Orucu pozan və pozmayan hallar

Aşağıdakı halla orucu pozmaz:

1. Gözlərə sürmə çəkmək orucu pozmaz. 

2. Göz damcılarından istifadə etmək orucu pozmaz. 

3. Qulaq damcılarından istifadə etmək orucu pozmaz. 

4. Astma və oksigen inglyatorlardan istifadə etmək orucu pozmaz. 

5. Diabet xəstələri üçün insulin inyeksiyaları orucu pozmaz. 

6. Dişlərin təmizlənməsi və plomblanması, diş anesteziya inyeksiyalar orucu pozmaz.

7. Qeyri ixtiyari qusmaq orucu pozmaz. 

8. Ətirlərdən istifadə etmək və ətri nəfəsə çəkmək orucu pozmaz. 

9. Boğazdan gələn bəlğəmi udmaq orucu pozmaz. 

10. Oruclu ikən unudaraq yeyən şəxsin orucu pozulmaz. 

11. İhtilam (yuxuda qeyri-iradi boşalma) orucu pozmaz. 

12. Dodaq boyasından istifadə etmək orucu pozmaz (udmamaq, dodaqları yalamamaq şərtilə). 

13. Makiyajdan istifadə orucu pozmaz. 

14. Diş pastasından istifadə orucu pozmaz. (Mədəyə düşməməsi şərtilə). 

15. Burun damcılarından istifadə orucu pozmaz (mədəyə düşməməsi şərtiylə). 

16. Udmadan qidanın dadına baxmaq orucu pozmaz (əgər ehtiyac varsa).

17. Müalicə üçün boğazı yaxalamaq orucu pozmaz. 

18. Ümumi analiz vermək orucu pozmaz. 

19. Misvakdan (ətirli maddələrin əlavəsi olmadan) istifadə etmək orucu pozmaz. 

20. Baxışı təkrarlayıb bunun nəticəsində inzal vaqe olsa (yəni məni gələrsə) oruc pozular, baxışı təkrarlamadan məzi gəlməsi isə orucu pozmaz. 

21. Hacamat (bədəndə xəstəliklərə səbəb olan qanın vakumlanaraq çıxarılması) orucu pozmaz.

22. (Şəhvani şeyləri) düşünər və sonra (düşünmə xaricində başqa bir hərəkət etmədən) boşaldıqda ya da sidik yoluna (dərman və s.,) damlatdıqda oruc pozulmaz. 

23. Əzələdaxili, venadaxili və dərialtı inyeksiyalar orucu pozmaz. 

24. Burundan qan axma və qanaxmayla dişin çəkilməsi orucu pozmaz.

25. Pensilin inyeksiyaları orucu pozmaz. 

26. Ağıza yığılan tüpürcəyi udmaq orucu pozmaz. 

27. Duş qəbul etmək, üzgüçülük orucu pozmaz (mədəyə su getməsini önləmək şərtiylə).

 

Aşağıdakı hallar isə orucu pozar:

1. Qidalandırıcı iynələr orucu pozar.

2. Qəsdən qusmaq orucu pozar. 

 

3. İstimna (əllə boşalma) orucu pozur. 

 

4. Qəsdən büxurun (ətirli tüstü) tüstüsüylə nəfəs almaq orucu pozur. 

 

5. (Şəhvət səbəbiylə) öpər yaxud toxunar və bunun nəticəsi olaraq məni boşaldıqda oruc pozular. 

 

6. Əgər, axşam olduğunu zənn edərək yeyər və daha sonra gündüz olduğu ortaya çıxarsa, o günün orucunu qəza edər. Əgər Fəcrin (sübh) başlanğıc zamanı barəsində şübhəli (olaraq) yeyərsə orucu ifsad olmamışdır. Ancaq günəşin batdığı zaman şübhəli bir şəkildə yeyərsə, (orucu) qəza edər. 

7. Siqarət çəkmək orucu pozur.

8. Saqqız çeynəmək orucu pozar, (dadsız və şirəsiz saqqızlar orucu pozmasa da ehtiyat baxımından çeynəməmək daha yaxşıdır).

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.