Skip to main content


Allahin kitabları

Həmcinin Uca Allah bu kitablar vasitəsi ilə insanlara həyatlarını necə nizama salmağı, Allaha ibadət etməyi, ona heç bir şərik qoşmamağı oyrətmişdir. Uca Allah kitablarında insanlara azmaması, pis yola duşməməsi üçün bir çox qanunlar da muəyyən etmişdir. Necə ki, bir muəssisə muəyyən bir cihazı istehsal etdiyində ondan düzgün istifadə etmək üçün kitab yazır. Həmin kitabça vasitəsi ilə biz o cihazı necə istifadə etməyi, nələrdən qorumağı oyrənirik. Bununla da həmin cihazın niyə mövcud olduğunu və necə istifadə vasitəsi ilə yaratdığı insanı nə üçün yaratdığını bildirir. Onun nələri etməli olduğunu, nələrdən də uzaq durmasını orada açıqlayır. Necə ki, biz cihazı kitabçasında yazılmış istifadə qaydalarına zidd istifadə etsək o tezliklə xarab olar, eləcə də Allahın kitabında bizə bildirdiyi əmrləri yerinə yetirməsək, qadağan etdiklərindən cəkinməsək ozumuzə zərər vurmuş olarıq. Beləcə halımız xarab olmuş, istifadəyə yararsız cihaz misalında olar. Bununla yanaşı biz əbədi həyatımızı da itirmiş halda, ziyana uğrayanlardan, sonsuz əzab icərisində yaşayanlardan olarıq. Bundan Allaha sığınırıq.

        Allah Oz kitablarını peyğəmbərlərə necə gondərmişdir?

Allah öz kitablarını vəhy mələyi olan Cəbrayıl (aleyhis sələm) vasitəsi ilə peyğəmbərlərə gondərmişdir. Lakin Allah bu kitablarını bütöv bir kitab kimi yox, söz olaraq onlara bildirmişdir. Buna da “vəhy” deyilir. Allah tərəfindən insanlara hidayət olaraq gondərilən kitablar “vəhy kitabları” da adlanır.

      Sonuncu peyğəmbər olan Məhəmməd peyğəmbərə (sallallahu aleyhi va səlləm) nazil olan kitab Qurandır. Qurani- Kərimdə bizə oncəki peyğəmbərlərə də kitablar verilməsi xəbər verilmişdir. Ancaq orada bunlardan bir necəsi qeyd olunmuşdur. Biz Quran vasitəsi ilə bilirik ki, İbrahim peyğəmbərə (aleyhissələm) “suhuf” verilmişdir. “Suhuf”un mənası sə hifələr deməkdir. Musa peyğəmbərə (aleyhissələm) isə Tövratdan bir hissə olan kitab verilmişdir.. Bununla yanaşı Davud peyğəmbərə (aleyhissələm) Zəbur, İsa peyğəmbərə (aleyhissələm) İncil adlı kitablar nazil

olmuşdur. Bu kitablardan İbrahim peyğəmbərə (aleyhissələm) verilən “Su huf” bizə gəlib çatmamışdır. Tövrat, Zəbur, İncil isə insanlar tərəfindən təhrif olunmuşdur. Yəni ya Allahın kəlamı bu kitabdan silinmiş, ya da Allahdan qorxmayaraq öz sozlərini bu kitablara əlavə etmişlər. Ancaq sonuncu peyğəmbərə nazil olan Quran Allah tərəfindən qorunub saxlanmışdır. Qiyamətə qədər də Uca Allah kitabını təhrifdən qoruyacaqdır. Qurani-Kərim peyğəmbərin, səhabələrin zamanında necə idisə bu gün də o şəkli uzrədir. Qurani-Kərim bütün bəşəriyyətə doğru yol gostəricisi olaraq gondərilmişdir. Əgər biz dünya və axirətdə xoşbəxt olmaq, uğur qazanmaq istəyiriksə hər işimizdə Qurana tabe olmalıyıq. Çünki, Uca Rəbbimiz onu bizə qaranlıqlardan işığa çıxmamız üçün nazil etmişdir. Yəni cəhalətdən elm nuruna qovuşmaq üçün.