Skip to main content


Ömür layihəsi



Müsəlman özünə bir Ömür layihəsi seçməlidir.
1. Allah üçün olan o İşdən həzz alaq
2. O layihənin üstündə çalışaq ki, konkret olsun və cəmiyyətə, İslama yaxşı xidmət edə bilsin. İnsan Hər şeynən məşğul olsa bir şeyin sahibi olmayacaq.
3. Layihə səni diri, sağ saxlayır. Bir çoxları ölüb gedən kimi unudulur. Amma İbn Teymiyyə yaşayır.
Əbu Hüreyrənin ömür layihəsi sünnəti əzbərləyib ötürmək idi. Ona görə dilimizdə yaşayır.
Ən təhlükəli şey odur ki, insan "mən heç nə bacarmaram" deyir.
Hər layihədə 3 şey olmalıdır:
1. Layihə dünyanı axirətə bağlamalıdır.
2. O layihəni sevməli və bağlanmalıdır.
3. Potensialına uyğun olmalıdır.
Özümü necə kəşf edim?
1. Əgər sevdiyin işi tapmısansa bu sənin layihəndir. O işə dayanmadan saatlarını verə bilirsənsə o sənin layihəndir.
2. Özünü və bacarıqlarını kəşf et. Sonra bacarıqların üzərindən İslama xidmət edəcək bir ömür layihəsi seç və az-az addım addım da olsa o yolda çalış. Hədəfsiz qayəsiz Həyat YAŞAMA!!!