Sarğının üzərinə məsh çəkmək

Əbu davud (336) və başqaları Cabir ibn Abdullah radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Bir dəfə səfərdə idik. Bizdən bir nəfərin başına daş dəydi və onun başı yarıldı. Daha sonra o cünub oldu. O yoldaşlarından “Mənim üçün təyəmmüm almağa rüxsət (icazə) varmı?” deyə soruşdu. Yoldaşları ona “Sudan istifadə edə bildiyin halda sənə təyəmmüm üçün rüxsət olduğunu bilmirik” deyə cavab verdilər. Həmin adam suyla qüsl aldı və öldü. Biz Peyğəmbər salləllahu əleyhi və səlləmin yanına gəldiyimiz zaman hadisəni ona danışdıq. O buyurdu: “Onu öldürdülər. Allah onları öldürsün. Bilmirdilərsə soruşaydılar. Heç şübhəsiz ki, cəhalətin şəfası sualdır. Təyəmmüm üdib yarasının üstünü bağlaması, daha sonra isə sarğının üstünə məsh çəkərək bədəninin qalan yerlərini yuması ona kifayət edərdi”.

Hər fərz namaz üçün ayrılıqda təyəmmüm almaq lazımdır. Nafilə namazlara gəlincə isə bir dəfə təyəmmüm almaqla istənilən qədər nafilə namazı qılmaq olar.

Beyhaqi (1\221) səhih bir isnadla Abdullah ibn Ömər radiyallahu anhumənin belə dediyini rəvayət etmişdir: “Təyəmmüm pozulmasa belə hər bir namaz üçün ayrılıqda təyəmmüm alınmalıdır”.

(Buradakı görüşlər şafi məzhəbinə aiddir. Daha doğru olan görüş isə belədir ki, əgər sarğı kiçikdirdə dəstəmaz alıb üzərinə məsh çəkmək lazımdır. Əgər sarğı böyükdürsə bu zaman təkcə təyəmmüm almaq kifayət edər. Daha sonra namazı yenidən qılmaq lazım deyil. Sarğının taxıldığı zaman insanın dəstəmazlı olması görüşü nün isə dəlili yoxdur.)

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.