Skip to main content


Dövranı sevən

Sözsüz aldanıbdı dövranə bu dövranı sevən,

Canı Allaha fəda eyləməz ol canı sevən.

 

Ayələr,hədislər ola dillərdə əzbərimiz,

Böyük əxlaqa sahib idi o Peyğəmbərimiz(s.a.s),

Pisliyə yaxşılıqla cavab verib rəhbərimiz,

Bax və ibrət götür ondan ədəb-ərkanı sevən.

 

Dəhşətli gündə hamı bir-birin sorağlaşacaq,

Gördükü faydası yox dayanmadan ağlaşacaq,

Ana hətta balasından o gün uzaqlaşacaq,

Ana tək yoxdu əziz kəs amma insanı sevən.

 

Öz-özvə sual ver hərdən nələr hazırlamısan?

Əbədi deyil bu məskən nələr hazırlamısan?

Axirətçün de görüm sən nələr hazırlamısan?

Ey Nəim, Məva bağlarındakı ünvanı sevən.

 

Yaradan naşükürün dərdinə dərman eləməz,

Səbr edib, şükr eliyən bəndəni peşman eləməz.

Qəza və qədərdəki yazılara üsyan eləməz,

Hakimlər Hakiminin verdiyi fərmanı sevən.

 

 

 

Muhəmməd Cureyc