Skip to main content


Mən nəyə inanıram?

İnanıram ki, Kainat, makro, meqo və mikroaləm təsadüflər nəticəsində yaranmayıb. Canlı aləmin ağılsız və şüursuz atomlardan, molekullardan məqsədsiz, plansız və kortəbii şəkildə özü-özünə yaranmadığına, atomların yaradıcı qüvvə olmadığına inanıram. Çünki, heç bir atom və molekul seçim etmək gücünə malik deyil, yaradıcı gücünə malik deyil, plansız yaratma gücünə malik deyil, özbaşına düşünmək, fikirləşmək, plan qurmaq, başqa molekullarla birləşib insanın və digər canlıların işinə yarayacaq ağıllı dizayn, yaradılış gerçəkləşdirmək gücünə malik deyil. Hüceyrənin mürəkkəb quruluşu bizə bir dizaynerin sənətini, bu sənətə xas sənətkarın varlığından xəbər verir. Bu cür mükəmməl hüceyrəni, onun orqonoidlərini: robosomları, lozisomları, mitoxondriləri, holci kompleksini, nüvəsini, sitoplazmasını, plazmatik membranını və onların hissələrinin hissələrini heç bir molekul özbaşına yarada bilməz.

Adicə bir misal; məsələn, tutaq ki hüceyrənin mürəkkəb üzvi tərkib hissəsindən biri olan zülalları (proteinləri) sintez etmək lazımdır və biz bu zülalı almaq üçün şüurlu şəkildə, məqsəd və plana uyğun olaraq sintez planını qururuq, yəni fikirləşirik!

Məsələn ən sadə üsulu seçirik və bu sintezi reallaşdırmaq üçün biz məlumatlanmalıyıq. Məlumat almalıyıq ki, zülallar beta, qamma amin turşularından deyil məhz alfa-aminturşularından əmələ gəlmişdir. (Gördüyümüz kimi bizə məlumat əldə edib, analiz etmək lazım oldusa, o zaman ağılsız atomlar və molekullar bu məlumatı, yəni zülalların beta deyil, qamma deyil, məhz alfa-amin turşularından əmələ gələ biləcəyini haradan bilir və analiz edirlər?)

Bu və digər məlumatı aldıqdan sonra biz zülalın sintez planını tərtib edirik. Məsələn, zülal sintez etmək üçün əvvəlcə amin turşunu, özüdə alfa-amin turşunu almalıyıq. Bunun üçün ən sadə amin turşu olan qlisini (amin sirkə turşusu) götürək. Həmin amin turşusunu laboratoriya şəraitində hamının bildiyi aşağıdakı sadə sxemlərlə ala bilərik:

  1. Əvvəlcə metanoldan sintez edə bilərik (oksisintez üsulu):

CH3OH+CO—–> CH3COOH

  1. Alınan sirkə turşusuna xlorla təsir edərik:

CH3COOH +Cl2—–> CH2ClCOOH+HCl

  1. Sonra alınan xlor sirkə turşusuna ammonyakla təsir edərik:

CH2ClCOOH+NH3——> CH2NH2COOH+HCl

  1. Nəhayət ən sadə amin turşusu olan qlisini laboratoriya şəraitində üç mərhələdə sintez edə bilərik. Lakin bununla iş bitmir. Biz həmin amin turşusundan zülal almalıyıq.

Bəs zülalı necə, sintez edə bilərikmi?

Xeyr, əsla sintez edə bilməyəcəyik. Çünki zülalı almaq üçün bizə 20 müxtəlif alfa-amin turşuları lazımdır. Biz isə sadəcə birini və ən sadəsini sintez edə bilərik, özü də onun sintezinə xeyli vaxtımız gedəcək. Deməli yerdə qalan 19 amin turşusu da sintez olunmalıdır. Onlarda alınandan sonra həmin amin turşuları məsələn, lizin, triptofan, qlütamin turşusu, alfa-alanin və digər amin turşuları kortəbii deyil, dəqiq ardıcıllıqla birləşməlidirlər ki, hüceyrənin ən sadə zülal makromolekulunu əmələ gətirə bilsinlər. Bunun üçün həmin amin turşuları:

nA———>zülal+(n-1)H2O tənliyi üzrə polikodensləşməlidir. (Burada n-amin turşularının mol sayı, “A” amin turşusu sözünün baş hərfidir.

Laboratoriya şəraitində isə yalnız və yalnız həmin amin turşularından polipeptidlər ala bilərik. Zülal almaq üçün isə bizə illər lazım olacaq (laboratoriya şəraitində alınan insulin zülalı alimlərə uzun zaman müddətinə başa gəldi, halbuki insulin mədə altı vəzi hüceyrələrində çox qısa müddətdə sintez edilir)

Gördüyünüz kimi məqsədli və planlı şəkildə ən sadə amin turşusunu sintez etmək belə bizim xeyli vaxtımızı aldı və biz labaratoriya şəraitində qıza müddət ərzində zülalı sintez edə bilmiriksə ağılsız və şüursuz atomlar, molekullar bu sintezi necə bacardı? Bildiyimiz kimi atom və molekulların ağlı, şüuru, fikirləşmə, nəticə çıxarmaq və analiz etmək qabiliyyəti yoxdur. Bu qabiliyyətlərə sahib olmayan molekullar kortəbii şəkildə bu cür mükəmməl yaradılışı necə gerçəkləşdirdi?

Kimsə bizə: “Ağılsız atomlar birləşərək öz-özünə toxuma və orqanlar yaradıb”-desə, biz həmin adama axmaq və ya şizofren kimi baxarıq.

Gəlin düşünək, bütün bunlara nəzərən ağılsız atomlara yaradıcı qüvvə kimi baxmaq axmaqlıq və savadsızlıq deyilmi?

Mən İslamın haqq din olduğuna, Məhamməd Peyğəmbər salləllahu əleyhi və səlləmin  Allah`ın qulu və elçisi olduğuna inanıram. 40 yaşına qədər yalan danışmayan, heç oxumaq və yazmaq bilməyən Allah Rəsulunun, dar düşüncəli ateistlərin iddia etdiyi kimi 40 yaşından sonra özündən Qurani Kərim kimi kainat kitabını yazmadığına inanıram. Quranın Allah kəlamı olduğuna inanıram. Çünki, Quranın Allah kəlamı olduğunu sübut edən neçə-neçə dəlillər vardır.

Mən inanıram, axirətin varlığına inanıram. Yaradılışın yalnız dünya həyatından ibarət olmadığına inanıram. Doqquz aylıq dünyadan (ana bətni) bu dünyaya gəldikdən sonra bu dünyanın varlığını hiss etdiyimiz kimi, öldükdən sonra da axirəti hiss edəcəyimizə inanıram.

Miyonlarla insanların qanını içən “Lenin,” “Stalin,” “Hitler,” “Mao,” “Pol-Pot,” və s. kimi ateist-dinsizlərin cəzasız qalmayacağına, Allah`ın “Ədalət” isminin axirətdə də təcəlli edəcəyinə, axirətdə ədalətin bərpa olacağına, zərrə qədər də olsun günah və savab işləyənlərə bunun qarşılığının veriləcəyinə inanıram.

İNANIRAM…..