
 
 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar