Skip to main content


Cünub olana edilməsi haram olan şeylər

Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub olduğunuz zaman – yolda olan (müsafirlər) müstəsnadır - qüsl edənədək namaza yaxınlaşmayın. (Nisə 43)

Müslim (224) və başqaları Abdullah ibn Ömər radiyallahu anhumədən belə dediyini rəvayət etmişdir: “Mən Allah Rəsulu salləllahu əleyhi və səlləmin belə buyuduğunu eşitdim: “Təmiz (qüsllü və ya dəstəmazlı) olmadan namaz qəbun olmaz”.

2. Quran oxumaq

İbn Məcə (596) Abdullah ibn Ömər radiyallahu anhumədən Allah Rəsulu salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Cünub olan (kişi) və heyz olan (qadın) Qurandan heç nə oxumasın”.

3. Qurana toxunmaq və onu götürmək

Allah təala buyurur: “Ona yalnız pak olanlar toxunar”. (Vaqiə 79) Dəraqutninin (1121) mərfu, İmam Malikin (1199) mürsəl olaraq rəvayət etdikləri bir hədisdə peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğu rəvayət olunmuşdur: “Qurana təmiz olanlar xaricində (heç kim) toxunmasın”.

4. Tavaf

Hakim (1459) İbn Abbas radiyallahu anhudan belə dediyini rəvayət etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Heç şübhəsiz ki, tavaf da namaz kimidir. Fərq yalnız tavaf zamanı danışmağınızdır. Kim (tavaf zamanı) danışarsa xeyir danışsın”.

5. Məsciddə qalmaq

Əbu Davud (232) Aişə radiyallahu anhədən peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Məscid cünub və heyz olan üçün halal deyil”.