Skip to main content


Dağ ya da milçək... dağ kimi görən qazanır

Açıqlama:

Peygəmbərlər xaricində bütün insanlar günah işləyərlər. İşlənən günahlar insan iradəsinin zəif olduğunu, günahın sərhədlərindəki şeytanların isə sərhədlərin ətrafında iştahla dolaşan insanlardan güclü olduğunu göstərir. İnsan nəfəs aldığı müddət hər an günahla qarşı-qarşıya qala bilər. İşlənən bir günah yeni günahlara qapı aralayacağından günahlar sanki bir ox kimi hücum edər. İlk dəfə işlənən hər hansı bir günah növü qəlbdə ciddi bir peşmanlığa səbəb olur. Eyni günah ikinci dəfə işləndiyində peşmançılığın dərəcəsi nisbətən azalır. Bu ardıcıllıq belə davam edərkən gün gəlir o günah adiləşir və qəlbdəki peşmanlıqdan əsər əlamət qalmız.

Onu da xatırladaq ki, işlənən hər bir günah qəlbdə qara bir ləkə qoyarkən sol əməl dəftərinə mislincə yazılır. Məhşər günündə Allah təala ilə insan arasına girən böyük və ya kiçik hər bir günah üz qızardar. İnsanı Rəbb`inə qarşı utandırır.

Bilal bin Sad radiyallahu anhu nə gözəl demişdir; “Günahın kiçikliyinə deyil, üsyan etdiyinin böyüklüyünə bax”.

Allah`a qovuşmağı istəyən və bu həsrətlə yaşayan bir insan günahların hər birindən qorunmağa çalışır. Allah ilə özü arasına girən hər bir günahı böyük olaraq görür. Günahları kiçik görməmək, ondan uzaq durmağı asanlaşdırır ya da həmin günahın ardından tövbə etməyə sövq edər.

Allah təala buyurur: O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allah`dan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. (Əli İmran 135)

Bəli! Mömin insan dağ kimi yığılan günahların bir ova kimi olması üçün çox gözləmədən tövbə edər. Çünki Allah təala işlənən günahlar üçün tövbə edilməməsinə qəzəblənər. Möminin gözündə günahın böyüməsinin səbəbi Allah`ın ucalığını bilməsindən dolayıdır. Çünki o üsyan etdiyi zatın böyüklüyünə baxdıqca, kiçik bir günahı belə böyük olaraq görər.