Bəraət gecəsi


Bəraət gecəsi - Şaban ayının 15-ci gecəsidir. Bəraət borc, xəstəlik, günah və cəzadan qurtulmaq deməkdir. Rəsulullahdan (s.ə.s.) bu gecəyə məxsus nəql olunan xüsusi ibadət şəkli yoxdur. Bəraət gecəsi Ramazan ayına hazırlaşmaq üçün fürsət sayıla bilər. Bu gecəsi ilə əlaqədar Peyğəmbərimizdən rəvayət olunduğu deyilən hədislər Kutubi Sittədən Tirmizi və İbn Macənin sünənlərində bəhs edilmişdir [1].
Tirmizidəki rəvayət belədir:
Aişədən (Allah ondan razı olsun) rəvayətə görə : "Bir gecə Allah Rəsulunun (s) yanımda olmadığını gördüm, çölə çıxdım və onu Baki qəbiristanlığında tapdım. "Allah və Rəsulunun sizə qarşı haqsız davranacağından qorxursunuz?" dedi. Dedim: "Ya Rəsulullah, sənin zövcələrindən birinin yanına getdiyini zənn etdim." Bunun üzərinə; Dedi: "Allah Şaban ayının yarısında dünya səmasına enir və Kəlb qəbiləsinin qoyunlarının tüklərindən daha çox günahları olan və ya günah işləyənləri bağışlayır." (Tirmizi, Sıyam, 39)
İmam Tirmizi bu hədisi bildirib; ancaq aşağısında da bir izahat verib. İzahat belədir:
"Əbu İsa (Tirmizinin adıdır: Əbu İsa Məhəmməd b. İsa ət-Tirmizi) dedi: Biz Aişədən bildirilən bu hədisi sənəddə olan Həccacdan gələn bu yol ilə bilirik. Məhəmmədin (İmam Buxarinin adıdır: Məhəmməd b. İsmayıl əl-Buxari) bu hədisi zəif gördüyünü eşitdim. O belə demişdi: “Sənəddə olan Yəhya b.  Əbi Kəsir, Urvədən; Haccac b. Ərtat da Yahya b. Əbi Kəsirdən hədis eşitməyib. "
Göründüyü kimi, bu hədisi kitabında bildirən Tirmizi özü, müəllimi İmam Buxaridən hədisin zəif olduğunu bildirdi. İzahat hissəsində də göründüyü kimi, sənəddə olan ravilər bu hədisi bir-birlərindən eşitməyiblər.
İbn Macə də eyni hədisi kitabında bildirdiyindən yuxarıda deyilənlər onun üçün də keçərlidir. Ancaq İbn Macə Berat gecəsi ilə əlaqədar başqa iki hədisi də nəql etmişdir. Bunlardan birincisi belədir:
Əli b. Əbi Talibdən (r.a.) bildirilənlərə görə, Allah Rəsulu belə buyurdu: “Şaban ayının on beşinci gecəsi olduqda, o gecə ibadət etməyə qalxın. O gecənin gündüzünü (on beşinci günü) oruc tutun. Çünki o gecə günəş batdıqdan sonra  Allah dünyaya ən yaxın səmaya mərhəməti ilə təcəlli edəcəkdir, (o andan) fəcr olana qədər: Məndən bağışlanmaq istəyən varmı? Mən onu bağışlayım. Məndən ruzi istəyən varmı? Mən onu ruzi verim. Bir xəstəliyə düçar olan varmı? Ona şəfa verim.  Belə kimsə varmı? Elə kimsə varmı? (Onlara istədiklərini verim) 'buyurur. "(İbn Macə, İqamə, 191)
İbn Macə'nin Sünənini araşdıran Məhəmməd Fuad Abdulbaki, hədisin izahında bunları söyləyir: "Əl-Heysəmi, Mecmau'z-Zavaid adlı kitabında, sənəddəki İbn Əbi Səbrəyə görə bu hədisin zəif olduğunu söylədi. Əhməd b. Hənbəl və Yəhya İbn Main də bu İbn Əbi Səbrənin hədis uydurduğunu söylədilər. "
İbn Macədəki digər hədis belədir:‏.‏
Əbu Musa əl-Əşaridən xəbər verildiyi kimi, Allah Rəsulu buyurdu: “Həqiqətən, Allah Şaban ayının on beşinci gecəsi (qullarına mərhəmətlə) baxır və hamını bağışlayır. Ancaq şərik qoşanları və ya kin saxlayanları bağışlamaz. " (İbn Macə, İqamə, 191) Məhəmməd Fuad Əbdülbaki bu hədisin izahında Məcmauz-Zəvaiddə də bu hədisin sənədində olan Abdullah İbn Lehia'ya görə zəif olduğunu bildirmişdir. Sindi isə sənəddəki İbn Arzabın Əbu Musa əl-Əşari ilə görüşmədiyini söyləmişdir. Göründüyü kimi Bəraət gecəsi ilə əlaqəli hədislər zəif hədislərdir. Rəvayət zəncirindəki bəzi ravilər bir-birini görməyiblər və bir-birini görsələr də bir-birlərindən hədis eşitməyiblər. Bəzi ravilər də hədis uydurmaqda günahlandırılıblar. Bütün bunlar göstərir ki, bu gecə ilə əlaqəli olduğu deyilən bu hədislərlə əməl edilə bilməz.
http://www.fetva.net/yazili-fetvalar/zayif-hadisle-amel-edilir-mi.html
Əslində Əhkəmu'l-Quran adlı əsərin müəllifi, təfsirçi Əbu Bəkr İbn əl-Ərəbi (ö. 543/1148), Bəraət gecəsinin fəziləti haqqında bir dənə də sağlam hədisin olmadığını buna görə də, bu mövzuda hədis şəklində yayılan sözlərə etibar olunmamasını deyib . (Bax: Əbu Bəkr İbnü'l-Ərəbi, Ahkâmu'l-Quran, 2. Bs., Y.y., 1968, c: 4, s.1678 (Duhan Surəsi, 2-ci ayənin təfsiri)
Sonda bunu vurğulamaq istəyirik ki, Bəraət gecəsi digər gecələr kimi adi bir gecədir. Digər gecələrdə edilən ibadətləri bu gecədə də etmək olar, lakin xüsusi bir ibadət yoxdur. Bu gecə üçün bəzi ibadətlərin ediləcəyi ilə bağlı deyilən fikirlər doğru deyil, bunlar bidətdir.   
Yəhya Şenol

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar