Sual 12: Günahdan qoruna bilməyəcəyini hesab etdiyin halda tövbə etməyin faydası varmı?

“Artıq tövbə etdim rahatam, bu günah bir də mənə yaxın gələ bilməz” anlayışı da yalnışdır. Çünki hansısa günahı etmək sənin zəif tərəfindirsə şeytan tövbə etdikdən sonra da dəfələrlə səni o günaha sövq etməyə çalışacaqdır. Həyat daim mübarizədən ibarətdir. Ya nəfsinlə, ya mal-mülklə ya da ətrafda sənə vəsvəsə verən, günaha şövq edənlərlə. Bunu unutmayaq ki, tövbə etmək bir vəzifə, tövbəni qorumaq isə başqa bir vəzifədir. Tövbəni qorumağı bacarmamaq bir daha tövbə etməyi zəruri edir. Bu neçə dəfə qarşına çıxarsa çıxsın.

Şeytanın burada təzyiqi “utanc hissi”dir. O insanı tövbəsini pozduqdan sonra artıq Allah`ın hüzuruna çıxmaqdan çəkindirməyə çalışır; “Bax sən tövbəni pozdun və pozsan, artıq hansı üzlə Allah`a yönələcəksən?!” deyə təlqin edir. İnsanı həvəsdən saldıqdan sonra ikinci silahını işə salır; “Sən əgər tövbəni pozacaqsansa tövbə etmə və ya tövbə edib namaza başlayıb yenə atacaqsansa birdəfəlik qılma,  tövbəni pozmaq daha pis günahdır”.

Bu kimi düşüncələrlə şeytanın məqsədi insanı Allah`a doğru addım atmaqdan uzaqlaşdırmaqdır. Halbuki insan nə olursa olsun Allah`ın rəhmətindən ümidini kəsməməli və Ona doğru addımlamalıdır. Çünki Allah buyurur: “Ey Mənim (günah etməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allah`ın rəhmindən ümidsiz olmayın”. (Bələd 4)  

Fərz et ki ki, tövbəni 10 dəfə pozmusan. O zaman 11-ci dəfə tövbə et. Yenə nəfsini saxlaya bilmədinsə yenə tövbə et. Əgər 100 dəfə tövbəni pozub 101-ci dəfə tövbə etmisənsə və bu şəkildə də dünyanı dəyişmisənsə, Allah`ın izni ilə tövbə etmiş sayılırsan.  

Bir qüdsi hədisdə deyilir: “Bir qul günah işlədi və “Ya Rəbbi günahımı bağışla!” dedi. Allah təala da “Qulum bir günah işlədi; ardınca bildi ki, günahları bağışlayan və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi vardır” deyər. Sonra qul dönüb yenidən günah işləyər və “Ey Rəbbim günahımı bağışla!” deyər. Allah təala da “Qulum bir günah işlədi və bildi ki, günahı bağışlayan və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi vardır” deyər. Daha sonra qul yenidən günah işlər və “Ey Rəbbim məni bağışla!” deyər. Allah təala da “Qulum günah etdi və bildi ki, günahı bağışlayan və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi vardır. O, “İstədiyini et, mən səni bağışladım!” deyə buyurdu”. (Buxari 35, Müslim 29, (2758). 

Allah təala bizi tövbə etmiş halda son nəfəsini verənlərdən etsin. Amin!!

 

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.