Skip to main content


Bəs sən İslamı təmsil edirsənmi?

İslam mədəniyyətini təmsil edə bilmək hər bir müsəlmana vacibdir. Bu mədəniyyət ilk növbədə ictimai əxlaqda özünü göstərməlidir. Müsəlman istənilən mühitdə, insanlarla münasibətində Rəbbi ilə davamlı ünsiyyətdə olduğunu göstərməlidir. Bu necə olmalıdır? Bunun üçün Qurana , eyni zamanda Allah Rəsulu Muhamməd Mustafaya (sallallahu aleyhi vəssəlləm) baxmalıyıq. Məs, cəmiyyətdə bir şəxs fikirli olduqda siqaret çəkirsə, müsəlman eyni halda Allah həmd edib sakin təbiət nümayiş etdirməlidir. İnsanlardan biri maşın, bahalı telefon və ya brend məişət əşyası almaq istədikdə və ya maddi sıxıntıya düşdükdə bankdan faizlə kredit götürüsə, müsəlman qənaətli, israfdan uzaq bir həyatla örnək olmalıdır. İnsanlar stres və gərginlikdən dolayı əsəblərini cilovlaya bilmirsə, müsəlman təmkinli görünüşü ilə ibrət olmalıdır.

Bizim şüurumuzda iki xətalı rəsul anlayışı vardır; birincisi xurafatlarla dolu , ikincisi isə şiddətə meylli, indiki dillə desək, anarxist rəsul anlayışı. Halbuki, peyğəmbərlərin ortaya qoyduğu ictimai  mədəniyyət normaları belə deyildir:

1. Peyğəmbərlərin üslubunda istehzalı ifadə olmayıb. Bəzi hallarda onlar yumşaq üslubda deyilmiş ,düşündürücü və yolgöstərici  sözlərdən istifadə edirdilər;.İbrahimin (Allahın salamı üzərinə olsun)  bütləri qırdığı zaman seçdiyi üslub kimi...
2. Peyğəmbərlər insanları müzakirəyə dəvət edirdi. Rəbbani layihələrini təqdim edib:” Buyurun,siz də öz fikirlərinizi təqdim edin”- deyərdilər. Onlar masaya  əyləşməmiş masa ətrafında əyləşəcək insanları  “təpikləməzdilər”. Saleh, Hud, Şuayb, Musa (Allahın salamı onların üzərinə olsun) qissələrindəki nitq mədəniyyətinə diqqət etmək lazımdır.
3. Peyğəmbərlər öz əshabının  mənəvi qüsurlarını da islah edərdilər. Bunun üçün isə:
“Boş sözləri
əmanətə xəyanəti
insanlara istehza etməyi
mübahisə zamanı həddi aşmağı
iftira və böhtanı, həmçinin onların  malalanmış formalarını
........

tərk edin” əmrini  öncə ÖZ MƏHƏLLƏLƏRINƏ tətbiq edərdilər.

ADƏMƏ NİZAM VERƏ BİLMƏYƏNLƏR ALƏMƏ NİZAM VERƏ BİLMƏZ