Skip to main content


Dəstəmazsız edilməsi haram olanşeylər

Buxari (6554) və Müslim (225) Əbu Hüreyrə radiyallahu anhudan peyğəmbər salləllahu əleyhi və səlləmin belə dediyini rəvayət etmişlər: “Sizdən birinizin dəstəmazı pozularsa o dəstəmaz alana qədər Allah onun namazını qəbul etməz”.

2. Tavaf etmək

Hakim (1459) İbn Abbas radiyallahu anhudan belə dediyini rəvayət etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Heç şübhəsiz ki, tavaf da namaz kimidir. Fərq yalnız tavaf zamanı danışmağınızdır. Kim (tavaf zamanı) danışarsa xeyir danışsın”.

3. Qurana toxunmaq və onu ələ götürmək

Allah təala buyurur: “Ona yalnız pak olanlar toxunar”. (Vaqiə 79) Dəraqutninin (1121) mərfu, İmam Malikin (1199) mürsəl olaraq rəvayət etdikləri bir hədisdə peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğu rəvayət olunmuşdur: “Qurana təmiz olanlar xaricində (heç kim) toxunmasın”.