Skip to main content


Təkamül nəzəriyyəsini "məhv edən" elmi-kimyəvi araşdırma

"Urey və Miller təcrübəsinin hələ başlanğıcda uğursuzluğa düçar edən araşdırmalar isə ilk atmosferdə oksigenin olduğunu və fotoliz reaksiyalarına dair idi. Təkamül fərziyyəsinin tərəfdarı olan biokimyaçılar ilk atmosferdə oksigenin olmadığını mütləq doğma kimi qəbul edirlər, çünki oksigen olarsa oksidləşmə baş verər və amin turşuların sintezi əngəllənərdi. Halbuki geoloqların əksəriyyətinin fikrincə ilk atmosferdə yüksək miqdarda (ən azı 200 milyard ton) oksigen olmuşdur. Geoloq Brinkmana görə, ilk atmosferdə mövcud olan oksigenin miqdarı biokimyəvi təkamülə imkan vermirdi. Həqiqətən, Yer atmosferinin zaman keçdikcə çox dəyişikliyə uğramaması da ehtimal daxilindədir. Çünki qaya əmələ gəlmələri oksidləşmiş dəmir ehtiva edir. Bu da ibtidai dünyada oksigenli atmosferin mövcud olması təəssüratını verir. 3,7 milyard il əvvələ aid ən qədim qayalar dövründə dünyanın oksigenli atmosferə malik olması haqqında sübutlar tapılmışdır. İlkin atmosferdə oksigenin də olduğunu nəzərə alsaq yüksək temperatur, təzyiq və xüsusi şəraitdə həmin qazlar arasında aşağıdakı kimyəvi reaksiyalar baş verə bilər. Gəlin həmin kimyəvi çevrilmələrə baxaq və görək ilkin ibtidai atmosferdən mürəkkəb üzvi birləşmələr və zülallar təsadüfən əmələ gələ bilərmi?
Abiogenez fərziyyəsinə görə ildırım çaxmaları, vulkan püskürmələri nəticəsində ilkin atmosferdəki qazların reaksiyaya girmə ehtimalları aşağıdakı kimidir.
Əvvəla qeyd edək ki, ammonyak tez parçalanan maddə olduğuna görə atmosferdə stabil (davamlı) qalmayacaq və dərhal: NH3 ⇒ N2+3H2 tənliyi üzrə parçalanacaqdır.
Həmçinin metan qazının (CH4) parçalanması 600, 1000, 1500 dərəcə Selsi temperaturda üç istiqamətdə gedə bilər:
1) 600 dərəcə selsidə 2CH4 ⇒ C2H4 +2H2 istiqamətində etilen qazı və hidrogen,
2) 1000 dərəcə selsidə CH4 ⇒ C +2H2 istiqamətində carbon və hidrogen,
3) 1500 dərəcə selsidə 2CH4 ⇒ C2H2 + 3H2 asetilen və hidrogen.

İlkin ibtidai atmosferdə O2 olduğuna görə, alınan maddələr oksigenlə ildırım çaxanda yaranan yüksək temperatur (ildırım kanalında temperatur 20000 dərəcə selsi, ümumi elektrik gücü isə 4 milyard kilovat olur ki, bu temperatur və s şərait kimyəvi reaksiyaların baş verməsi üçün kifayətdir) sayəsində aşağıdakı ehtimalla reaksiyaya daxil ola bilərlər:

1. 2H2 + O2 ⇒ 2H2O
2. NH3 +O2 ⇒ N2 + H2O
3.N2+O2 ⇒ 2NO
2NO + O2 ⇒ 2NO2
4. NO2 + H2O ⇒ HNO3 + HNO2 [adi şərait]
NO2 + H2O ⇒ HNO3 + NO [temperaturda]
Həmçinin NH3 + H2O ⇒ NH4OH
5. Metan qazı:
CH4 + 2O2 ⇒ CO2 + 2H2O
2CH4 + 2O2 ⇒ 2CO + 2H2O
yana, və ya
CH4 +O2 ⇒ CH2O + H2O istiqamətində oksidləşə bilər.
6. CO2 + C ⇒ 2CO
7. CO + NH3 ⇒ HCN +H2O
8. Əmələ gələn hidrogen sianidin [HCN] amin turşuların mənbəyi olduğunu nəzərə alsaq, o zaman əmələ gələn formaldehidlə hidrogen sianid aşağıdakı tənliklər üzrə reaksiyaya girərək, sadə aminturşu olan qlisini əmələ gətirə bilər: Reaksiyada əvvəlcə aminspirtlər əmələ gəlir:
CH2O + NH3 ⇒ NH2-CH2-OH
Alınan aminspirtlə hidrogen sianid aşağıdakı şəkildə reaksiyaya daxil ola bilər:
NH2-CH2-OH + HCN ⇒ NH2-CH2-CN + H2O
NH2-CH2-CN + 2H2O ⇒ NH2-CH2-COOH + NH3
Əməl gələn qlisin aşağıdakı tənliklər üzrə pepdidlər əmələ gətirə bilər:
NH2-CH2-COOH + NH2-CH2-COOH ⇒ NH2-CH2-CO-NH-CH2-COOH + H2O...
Əmələ gələn dipeptidlər yenidən qlisinlə reaksiyaya girərək tripeptid, tetrapeptid və s əmələ gətirə bilərlər.
NH2-CH2-CO-NH-CH2-COOH + NH2-CH2-COOH ⇒ NH2-CH2-CO-NH-CH2-CO-NH-COOH + H2O...


Onuda qeyd edək aminturşularından zülalların yaranma ehtimalı sıfırdır. Yaransa sadə pepdidlər yaranar və yenə də onlar su mühitində yenidən hidroliz olub ilkin aminturşuları əmələ gətirər.

Zülal + H2O ⇒ ilkin aminturşular
Digər tərəfdən, ilkin aminturşuların ibtidai atmosfer mühitində stabil qalması mümkün deyil. Bunun səbəbləri aşağıdakılardır:
1-ci səbəb: oksigen mühitində aminturşular yana bilər.
NH2-CH2-COOH + O2 ⇒ CO2 + H2O + N2

2-ci səbəb: reaksiya mühitində HNO3 və HNO2 kimi turşular aminturşularla reaksiyaya girib onları mürəkkəb efirlərə çevirə bilər.
NH2-CH2-COOH + HO-NO2-OH ⇒ NH2-CH2-CO-NO2-OH + H2O

3-cü səbəb: Hətta aminturşular davamlı olsa belə, yenədə zülal əmələ gətirə bilməzlər. Çünki, zülalın əmələ gəlməsi üçün ən azı 20 müxtəlif alfa aminturşusu lazımdır. İlkin atmosfer şəraitində ehtimal olunan CH4, NH3 və H2 qazlarından ancaq qlisin kimi sadə aminturşular yarana bilər. Digər mürəkkəb aminturşuların yaranması mümkün deyil.

4-cü səbəb: Əgər bir neçə aminturşu əmələ gəlsə belə, yenədə zülal əmələ gələ bilməz. Çünki, canlı orqanizmlərdəki aminturşular, məhz 20 MÜXTƏLİF ALFA AMİNTURŞULARINDAN ƏMƏLƏ GƏLMİŞDİR. İlkin atmosfer şəraitində isə alfa, beta, qamma, delta aminturşuları yaranarsa (halbuki, bu mümkün deyil) və bu aminturşuları qarışığından yalnız alfa aminturşularının seçilərək məqsədli və planlı şəkildə, "təsadüfən" birləşməsini düşünmək, şizofrenik xəstəliyə bərabərdir. Çünki, ateistlərin də dediyi kimi həyatın yaranmasında, təsadüfi proseslərdə məqsəd və plan yoxdur.

5-ci səbəb: Hətta fərz edək ki, sadə zülallar əmələ gəldi. Zülallar əmələ gəlsə belə yenədə həyatın ruşeyimlərini yarada bilməzlər. Çünki, zülalın yaranması hüceyrənin yaranması demək deyil. Hüceyrənin yaranması üçün onun orqonoidləri, nüvə, sitoplazma, qılaf və digər mürəkkəb hissələr yaranmalıdır.

Ümumiyyətlə zülalların ilkin həyat rüşeyimlərinə başlanğıc verməsi fikri gülünc və absurddur. Bunun əsas səbəbi zülalların ətraf mühitin təsirinə qarşı davamsız olmasıdır. Məsələn, adicə yumurta zülalı 100 dərəcə selsidə denaturasiya olaraq quruluşunu dəyişir və davamsız formaya keçir. Siz heç quruluşunu dəyişən qaynanmış yumurtadan cücə çıxdığını gördünüzmü? Görmədiniz və bu mümkün də deyil. Düşünün, 20000 dərəcə selsi ildırım kanalında və atmosferin formalaşmadığı dövrdə zülallar necə davamlı ola bilər və canlılıq xüsusiyyətini necə saxlaya bilər?
Milyard il durmadan davamlı şəkildə necə təkamül keçirə bilər?
Bu cür sərt şəraitdə zülallar yanmadan, oksidləşmədən, denaturasiyadan, pıxtalaşmadan özünü necə qorudu?
Ensiklopedik məlumatların daşıyıcısı olan mürəkkəb DNT və RNT molekulları təsadüfən necə yarandı? DNT və RNT molekulları olmadan, hüceyrə təsadüfən necə meydana gəldi?
Düşünə bilirsinizmi?
Amma bu cür cəfəngiyatları ateistlər düşünə bilirmiş. Niyə? Allahı inkar etmək üçün. Elm adı ilə bu cür cəfəngiyatlara inanmağın bir səbəbi var. Həmin səbəb inadkarlıq və eqoizmdir.

NƏTİCƏ: İlkin atmosfer şəraitində həyat əmələ gələ bilməz. Yəni, abiogenez mümkün deyildir. Abiogenez mümkün olmadığına görə ondan sonrakı təkamülü düşünmək gülünc və absurddur. Çünki, Darvinin təkamül nəzəriyyəsi birbaşa abiogenezə bağlıdır. Abiogenez mümkün deyilsə o zaman təkamül nəzəriyyəsinə uyğun təkamül prosesinin gerçəkləşməsi də mümkün olmayacaqdır. Təkamülçülər özləridə bunu bildiyi üçün abiogenezi təkamüldən uzaq tutmağa, Darvinin təkamül nəzəriyyəsi ilə əlaqələndirməməyə çalışırlar. Bunu niyə belə edirlər? Bunun bir səbəbi var. Yuxarıda dediyimiz kimi, "eqoizm xəstəliyi" buna imkan vermir.


Mənbələr
Thomas F. Heinze “How life began” 2002.
Holt, Annotated Teacher's Edition, “Biology, Visualizing Life”, 1994, p. 201.
Brinkman R.T (1969) “Dissocation of Water Vapor and Evolution of Oxygen in the Terrestrial Atmospher”, Journal of Geophysical Research, Vol 74:23, pg 53-66.
Qeyd: Məqalə AteizmCaps facebook səhifəsindən götürülmüşdür.