Skip to main content


Qurani Kərim haqqında məlumat

"Allah kəlamıdır" deyildikdə nə Cəbrayılın (əleyhissalam), nə də Rəsulullahın (sallallahu əleyhi və səlləm) öz sözü olmadığını başa düşürük.

"Muhəmməd sallallahu əleyhi və səlləmə endirilmiş" dedikdə - yəni bundan əvvəl nə İsa (a.s) nə Musa (a.s), nə də digər peyğəmbərlərə endirilmiş səhifələr deyildir.

"Mushaflarda yazılan" - Quran endirildiyi zaman Peyğəmbərimiz sallallahu əleyhi vəsəlləm`in huzurunda səhifələrə yazılırdı.

"Bizlərə təvatur yolu ilə çatan"; "Təvatur"-kəliməsi lüğətdə "ardıcıllıq və davamlılıq" deməkdir. Termin olaraq mənasi isə, yalan üzərində ittifaq edilməsi qeyri-mümkün olan və çox sayda adamın həmfikir olması mənasına gəlir. Beləliklə də bu qədər insanın yalan danışmaları mümkün deyildir.

"Tilaveti ile ibadet olan" – dedikdə Quran`i-Kərimə xas olduğu aydın olur, yəni məsələn, Allahu Təala kəlamı olub, ancaq sözləri Peyğəmbərimize (sallallahu əleyhi vəsəlləm) aid olan Qudsi hədisleri oxumaq ibadət deyildir.

Quran surələrdən, surələr ayələrdən, ayələrsə hərflərdən ibarətdir.

"Surə"lər Quranın, bir-birindən ayrılan bölümləridir. Quranda 114 surə var. İlk enən surə "əl-Ələq" surəsinin ilk 5 ayəsidir.

ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ ﴿١﴾ خَلَقَ ٱلْإِنسَـٰنَ مِنْ عَلَقٍ ﴿٢﴾ ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ ﴿٣﴾ ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ ﴿٤﴾ عَلَّمَ ٱلْإِنسَـٰنَ مَا لَمْ يَعْلَمْ ﴿٥﴾

Yaradan Rəbbinin adı ilə oxu!

O, insanı qan laxtasından yaratdı

Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.

O, qələmlə yazmağı öyrətdi.

İnsana bilmədiklərini öyrətdi.

Ən uzun surə Quranın ikinci surəsi olan əl-Bəqərə surəsidir. Bu surə 286 ayədən ibarətdir. Ən kiçik surə isə əl-Kövsər surəsi olub 3 ayədən ibarətdir.

Surələr "Məkki" və "Mədəni" olmaqla iki yerə ayrılır. Məkki surələr Peyğəmbərimiz sallallahu əleyhi vəsəlləm`in dəvətinin başladığı şəhər olan Məkkədə 13 il müddətində nazil olan surələrə deyilir və 85 surədir. Mədəni surələr hicrətdən sonra Mədinə şəhərində enən surələr olub 28 surədən ibarətdir.

"آية" Ayə sözünün ərəb dilində mənası dəlil deməkdir. Termin olaraq isə Quran`i-Kərimin surələrini təşkil edən söz və cümlələrdir. Quranda 6236 ayə vardır. Quranda ən uzun ayə əl-Bəqərə surəsinin 282-ci ayəsidir. Bu ayə həm də borc ayəsi kimi tanınır. Ən kiçik ayələr  sirrini bilmədiyimiz yalnız hərflərdən ibarət olan Muqatta hərfləri sayılır.

Quran`i-Kərimin nazil olması:

Quran`i-Kərimə baxdıqda görərik ki, Quran ilk dəfə Rəsulullaha (sallallahu əleyhi vəsəlləm) Ramazan ayında – Qədr gecəsində nazil olmuşdur.

إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik! ( Qədr 1) Başqa bir ayədə Allah Subhənəhu ve Təala buyurur:

فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ

Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq. Hər bir hikmətli iş o gecədə ayırd edilir (Duxan 3, 4)

شَهْرُ رَمَضَانَ ٱلَّذِىٓ أُنزِلَ فِيهِ ٱلْقُرْءَانُ هُدًۭى لِّلنَّاسِ وَبَيِّنَـٰتٍۢ مِّنَ ٱلْهُدَىٰ وَٱلْفُرْقَانِ

İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir.   (əl-Bəqərə185)

Quran`i-Kərimin adları:

Quran`i-Kərimi bir neçə adı ilə tanınır. Ən çox işlədilən və çox yayılan adı "Quran"dır.

əl-Kitab - Quranda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlədilir.

Ummu`l-Kitab – “Ana Kitab” mənasına gələn bu ad Lövhu`l-Məhfuz və əl-Fatihə surəsi üçün də işlənmişdir.

əl-Furqan - Haqq ilə Batili ayıran deməkdir. Furqan adı 6 ayədə işlənir.

əz-Zikr - Zikir etmək ve xatırlamaq mənasını verir.

Quranın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları daha mövcuddur.

Quran`i-Kərimin oxunuşu.

Quranın düzgün oxunuş qaydasını öyrənən elm Təcvid elmi  adlanır. Təcvid hərfi olaraq, gözəlləşdirmək yaxşılaşdırmaq mənasındadır.

İstilahi (terminoloji) anlamda isə hər bir hərfi düzgün təlləfüz etməklə, Quranı Allah Rəsulundan (sallallahu əleyhi vəsəlləm) bizə mutavatir yolla nəql olunmuş qaydalar esasında oxumaqdır. Təcvid qaydalarına əməl etmədən Quran`i-Kərimin tilavəti qəbul edilməz hesab edilir. Beləki Quranı Təcvidlə oxumaq Allahın bizə əmridir ki, uca Rəbbimiz buyurur:

وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا

Quranı da  (tərtillə) aramla oxu! ( Muzəmmil 4)

 Bu ayənin təfsirində alimlər tərtillə oxu sözünü yəni Təcvidlə oxu kimi də təfsir etmişlər.

Quranı əzbər bilən şəxsə hafiz deyilir. Hafiz olan bir şəxs Quran`i-Kərimin ayələrini ayrı-ayrılıqda  əzbərdən biləndir. Bundan daha da öndə olan isə öz hafizesi ile mutqin olanlardır. Bu gün Quran`i-Kərimi əzbərdən bilən milyonlarla insanlar vardır. Qurandan başqa heç bir kitab onun qədər əzbərdən öyrənilməmişdir. Bu da Allah kəlamının nə qədər dəyərli və hər zaman öz ecazkarlığını qoruyan bir kitab olmasının bariz nümunəsidir.

Allahın Kəlamı olan Quran`i-Kərim uca Rəbbimiz tərəfindən qiyamətə qədər qorunan kitabdır. Uca Rəbbimiz Öz kitabını qorumağı bizə vəd edərək buyurur:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr 9)

Rəbbimizin bu vədinə baxmayaraq bəzi zəlalət firqələri Quranın təhrif olunduğunu iddia etmişdirlər. Ancaq onların bu iddialarını subut edəcək ən kiçik dəlilləri belə olmamışdır. İslam alimləri isə Qurandan bir hərfi inkar edənin kafir olacağına dair hökm vermişler.

Quran bir həyat kitabıdır. O insanın həyatda olması səbəbini və necə yaşamalı olduğunu izah edən kitabdır. Quran`i-Kərim bir müsəlmanın həyatını nizamlayan, Rebbi ilə eləcə də digərləri ilə münasibətlərini tənzimləyən bir mənbədir. Quran`i-Kərimi dirilərə deyil, ölülərə oxumaq bu kitabın əsl mahiyyətini dərk etməməkdir. Halbuki Rəbbimiz elə Quranda həm də,  məhz Yasin surəsində bu kitabın ölüler deyil, dirilər üçün olduğunu bildirmişdir. Allah subhənəhu və təalə buyurur:

وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنبَغِي لَهُ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُّبِينٌ

لِّيُنذِرَ مَن كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ

Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki, DİRİ olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin. (Yasin 69, 70)

Həmçinin digər ayələrdə Rəbbimiz Quran`i-Kərimin nazil olma səbəbinin insanları şirkin zülmətindən, imanın nuruna çıxartmaq üçün, bəşəriyyətə nicat vərən, həm dünyalarını həm əbədi qalacaqları axirətlərini qazandıracaq bir kitab olduğunu bildirmişdir. Uca Rəbbimiz buyurur:

الٓر ,  كِتَـٰبٌ أَنزَلْنَـٰهُ إِلَيْكَ لِتُخْرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَاطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ

Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. ( İbrahim 1)

Rəbbim bizi Quranı anlayan və onu həyatının bütün sahələrinə tətbiq edən müsəlmanlardan etsin. Amin!