Skip to main content


Heyz və nifas olana haram olan şeylər

Buxari (298) və Müslim (80) Əbu Səid əl-Xudridən Peyğəmər salləllahu əleyhi və səlləmin qadının dininin naqisliyi sualına cavab olaraq belə buyurduğunu rəvayət etmişlər: “Onun heyz olduğu zaman namaz qılmadığını və oruc tutmadığını (görmürsünüzmü?)”.

Heyz və nifas olan qadınlar tuta bilmədikləri orucun qəzasını tutar qıla bilmədikləri namazların isə qəzasını qılmazlar.

Buxari (315) və Müslim (335) Muazədən elə dediyini rəvayət etmişlər: “Aişə radiyallahu anhədən “Heyz olan qadın orucun qəzasını tutar, namazın qəzasını qılmamalıdırmı?” deyə soruşdum. O dedi: “Peyğəmbər salləllahu əleyhi və səlləmin sağlığında biz də heyz olurduq. Orucları qəza etməklə əmr olunur, namazları qəza etməklə əmr olunmurduq”.  

3. Quran oxumaq

İbn Məcə (596) Abdullah ibn Ömər radiyallahu anhumədən Allah Rəsulu salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Cünu olan (kişi) və heyz olan (qadın) Qurandan heç nə oxumasın”.

4. Qurana toxunmaq və onu götürmək

Allah təala buyurur: “Ona yalnız pak olanlar toxunar”. (Vaqiə 79) Dəraqutninin (1121) mərfu, İmam Malikin (1199) mürsəl olaraq rəvayət etdikləri bir hədisdə peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğu rəvayət olunmuşdur: “Qurana təmizolanlarr xaricində (heç kim) toxunmasın”.

5. Məscidə girmək

Əgər məscidə ondan nəsə düşmək (qan damcılamaq) ehtimalı varsa o zaman məscidə girmək haramdır. Əks təqdirdə isə məscidə girmək haram olmur sadəcə orada qalmaq haramdır. Bu halda məscidə nəyisə götürmək üçün girməkdə qəahət yoxdur.

Əbu Davud (232) Aişə radiyallahu anhədən peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Məscid cünub və heyz olan üçün halal deyil”.

Müslim (298) və başqaları Aişə radiyallahu anhənin belə dediyini rəvayət etmişlər: “Allah Rəsulu salləllahu əleyhi və səlləm mənə belə buyurdu: “Mənə məsciddən səccadə gətir”. Mən ona heyz olduğumu dedim. O buyurdu: “Heyz sənin əlində olan bir şey deyil”.

Nəsai (1147) də Meymunə radiyallahu anhədən heyzli ikən məscidə girərək səccadə sərdiklərini rəvayət etmişdir.      

6. Tavaf etmək

Hakim (1459) İbn Abbas radiyallahu anhudan belə dediyini rəvayət etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Heç şübhəsiz ki, tavaf da namaz kimidir. Fərq yalnız tavaf zamanı danışmağınızdır. Kim (tavaf zamanı) danışarsa xeyir danışsın”.

7. Cinsi münasibətdə olmaq

Allah təala buyurur: “Heyz vaxtı qadınlarla yaxınlıq etməkdən uzaq olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allah`ın sizə buyurduğu yerdən onlara yaxınlaşın. Şübhəsiz ki Allah tövbə edənləri də, pak olanları da sevir”. (Bəqərə 222)

8. Həyat yoldaşının dizdən göbəyə qədər olan nahiyəyə toxunması

Əbu Davud (212) Abdullah ibn Səd radiyallahu anhudan belə dediyini rəvayət etmişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləmdən soruşdum: “Yoldaşım heyz olduğu zaman mənə nə halaldır?”. O buyurdu: “Beldən yuxarı sənə halaldır”.

Qeyd: Alimlər heyz ilə nifasın bütün hökmlərinin eyni olması barədə icma etmişlər.