Skip to main content


Mələklər

 Mələklər Allahın buyurduğu xüsusi vəzifələri icra etmək üçün yaradılmış qullarıdır. Onlar Allahın əmrlərini yerinə yetirirlər.

Mələklər bizdən nə ilə fərqlənirlər?

Mələklər bizdən fərqlidirlər. Allah bizi torpaqdan, onları isə nurdan yaratdı. Eləcə də biz etdiklərimizdə sərbəstik. Yəni yaxşı, yaxud pis əməl edəcəyimizi özümüz seçirik. Ancaq mələklər elə deyil. Allah bizə ağıl və nəfsi istək verib. Heyvanlara ağıl verməyib, yalnız nəfsi istək (şəhvət) verib. Mələklərə gəlincə onlara yalnız ağıl verib şəhvət, tamah verməyib. Ona görə də əgər biz ağlımızla hərəkət etsək mələklər kimi davranmış olarıq. Yox, əgər ancaq tamahımız, nəfsi istəyimizlə yaşasaq, ağlımızı, düşüncəmizi bir kənara atsaq o zaman heyvanlar kimi hərəkət etmiş olarıq. Ona görə də Rəbbimiz olan Allah bizə hər ikisini də verib ki, özümüz seçək. Yaxşını və pisi də bizə anladıb. Yalnız Allahın bizə göstərdiyi yol ilə getsək həm bu dünyada həm də axirətdə qurtuluş tapanlardan olarıq. Bunu isə tamahımıza, nəfsi istəyimizə qarşı çıxaraq yalnız ağılla dərk etmək olar.

Mələklər nə edirlər?

Allah onlara nə əmr edirsə mələklər də onu edirlər. Onlar daimi olaraq Allaha həmd və şükür edirlər. Mələklər hər zaman Allaha itaət edirlər. Onun əmrlərinə tabe olurlar. Heç vaxt Onun əmrindən çıxmırlar. Allaha qarşı asi (üsyankar) olmurlar. Onlar hər zaman Allahın əmrlərini yerinə yetirməyə hazırdırlar.

Nə qədər mələk vardır?

Mələklərin tam olaraq sayını biz bilmirik, mələklərin tam sayı yalnız Allaha məlumdur. Ancaq onlar çoxdurlar. Onların digərlərinə nisbətən 31 daha mühüm vəzifələrlə vəzifələndirilmiş ən böyükləri isə dörddür. Bunlar aşağıdakılardır:

1.Cəbrayıl (aleyhissələm) – əsas vəzifəsi peyğəmbərlərə vəhy.1  çatdırmaqdır.                                                                               2. Mikayıl (aleyhissələm) – əsas vəzifəsi yağışın yağdırılması və bitkilərin çıxarılması                                                       3. Ölüm mələyi (aleyhissələm) – əsas vəzifəsi insanların ruhunu almaq                                                                                          4. İsrafil (aleyhissələm) – əsas vəzifəsi Qiyamət günü surun çalınması                          

             Mələklərin hər biri bir işlə vəzifələndirilib. Bir qrup mələklər insanların əməllərini yazmaqla məşğuldurlar. Bütün insanların hər bir çiynində bir mələk vardır. Sağ çiyində olan mələk yaxşılıqlarımızı, sol çiynimizdə olan mələk isə pisliklərimizi yazırlar. Onlar bizim hər danışdığımız sözü, hər etdiyimiz əməli qeydə alırlar. Qiyamət günü isə Allah onların qeyd et dikləri hər bir əməl haqqında bizdən soruşacaqdır. Necə ki, Uca Allah bu yurur: “Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır.”2

       Ona görə də biz danışdığımız sözə, etdiyimiz hər bir əmələ diqqət etməliyik. Çünki, onların hər biri haqqında Allaha hesab verəcəyik. Bu isə bizi yalnız yaxşı əməllər etməyə sövq etməlidir. Biz hər zaman pislikdən uzaq olub yaxşılıq etməliyik ki, Allah da bizi hesaba çəkəndə hesabımız bizim üçün asan olsun.

Qaynaqlar

  1. Vəhy – Müəyyən, ayə, xəbər və ya hökmün Allah tərəfindən peyğəmbərə ilham olunması və yaxud mələk vasitəsi ilə çatdırılması.
  2. Zilzal (zəlzələ surəsi) 7, 8-ci ayələr