Skip to main content


Xatırlatma

Unudubdur bəzi şeyləri ümmət,
Faydası var, sizlərə xatırladım,
Səhvsiz adam həyatda olmur əlbət,
Bəlkə düzəldər bunu şeriyyatım.
Iman əhli var ki, məqam sahibi,
Geyim-keçim, paltarı cürbəcürdür,
Maddi cəhətdən boş olmuyur cibi,
Amma bu nemətlərə naşükürdür.
Iman əhli var ki, ağrıyır canı,
Bir gün tapır, bir gün tapmayır yemək.
Şükr eləyir, eyləməyir üsyanı,
Düşünür ki, 'hikməti vardır demək'.
Axirətlə bağlı olan hər işdə,
Salehlərdən örnəyi əlbət götür,
Amma ki, dünyavi gediş-gəlişdə,
Özündən bax aşağıya ibrət götür.
Sədəqə yuyur günahları büsbütün,
Əməl dəftəri günahla dolmayır.
Sevdiyi şeylərindən Allah üçün,
Xərcləməyən xeyirə nail olmayır.
Abdullah Rəvaha