Skip to main content


Dinini qoruyan müsəlmanın üstünlüyü

Kim də şübhəli şeylərə düşərsə harama düşmüş olar. Bu kəs qoyunlarını qorunan bir ərazinin ətrafında otaran çobana bənzəyir ki, mal-qaranın o qoruğa girmə ehtimalı da çoxdur. Diqqət edin! Hər kralın bir qoruğu vardır. Diqqət edin! Allah`ın yer üzündəki bəzi qoruqları Onun haram etdiyi şeylərdir. Diqqət edin! Bədəndə elə bir ət parçası vardır ki, o islah olarsa bütün bədən də islah olar, o fəsada uğrasa bütün bədən də fəsada uğrayar. Diqqət edin! Bu ət parçası qəlbdir”.

Açıqlama:

“Dinini qoruyan müsəlmanın üstünlüyü”. Buxari, bu ifadə ilə şübhəli şeylərdən çəkinməyin, imanın tamamlayıcı amillərindən biri olduğunu açıqlamaq istəmişdir.

““Heç şübhəsiz ki, halal açıq-aydın, haram da açıq-aydındır”: İslamda açıq dəlillərlə bunların həm özləri, həm də xüsusiyyətləri bəllidir.

“Bu ikisi arasında şübhəli şeylər vardır”: Hökmü tam aydın olmayan şeylər içərisində digərlərinə bənzəyənlər də vardır. Yəni bunlar hər ikisi nədə isə həm harama, həm də halala bənzəyirlər.

“İnsanlardan çoxunun bilmədiyi”: Yəni hökmünü bilmədiyi. Tirmizinin rəvayətində isə açıq şəkildə belə deyilir: “İnsanlardan çoxu bunun halalmı, yoxsa harammı olduğunu bilmir”. İnsanlardan çoxunun bilməməsi az bir qisminin bunu bildiyini göstərməkdədir ki, bunlar da müctəhidlərdir.

“Dinini və namusunu qorumuş olar”: Yəni dini əksiklikdən, namusu tənqiddən qorumuş olar. Çünki, şübhəli şeylərdən qaçmayan insan bu mövzudakı tənqidlərə məruz qala bilər. Bu ifadə dinlə bağlı əmr və qadağaları qorumağa işarədir.

Dində şübhəli şeylərin hökmü

“Kim də şübhəli şeylərə düşərsə”: Şübhəli şeylər mövzusunda ixtilaf edilmişdir. Bunun haram olduğu deyilmişsə də bu görüş rədd edilmişdir. Digər bir görüşə görə isə belə şeyləri etmək məkruhdur. Bir başqa görüşə görə də bu mövzuda dayanmaq lazımdır.