Skip to main content


Arzusundayıq

Ölümlü dünyada vari-dövlət arzusundayıq,
Tükənməyən pul-para, şan-şöhrət arzusundayıq.
 
Eləki, bizi şeytanımız saldı Qurandan uzaq,
Bixəbər olduq Allahın hökmlərindən, nahaq,
Meyl eylədik günahlara, bizdən uzaqlaşdı haqq,
Heç özümüz də bilmədən lə'nət arzusundayıq.
 
Efir proqramlarına, gicgicə seriallara,
Baxanda fitrət pozulur, düşürsən pis hallara,
Çoxları özünü bənzədir ordakı çaqqallara,
Gör nələrdən örnək alıb ibrət arzusundayıq.
 
Baxmayaraq ki, yaşıyırıq indi qış aylarında,
Çoxları üryan dolaşır çölün o taylarında,
Bir dənə erkək də çıxmıyır verə payların da,
Sonra bucür mədənyətlə qeyrət arzusundayıq.
 
Büsbütün ətrafımızı hey bürüyübdür haram,
Göz zinası əqlimizi başdan alıbdır tamam,
Yaxşı-yaxşı fikirləşək ağıllıyıq ya avam?
Fısq əməllər eliyə-eliyə Cənnət arzusundayıq.
 
 
Bu günlərdə gəlib çıxıbdır qəribə bir dönəm,
Təmizliyə, evliliyə, səhhətə veririk önəm,
Təəssüf unuduldu də'vətdə Dəmirnən Qələm,
Vacibat kənarda qalıb, sünnət arzusundayıq.
 
Əməllərimiz inkar edir dediyimiz hər bir sözü,
Başqalarına nəsihət edib unutmuşuq özümüzü,
Dünya həyatı bağlıyıb tamamilə gözümüzü,
Biz bu gedişnən İslami şəryət arzusundayıq.
 
Surətul Ənfalda keçir bir hikmətli hadisə,
Qırx altıncı ayədə var, etməyin mübahisə,
Yoxsa zəifləyər, ruhdan düşərsiniz, biz isə,
Bol-bol ixtilaflar ilə vəhdət arzusundayıq.
 
Uzun əməldən Rəsulullah bizə çox danışdı,
Dedi ki, əlamətdi axır zamandan, aldanışdı,
Və zillətin açarıdır, bərbəzəkli naxışdı,
Həmin açarnan gedirik, izzət arzusundayıq.
 
Bizləri yoxdan yaradan, Rəhmansan, Rəhimsən,
Əsil bəndələrivə qarşı mülayimsən, Həlimsən,
Hidayət et bizləri Sən Mu'min, Hadi, Kərimsən,
Lütfün ilə mərhəmət və rəhmət arzusundayıq.
 
Abdullah b. Rəvaha