Necə Möhkəm İmanlı Bir Müsəlman Olmaq Olar ?


Möhkəm bir müsəlman özünə və ətrafındakı insanlara maddi və mənəvi kömək edə bilmək üçün gərək sağlam əqidəli bir imana sahib olsun. Aşağıda təqdim etdiyimiz bir neçə bəsit addımı izləməklə Allahın sevgisini qazanmağın və faydalı bir müsəlman olmağın yollarını öyrənə bilərsiniz:

  1. Əvvəlcə hər şeyə qadir olan Allahın varlığını və Onun vəsflərinin bizim təxəyyülümüzün fövqündə olduğunu qəbul et.  
O, hər şeyə gücü çatandır. Quran və sünnəyə uyğun bir elmlə və tam əminliklə Allaha inanmaq fərzdir. İkincisi isə Hz. Adəmlə (a.s) başlayan, Hz. Nuh (a.s), Hz. İbrahim (a.s), Hz. Musa (a.s), Hz. İsa (a.s) kimi ulu-l-azm peyğəmbərlər də daxil olmaqla digər peyğəmbərləri və peyğəmbərlərin sonuncusu olan Hz. Muhammədi (sallallahu əleyhi vəssəlləm) qəbul et. Quranın ən sonuncu kitab və Allahın haqq sözü olduğunu qəbul et. Mediyanın dünyanın dörd bir tərəfində olan müsəlman fərdlər və qruplar haqqında dediklərinə qətiyyən inanma. Küfr əhli həmişə həqiqi müsəlmanlara qarşı olmuş və olacaq.Oodur ki, sən onlarla eyni tərəfdə olma. 

       2. İxlasla namaz qıl.Allahın (ad və sifətləri ilə) sənə ən yaxın olduğuna inan. Namazını həmişə vaxtında qıl, heç vaxt gecikdirmə. Daha vacib işlər görməyinə mane olan şeyləri qətiyyən etmə. Heçbir şey Allahın sənə əmr etdiklərinə itaət etməkdən daha vacib ola bilməz. Məsələn, iş görərkən və ya dərsdə olduğun vaxt belə etdiyin hər şeyə fasilə ver və namaz qılmaq üçün ən yaxın məscidə get. Əgər kimsə səndən hara getdiyini soruşsa, Allahın namaz dəvətinə icabət etdiyini de.

      3. Gecənin ortasında namaz qıl.Ətrafındakı insanlar mışıl-mışıl yatarkən sən namaz qıl. Bu namaz təhəccüddür. Ancaq bu nafilə ibadəti yerinə yetirmək üçün çox qısa da olsa əvvəlcə biraz yatmağın gərəkdir. Gecə dua etmək üçün ən məqbul vaxtdır.

      4. Həmişə Allahın adını zikr et. Allahın adını anmaq səni şübhəsiz daha imanlı bir müsəlman edər. Çünki sən davamlı şəkildə Allahın sənə və bütün insanlığa olan nemətini yad edirsən. 

      5. Sahib olduğun hər şey üçün şükr et.Ruhi, zehni və fiziki hər şey üçün bunu et. Nə qədər mərhəmətli olsan, bir o qədər də rəhm olunduğunun fərqinə varacaqsan. Bunu edərək Allahın izni ilə daha möhkəm olacaqsan. Çünki Allahın hər yerdə hazır və nazir olduğunu görəcəksən.

      6. İffətini qoru.Zinanın haram bir əməl olduğunu bilməlisən. Buna görə də həmişə ondan uzaq durmalısan. Bu həm kişilərə, həm də qadınlara aiddir. Kişilər və qadınlar dar və açıq-saçıq paltarlar geyinməməlidir. İkisi də baxışlarını aşağı endirməli və təvazökar olmalıdırlar. 

      7. Verdiyin sözün üstündə dur. Əgər bir şeyin öhdəsindən gələ bilməyəcəyini görürsənsə, mümkün qədər tez vaxtda yoldaşlarına xəbər ver. Verdiyin sözün üstündə durmaq səni şübhəsiz etibarlı bir insan edər. 

      8. Başqalarının fikirlərinə hörmət göstər.Heç bir düşüncə “pis” və “axmaq” ola bilməz. Onlara cövhər kimi bax və onlardan faydalanmağı öyrən. Fikir olmadan nəticə ola bilməz. Bir fikiri bəyənmirsənsə, onu dərhal etibarsız sayma, bunun yerinə o fikri biraz genişləndir. 

      9. Doğru niyyətlə üçün oruc tut.Başqalarına göstərmək və ya daha zəif olduğunda onların yanında etibar qazanmaqdan ötrü özünü fərqli göstərmək üçün oruc tutma. Yalnız Allahı razı salmaq və bundan savab qazanmaq məqsədi ilə oruc tut. Əlavə olaraq namazlarını doğru və təsirli bir halda əda edə bilmək və sağlam olmaq üçün oruc tut. Bununla yanaşı su və yemək nemətləri verilməmiş olan kimsələri anlamaq üçün oruc tut. Həftədə 2 dəfə oruc tut, xüsusilə 1 və 4-cü günlər. Ramazan ayı müddətində, Zilhiccənin 9-cu günü olan Arafa günündə oruc tut. Əgər Arafa günü oruc tutsan Allah bir il ərzində işlədiyin bütün günahlarını bağışlayar.

     10. Əsla yalan danışma. Allahın qullarının başqalarına yalan danışmasından xoşu gəlməz. Sənin dürüst olmağın başqaları yanında hörmətli olmağına təsir edəcək. Dediklərində doğru və dürüst olsan, insanlar sənə həsəd aparacaqlar. Əgər danışılan yalan bir kimsənin günahını örtməyəcəksə və ya hər kəsi maraqlandıran bir sıxıntıya mane olmayacaqsa, onu danışmağa izn verilməmişdir.

     11. Ailənlə gözəl tərzdə rəftar et. Peyğəmbərimiz (sallallahu əleyhi vəssəlləm): “Sizin ən xeyirliniz ailəsinə ən yaxşı davranandır.” - buyurmuşdur. Bu səbəblə onlarla həmişə incə rəftar et, hər vaxt onlara dəstək ol.

     12. Yaxşı əməllər üçün çalış.Vaxtını dəyərləndir, məsciddə bir söhbət varsa ora get. Malından, pulundan səndən daha çox ehtiyaclı olan kimsələrə ver. Başqa sözlə desək, sədəqə ver. Sədəqəni alan kəs gündəlik həyatında ona yardım edildiyi üçün sənə minnətdar olacaqdır. Verən əlin alan əldən üstün olduğunu xatırla. 

     13. Hər şeyə üsuluna uyğun tərzdə yanaş.Sadəcə ana və atana yox, qohumlarına, dostlarına hətta ətrafındakı bitkilərə qarşı belə incə və yumşaq qəlbli ol. Ətrafındakıları həmişə qoru. Heyvanlara qarşı təcavüzkar olma. Zibilləri yerə tökmədən və bələdiyyənin zibil daşıma xidmətinə yardımçı olaraq ətrafını qoruya bilərsən.

     14. Ana və atana qarşı mərhəmətli ol.Çünki onlar övladları üçün yemək və başqa ehtiyacları təmin etmək üçün çox əziyyət çəkirlər. Anan səni bu dünyaya çox böyük əziyyətlər çəkərək gətirib. Onlara təşəkkür etmək üçün nə etdin ? Onlar vaxtaşırı sənə hədiyyə alaraq həyatına sevinc qatdılar. Təşəkkür edib dəyər vermisənmi ? Onların səndən umduqlarını həyata keçir. Bu, əlbəttə ki, Allah qatında da gözəl bir davranış olacaq.

     15. Sənə əziz olan bir kimsənin dəfnində fəryad etmə. Bu hadisəni də Allahın təqdir etdiyini və Allahın sənin sevdikərini səndən daha çox sevdiyini bil. Ölümün bu dünyanın səbəb olduğu bütün çətinliklərin müqabilində əzizlərin üçün bir fasilə mərhələsi olduğunu qəbul et.

     16. Vaxtını faydasız fəaliyyətlərlə israf etmə.Vaxt bir nemətdir, odur ki, keçirdiyiniz vaxtın həmişə məhsuldar olduğuna əmin olun.

     17. Qurani-Kərimi çox oxu.Hər bir ayənin mənasını dərindən düşün. Dostlarınla fikir mübadiləsi apar və nəticələrini tapmağa çalış. Əsl mənasını başa düşmədiyin bir cümlə ilə qarşılaşsan, Quranın tərcüməsinə və ya böyük alimlərin təfsir kitablarına müraciət et və yaxud da elmli birindən soruş. Bu, sənin imanını daha da gücləndirər. Ruhunu təmizləyər. Oxuduğun hər hərflə savab qazanarsan. Peyğəmbərimiz (sallallahu əleyhi vəssəlləm) demişdir: “Qurandan tək bir hərf oxuyana belə savab vardır. Hər həsənət (savab) on misli ilə qiymətləndirilir. "Əlif Ləm Mim" bir hərfdir demirəm. Əksinə, "Əlif" bir hərf, "Ləm" bir hərf, "Mim" də bir hərfdir. " (Tirmizi, Savabul-Quran, 16)

     18. Elmini artırmağa çalış.İnsanlara yanlış istiqamət verən internet saytları və kitablardansa, səhih İslam qaynaqlarına sarıl.
  1. Doğru düşün. Pis fikirlərin ağlına gəlməsinə qətiyyən izn vermə.
  2. Bədənini, paltarlarını, əşyalarını, sahib olduğun hər şeyi təmiz saxla. Gözəl ətirlərdən istifadə et, yaraşıqlı və sadə geyin.
  3. Nə formada olursa olsun, fəqir və yetimlərə həmişə yardım et. Onları yedir, pul ver. Bu əməllərdə çox savab vardır.
  4. Nə vaxtsa günah əməl işləmisənsə, buna görə peşman ol.
Səmimi bir tövbə etsən Allah səni bağışlayar. Sonra o günahı təkrar etməməyə çalış. Çünki axırda o günahınla Axirətdə qarşılaşacaqsan. Buna görə də Allahın hökmünə, əmrlərinə tabe ol ki, Onun razı olduqlarından olasan.
  1. Yaxşı bir müsəlman olmaq üçün Quran və hədislərə iman etmək məcburiyyətindəsən. Quranda da buyurulduğu kimi; “Allaha və Rəsuluna itaət edin!”.
  2. Faydalandığın mənbələri şüurlu bir şəkildə seç.
Suffagah.com

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.