Skip to main content


Sual 19: Həyat yoldaşımın zina etdiyini bilsəm nə etməliyəm?

İlk öncə buna yüz faiz əmin olmaq lazımdır, çünki zənnə və şəkkə görə əməl olunmur. Xüsusən Allahın peyğəmbəri s.a.s. xəbər verdiyi kimi namuslu və iffətli insana bunun kimi böhtan atmaq ən böyük gunahlardandır. Bu murdar işin baş verməsindən əmin olduqdan sonra ayrılmaq yadaki bağışlamaq aşağıdakı hallara görə dəyişir:

1.Bu evlilikdən öncə yada sonra olubsa istər kişi, istərsə də qadın əgər tövbə edibsə onu bağışlamaq olar. Uca Allah buyurur:”Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar.”(Şura 40)
Təbii ki, bunun şərtləri var: əgər bu işi kişi edibsə, onun xanımı daim ona Allahı və ondan qorxmağı xatırlatmalıdır. Bütün tələblərini ödəməlidir, qadınlarla ehtiyac olmadığı təqdirdə münasibət yaratmamağı nəsihət etməlidir. Amma bu işi qadın görübsə və tövbə edibsə ayədə buyurulduğu kimi kişi bəzi şərtlər altında onu bağışlaya bilər. Həmçinin Allahı və ondan qorxmağı xatırlatmalıdır, onu nəzarəti altında saxlamalıdır. Kişilərlə ünsiyyətdə olmağının, telefonla əlaqə saxlamağının və təklikdə qalmağının qarşısını almalıdır. Bu demək deyil ki, bağışlamaq vacibdir. Bağışlamaq və ya boşamaq insanın imanına və xasiyyətinə bağlıdır. Əgər qarşı tərəf tövbə etsə belə, özündə qarşı tərəfə kin və küdurət hissi duyursa boşanması daha uyğundur.

2. Bu evlilikdən öncə yada sonra olubsa, istər kişi istərsə də qadın əgər tövbə etməyibsə və ya tövbəsində şübhə varsa, ya da ki tövbəsini pozarsa və yenə bu çirkin işləri görərsə onu heç cür bağışlamaq olmaz, mütləq boşanılmalıdır. Uca Allah buyurur:” Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir.”(Nur 3).                                                                                                                             Allah Rəsulu s.a.s. buyurur: "Allah cənnəti yaratdıqdan sonra dedi:”Mənim izzətimə və ucalığıma and olsun ki, paxıl, yalançı və dəyyus cənnətə girməyəcək.” Dəyyus- qeyrəti və qısqanclığı olmayan birisidir.
Bu hallarla qarşılaşanda əsasən boşanmağa mane olan ailədə uşaqların olması halıdır. Və əsasən məzlum tərəf daima özünü qurban verir, bu isə doğru deyil, çünki ailə fərdlərindən biri zinaya yoluxsa, uşaqların tərbiyəsinə də təsir edir və ailədə hüzur itir. Bəzən də qarşı tərəfə hədsiz sevgi mane olur, bunu da bilməyimiz lazımdır ki, o insanla susaraq həyat paylaşdıqca o daha da doğru yoldan yayınar. Bu ailə davam etdikcə şeytan intiqam almaq üçün həmin əməlinin eynisini onun da etməsinə təşviq edər ki, bu da başqa bir fəlakət və müsibətdir.

Həmd və şükür Allaha aitdir və onun salatı və salamı sevgili Peyğəmbərimizə, onun əhli-Beytinə və axirətə kimi onların arxasınca gedənlərə olsun.