Skip to main content


100 asan saleh əməl


1. Valideynləriniz uzaqdadırsa, onların hallarını soruşmağı və mütəmadi olaraq onlara zəng etməyi unutmayın.

2. Valideynlərinizlə danışarkən onu təhqir etməkdən çəkinin; səhvlərini düzəldərkən şəfqətli olun.

3. Avtobusda yuxuya getmiş dostunu dayanacağına çatanda oyadın.

4. İctimai nəqliyyatda açıq-aşkar yorulanlara, qocalara, yükü olanlara və s. qarşı diqqətli olun. İmkan daxilində onlara yer verin.

5. Əks istiqamətdə olsa belə, dostlarınızı gedəcəkləri yerə qədər aparın.

6. Çoxdan görmədiyiniz qohum və dostlarınızı axtarın, ziyarət edin və ya zəng edin.

7. Mümkün olduqca tək yeməkdən çəkinin, ailənizlə birlikdə yemək yeyin.

8. Maddi imkan olduqca, yemək alın və ya evdə bişən yeməkdən ehtiyac sahiblərinə verin.

9. Bildiyiniz bir mövzu olsa belə, qarşı tərəfi səbirlə dinləyin.

10. İctimai nəqliyyatda, gediş haqqı olmayan üçün gediş-haqqını ödəyin.

11. Bacardığınız, bildiyiniz bir sahədən dostlarına təmənnasız kömək edin.

12. Pis danışan dostlara onları incitmədən xəbərdarlıq edin.

13. Qeybət edəni incitmədən söhbəti dəyişin və başqa mövzuya keçin.

14. İctimai nəqliyyata minməkdə çətinlik çəkən yaşlılara və ya yük daşıyanlara kömək edin.

15. Yol hərəkəti qaydalarına ciddi diqqət yetirin və təhlükəsizlik zolağına riayət edin.

16. Məhəllə bulaqlarının yanından keçərkən boşuna axan suyu bağlayın.

17. Bazardan qayıdarkən çantalarını daşıyan insanlara kömək etmək,

18. Həmişə gülümsəmək, qəmgin görünməmək və insanları stresə salmamaq,

19. Uşaqlarımızın tərbiyəsi ilə şəxsən maraqlanmaq, onları texnologiyanın girovuna qoymamaq,

20. Həmişə zibil qutularına zibil atmaq, yerə zibil atmamaq,

21. Quşların yeyib ölməməsi üçün ətrafa saqqız atmaqdan çəkinin,

22. Tullantıları azaltmaq üçün təkrar emal üçün zibilləri ayırın və toplayın,

23. Avtomobil sürərkən çox zərurət olmadıqca siqnalını çalmaqdan çəkinin,

24. Avtomobil sürərkən piyadalara və nəqliyyat vasitələrinə yol vermə,

25. Təbəssüm və salamla evə girmək,

26. İş yerinə təbəssümlə və salamla girmək,

27. Sevdiyiniz insana sevginizi söyləmək və göstərmək,

28. Hədiyyələrin mübadiləsi; Hədiyyə vermək üçün xüsusi bir hadisə gözləməyin,

29. Qapı zəngini yumşaq və qısa şəkildə basmaq, üsnnəyə uyğun 3 dəfə qapını döymək

30. Təkrar bezdirici telefon zənglərindən çəkinin,

31. Yüksək səsli və ya qışqıran söhbətlərdən çəkinin,

32. Qəzəbinizi idarə edin və sakin qalmağa çalışın

33. Yolda ilişib qalan heyvanları uyğun yerə aparmaq və ya çətinlik çəkən kiçik bir həşərata belə kömək etmək,

34. Heyvanları, həşəratları və s., sizə zərər vermədiyi müddətcə öldürməyin,

35. Görüş vaxtlarına sadiq qalmaq, söz verildiyi zaman gəlmək, gecikdikdə və ya görüşü ləğv etdikdə dərhal onlara məlumat vermək,

36. Qəzaya düşəndə haqlı olsanız belə, həmişə “qardaş, üzr istəyirəm” deyərək söhbətə başlayın.

37. Faiz qurbanı olmaq təhlükəsi ilə üzləşən müsəlman qardaşa borc ilə kömək etmək.

38. Ehtiyacı olanları nəzərə alaraq faizsiz kreditlər vermək üçün dost dairənizdə kiçik fondlar yaratmaq.

39. Səs-küy yayan ayaqqabı geyinməkdən çəkinin, əgər artıq geyinmisinizsə, yumşaq yeriyin.

40. Avtomobil sürərkən, xüsusən də yaşlı piyadaları təyinat yerinə çatdırın.

41. Əgər mağaza sahibisinizsə, müştərilərə qüsurlu məhsul satmaqdan çəkinin və ya satış zamanı qüsuru göstərin.

42. Ağız qoxusundan və tərdən qorunmaq üçün şəxsi gigiyenaya diqqət yetirin və ehtiyat tədbirləri görün.

43. Arxanızca həmişə tualeti təmiz buraxın. Çünki siz müsəlmansızç islami təmsil edirsiniz və sizdən sonra tualetə girənin müsəlmanların təmizkar olmadıqlarını düşünməsinlər

44. Təhlükə yaradan qırıq ağac budağı. Çuxur, qırılan elektrik xətti və s. görsəniz, mütləq səlahiyyətlilərə məlumat verin və problemin aradan qaldırılmasına kömək edin.

45. Qarşılaşdığınız uşaqlara paylamaq üçün kiçik hədiyyələr aparın.

46. Su içən heyvanları qorxutmayın və onlara mane olmayacaq şəkildə kənarda keçin.

47. İmtahan həftələrində bildiklərinizi dostlarınızla paylaşın.

48. Dostunuzla məsciddən çıxarkən onların ayaqqabılarını çıxışa aparın.

49. Ayaqqabı qalaqlarını məscidin çıxışlarında elə düzün ki, onları rahat geyinsinlər.

50. Yemək zalında və ya digər ictimai yerlərdə stul və stolları səs-küy yaratmadan hərəkət etdirin.

51. Məscidlərə təmiz corabla gəlin.

52. Məscidlərdə həmişə mobil telefonunuzun səsini söndürün.

53. Yolun ortasında gördüyünüz daş, şüşə, taxta parçalarını maşına və insanlara təhlükə yaratmayacaq bir yerə qoyun.

54. Mobil telefonlarımızın səsini hər kəsi narahat edəcək qədər artırmaqdan çəkinin.

55. Həmkarımız işdən çıxarkən unudubsa, onun kompyuterini söndürün.

56. Həmkarınızın iş yükünü yüngülləşdirin və onlara kömək edin.

57. Yediyiniz meyvə və tərəvəzlərin toxumlarını toplayın və mövcud yaşıllıqlara səpin.

58. Məscid bağlarında satıcılardan salfetlər alın və dəstəmaz alanlara təklif edin.

59. Kiminsə geyimində, saçında və ya saqqalındakı qüsuru nəzakətlə düzəltmək; (Bığda şorba, dişdə cəfəri, saqqalda salfet.)

60. Mümkün qədər ev işlərində həyat yoldaşını tək qoyma.

61. İctimai nəqliyyatda və ya ictimai yerlədə ucadan danışıb-gülməyin.

62. Xəstəlikdən, bəladan, borcdan, sıxıntıdan və s. şeylərdən dolayı çaşqın olanları üçün Allahdan rəhmət və hidayət diləyin.

63. Başqalarının sıxıntılarını dinləyin, onları təsəlli edin, qəlblərində rahatlıq və sevinc oyatmağa çalışın

64. Səbri və şəfqəti tövsiyə edin, insanlara deyik, xətaya qəzəblənənin, insana şəfqətlə yanaşın ki tövbəyə meyl etsin.

65. Xüsusən də evliliklərdə məsləhət görüləndə hər iki tərəfi dinləmək, emosional və ya qərəzli mühakimə yürütməkdən çəkinin.

66. Uyğun şəkildə xeyiri tövsiyə edin, hərəkətlərinizlə insanları İslama nifrət etdirməyin, sevdirin.

67. Yolu, istiqaməti soruşanlara yol göstərin

68. Maraqlı mövzuları insanların xarakteri və maraq dairəsinə görə tövsiyə edin; (“Bu kitab sizin üçün mükəmməldir”, “Bu məqalə sizin mövzunuz haqqındadır”),

69. Çay gətirin (evdə və ya işdə),

70. İctimai nəqliyyatda telefonla danışarkən yumşaq danışın və başqalarının telefonunu gizlincə izləməyin.

71. İctimai yerlərdə saqqız çeynəyərkən qəribə səslər çıxarmaqdan çəkinin,

72. İctimai yerlərdə nəsə dinləyərkən qulaqlıqların səsini artırmaqdan çəkinin,

73. Əgər ev heyvanlarımızı küçədə gəzdirsəz, onların nəcislərini səkilərə və ya ağacların altına tərk etməyin,

74. Sahibsiz heyvanlar üçün çöldə su qabları qoyun, xüsusən yayda,

75. Yaşayış binasına daxil olarkən əllərində körpələri və ya çantaları olan insanlar varsa, onların yanından keçməsinə, əşyalarını götürməsinə, liftə minməsinə icazə verin;

76. Liftdən düşdükdən sonra qaçanların yetişməsi üçün lifti saxlayın,

77. Hamilə qadınlara yol və yer verin; Hazırda bir şey yeyirsinizsə, mütləq təklif edin.

78. Sizinlə oynamaq istəyən pişiyi heç vaxt rədd etməyin.

79. Ehtiyacı olan birisini gördüyünüz zaman, gücünüz çatdığı qədər ehtiyacını yerinə yetirin.

80. Sədəqə, zəkat və s. verin. Verən zaman yoxsulları incitməkdən çəkinin, Etdiyiniz yaxşılığı sonradan qaxac etməyin.

81. Evlənmək istəyənlərə kömək edin.

82. Sizə nə vaxtsa yaxşılıq edənlərə qarşı vəfalı olun, qarşı tərəfin 1 səhviylə yaxşılıqları silib nankorluq etməyin.

83. Məsciddə namaz qılarkən ayələri və duaları ucadan oxumaqla yanınızdakılara mane olmayın.

84. Sosial şəbəkələrdə yemək və ziyafət fotolarını paylaşmaqdan çəkinin.

85. Allahın bizə bəxş etdiyi maddi imkanlardan istifadə edərkən təvazökar olun və ehtiyacı olanları nəzərə alın.

86. Başqalarının müəllifi olduğu yazıları öz adınıza çıxarmayın, müəllifin adına istinad edin ki, haqqa girmiş olmayasınız.

87. Geyim ədəbi yalnız qadınlara aid deyil. Kişilər də əzələlərini bəlli etməyəcək şəkildə geniş geyinməlidir

88. Təcili yardım maşını keçəndə içəridəki xəstəyə dua edin.

89. Sünnədə olduğu kimi: Qəbiristanlıqlarda yatan müsəlmanlara salam verməklə qəbiristanlığa daxil olun.

90. Səhvləri birinin üzünə vurmaqdan və onu utandırmaqdan çəkinin.

91. Əgər kimsə danışarkən səhv söz işlədirsə, düzgün sözü nəzakətlə cümlədə istifadə edin.

92. Əgər uşağı olan ana dar bir səki ilə qarşılaşırsa, onlara səki verin.

93. Küçələrdə zibil yığanları, kanalizasiya işçilərini, çay satanları, işçiləri və kağız toplayan uşaqları salamlayın və onların hallarını soruşun.

94. Avtomobillərin qabağına tullanmaqdan və sürücüləri çətin vəziyyətə salmaqdan çəkinin.

95. Avtomobil sürərkən küçəni keçməyə çalışan qocaları qorxutmaqdan çəkinin, onların keçməsinə icazə verin.

96. Əgər biz piyadayıqsa, bizə yol verən sürücülərə təşəkkür edin və ya salamlayın.

97. Yerli dükançılarla görüşün və alış-veriş edərkən onların halını soruşun.

98. Əgər həkimsinizsə, xəstələrə mərhəmətlə davranın.

99. Əgər dövlət qulluqçusunuzsa, vətəndaşların işinə laqeyd yanaşmayın, onları yersiz gözlətməkdən çəkinin.

100. Pis xəbəri çatdırarkən empatiya və şəfqətlə düşünülmüş cümlələr qurmaq lazımdır...

Bu maddələrin bir qismi Taha Kılınç’ın "Kırmadan İncitmeden" kitabından alınmışdır.