Sual 14: Qadın peyğəmbər göndərilməməsinin hikməti nədir?

Qadınların peyğəmbər olaraq göndərilməməsinin əsl səbəbini, əlbəttə ki, Allah təala bilir. Ancaq “Bunun hikməti nə ola bilər?” sualına isə belə cavab vermək olar.

  1. Peyğəmbərlik ağır bir yük və məşəqqətli vəzifədir. Qadın isə yaradılışı etibarıyla fiziki cəhətdən və ruhən daha zərif olduğundan belə ağır və çətin bir işin öhdəsindən gələ bilməz. Çünki peyğəmbərlik davamlı bir şəkildə səbir və mübarizə tələb edir. İstisnasız olaraq bütün peyğəmbərlər haqq dini izah edərkən, müxtəlif bəlalara və çətinliklərə məruz qalmışlar. Adəm əleyhisssələmdən tutmuş Muhamməd salləllahu əleyhi və səlləmə qədər əksər peyğəmbərlər müxtəlif böhtan və təhqirlərə məruz qalmış, bir çoxu işgəncələr görmüş, başda Zəkəriyyə, Yəhya əleyhimussələm olmaqla yüzlərlə elçi şəhid edilmişdir. Peyğəmbərlərin hamısı da bütün bu zülüm və əziyyətlərə qarşı tam bir səbir və dözüm göstərmişlər. Məhz buna görə də Allah təala belə çətin və ağır bir vəzifəni qadınlara yükləməmişdir.
  2. Peyğəmbərlərin göndərildiyi cəmiyyətlərdə adətən insanların əksəriyyəti peyğəmbərlərə qarşı üsyan etmişlər. Peyğəmbərlər göndərildikləri qövmlərin bütpərəst qəbilə başçıları və kişiləri tərəfindən xeyli əziyyətə və müxtəlif fiziki və mənəvi təzyiqlərə məruz qalmışlar. Belə bir vəziyyətdə qadın cinsindən olan bir peyğəmbər üçün vəziyyət daha çətin olardı. Bundan başqa əvvəlki cəmiyyətlərin çoxunda qadının sözünə etibar edilməz və onların fikirlərinə dəyər verilməzdi. Qadınların fikirlərinə dəyər verilməsi son elçi olan Muhəmməd salləllahu əleyhi və səlləmin gəlişi ilə birlikdə tam olaraq köklü hal aldı. (Məs: Qadınlardan da beyət alınması və s.)
  3. Qadının bioloji quruluşunun digər istiqamətləri də bir maneədir. Çünki, qadınlar qadın hallarına görə ayın müəyyən vaxtlarında peyğəmbərlik vəzifələrini yerinə yetirə bilməyəcək, imam dura bilməyəcək, orucunu tuta bilməyəcəkdi. Bundan başqa qadınların hamiləlik dövründə də peyğəmbərlik vəzifələrini icra etməsi tamamilə çətinləşəcəkdi. Hamilə və ya körpəyə baxan bir qadının insanları idarə etməsi, ordulara rəhbərlik etməsi, strategiyaları müəyyən etməsi və bütün çətinliklərə baxmayaraq ən qabaqda olması demək olar ki, mümkün olmayan bir işdir.

Yuxarıda qeyd olunanları nəzərdən keçirsək görərik ki, qadınlara peyğəmbərlik kimi çox ağır və çətin vəzifənin verilməməsi bəlkə də Allah`ın onlara olan mərhəmətindən irəli gəir. 

(Məqalə AteizmCaps səhifəsindən götürülmüşdür)

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.