Qurani Kərimi oxuma ədəbləri

4. Oxumağa başlarkən “Əuzu billəhi minə`ş-Şeytani`r-racim” deyərək başlamaq. (Səbəb odur ki, şeytan daim yaxınlaşaraq insanı Qurani Kərim oxumaqdan uzaqlaşdırmağa çalışır).

5. Bütün surələrin başında “Bismilləhi`r-Rahməni`r-Rahim” demək. (İstisna - Tövbə surəsində deyilməz. Alimlərin bu haqda iki rəyi vardır: 1. Bir qrup alimə görə Tövbə surəsi Ənfal sursəinin davamı sayılır. 2. Abdullah ibn Abbasın görüşü. Bu görüşə görə Tövbə surəsində daha çox müharibə, savaş ayələri olduğu üçün və Allah`ın mərhəmət sifəti bu surədə keçmədiyi üçün Tövbə surəsinin əvvəlində Allah`ın bağışlayıcı, rəhm edici adları olan Rahmən və Rahim adlarını çəkərək surəyə başlanılmaz).

6. Qiraəti təcvidlə (Quranı oxumaq qaydaları) oxumaq və hər hərfin haqqını vermək (hər hərfi qaydalara uyğun tələffüz etmək).

7. Oxuduğu ayələri düşünüb təfəkkür etmək.

8. Quranın müjdə və qorxu ayələrindən təsirlənmək. (Allah Rəsulu səlləllahu əleyhi və səlləm və əshabı Cəhənnəm ayələri gələndə bədənləri ürpər, üzləri qızarar və ağlayardılar, Cənnət ayələri isə onları daha çox yaxşı əməl etməyə həvəsləndirirdi).

9. Oxuyarkən səsi gözəlləşdirmək (ən gözəl avazla oxumağa çalışmaq).

10. Qiraəti açıqdan oxumaq.

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar