Sual 9 - “Bizə Quran yetər” anlayışı düzgündürmü?

“Diqqət edin, mənə Kitab və onun bir misli verildi. Diqqət edin, qarnı tox bir adamın kreslosuna söykənərək sizə “Bu Qurana tabe olmaq lazımdır. Onda halal gördükləriniz halal, haram gördükləriniz haramdır (başqa qaynağa ehtiyac yoxdur!)” deməsi yaxındır. Diqqət edin! Allahın Rəsulunun haram etdiyi şeylər, Allah`ın haram etdiyi şeylər kimidir”. (Əbu Davud/Sünnə 6;  İbn Macə, Müqəddimə 2; Tirmizi/Elm 10; Əhməd ibn Hənbəl 6/8)

Diqqət etsək görərik ki, Qurani Kərimdə bir çox ilahi əmrin necə həyata tətbiq ediləcəyi bildirilməmişdir. Onları ancaq Allah Rəsulu səllallahu əleyhi və səlləmin tətbiqətından öyrənməkdəyik. Məsələn Qurani Kərimdə “ölü əti” yeməyin haram olduğu bildirilmişdir. Bu barədə, canlı tutulduqdan sonra öz-özünə ölən balığın istisna olduğunu və onun yeyiləbiləcəyini isə sünnətdən öyrənməkdəyik. Yenə Quranda namaz ibadəti əmr edilməkdə, lakin onun necə qılınacağının təfsilatı; yəni rükət sayları, içində oxunacaq surə və s. kimi xüsuslar, həmişə sünnətdən öyrənilməkdədir.

Qur’ân-ı Kərimde, “Ancaq ayələri dəlil alın, Peyğəmbərin sünnətinə uymanıza gərək yoxdur.”  mənasında bir ayə yoxdur. Əksinə, o Haqq elçisinə hər məsələdə uymamız gərəkdiyini əmr edən ayələrr mövcuddur:
 
Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib mö´minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir. (Nisa, 115)
........
Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir. (Həşr, 7)
........
Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik. (Nisa, 80)
........
Söylə: "Allaha və Peyğəmbərə itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!" (Ali-İmran, 32)
........
(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31)
........
Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Qur´anı, oradakı öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin! (Ənfal, 20)
........
Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö´min kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır! (Əhzab, 36)
 
 
    Baxın, ictihat qapısını açan və ayələrdən hökm çıxarmağa imkan verən ayədə nə buyrulur:
Əgər o məsələni peyğəmbərə və möminlərdən ixtisas sahibi kimsələrə həvalə etsəydilər, əlbəttə o kimsələrdən hökm çıxarmağa əhil olanlar işin doğrusunu bilərdilər.” (Nisa, 83)
 
Ayədə keçən “istinbat” yəni hökm çıxarma imkanı, yenə ayədəki ifadəsiylə ulu’l-əmr olan səlahiyyətli şəxslərə tanınmışdır. Nəticə etibarilə, bu ayənin verdiyi icazə ile Allah Rəsulü (s.a.s) ictihat etdikləri kimi, səhabənin səlahiyyətli alimleri də ictihat etmişdirlər.
 
“Sadəcə Quranla əməl edərik.” deyən şəxslər Quranın bu ayəsiylə də əməl etmək gərəkdiyini, bunun isə səlahiyyətli şəxslər tərəfindən edilən ictihatlara uymaq mənasına gəldiyini də bilməlidirlər. 

Yenə Allah Rəsulu səllallahu əleyhi və səlləm vida xütbəsində buyurmuşdur: “Sizə iki əmanət buraxıram. Onlardan möhkəm sarıldıqca yolunuzu heç vaxt azmazsınız. Bu əmanət, Allah`ın kitabı və Onun Peyğəmbərinin sünnətidir”. (Hakim 1/171,318; Muvatta/Qədər 3)

Burada Peyğəmbər səllallahu əleyhi və səlləm “sizə yalnız Qurani Kərimi əmanət buraxıram, o sizə yetər” buyurmadı. Çünki Qurani Kərimi sünnə şərh və izah edir. Bu səbəbdən sünnət olmadan İslamı yaşamaq qeyri mümkündür.

 

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.