Səhifələr

Var ömür kitabının bir neçə qat səhifələri
Əsası cəm olunub orda həyat səhifələri.
Kitabın həm sevincli, həm kədərli anları var,
Çətin anlarda səbirli ol,etmə gileygüzar,
Səhifənin yazılarını silməyə yoxdur ixtiyar,
Çün əzəldən yazılıb mündəricat səhifələri.
Güdazə vermə ömrüvü dünyada yaxşı yaşa,
Axır-əvvəl bu ömür müddəti çatacaq başa,
Axirət günü kitabınla qalanda başbaşa,
Oxuyasan utanmadan rahat-rahat səhifələri.
Dinimin vəzyətini bütün dünya məncə görür,
Neçə qadın, neçə körpə zülüm, işgəncə görür,
Ümmətin gəncləriysə keyf çəkir, əyləncə görür,
Verərik biz sabah nəcür izahat səhifələri.
Qardaşın dərdi bizim dərdimiz olsaydı əgər,
Əl açıb dua edərdik Allaha şamu-səhər,
Demək ki, günah bizdədi ,özgəsinə salma nəzər,
Nəfsimizdən alaq hər gün hesabat səhifələri.
İnternet aləmi bir fitnə yurdudu vertual,
Minlərlə kəslər iştirak eliyir orda fəal,
Şeytanın hiyləsi,həm də vaxt itgisidir real,
Sövq edir gəncləri cahilliyə çat səhifələri.
Kimisi cavanlığını həsr eliyir alkaqola,
Kimisi öz ömrünü türmələrdə verir yola,
Vay o gündən ki, tövbə eyləmiyə, vaxtı dola,
Belə mənasız ömürdənsə cır, at səhifələri.
Abdullah Qılınc

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.