Skip to main content


Quran insanları aydınlığa çıxarırsa niyə müsəlmanlar çətinlikdən xilas ola bilmirlər?

Bəzən insan düşünür ki, Allah varsa niyə dünyada bu qədər hadisələr baş verir? Nə üçün insanlar Qurana sıx bağlanıb xilas olmurlar?

Məsələ ondadır ki, Hz. Yusif irəlidə baş verəcək iqtisadi böhranı önləmədi, böhran istənilən halda baş verdi. Yusif peyğəmbər bu böhrandan yan keçməyin planını işlədi.
Hz Nuh, İrəlidə baş verəcək daşqınların qarşısını almadı. Nuh peyğəmbər xilasın həm iman gətirməkdə, həm də çalışmaqda olduğunu göstərdi və inananları hazırladığı gəmiyə yığdı.
Hz.Muhəmməd s.a.s qız övladının öldürülməsinə son qoymadı. Bu vəhşilik günümüzdə də davam edir (abort və s. üsullarla) . lakin O göstərdi ki, qız övladını öldürməyib, dünyaya Xədicələr, Fatimələr, Hafsələr bəxş edə bilərsiz, eyni zamanda Allahın rəhmətini qazanmış olarsız və.s. 
Qurani Kərim günün bəlalarının qarşısını almır, bəlasız və sıxıntısız bir dünya "Dünya" sözünə ziddir. Lakin Quran bütün növ dərdlərə həlli yolları təklif edir və bundan sonra Allah buyurur ki, "Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın şəkildə fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir." (Bəqərə, 256)
Bəzən insanlar bunu anlayır doğru addımlar atır, xilas olur, bir çox halda isə anlamır, ilahi metodları araşdırmır və ya qarşı çıxır, problemlərin içərisində boğulur. Artıq həll yolunu qəbul etmək və problemlərdən qurtulmaq insanın göstərdiyi səylərdən asılıdır. Heç bir addım atmayıb sadəcə Allahı günahlandırmaq isə cahillikdən başqa bir şey deyildir.
özəl qələmdən...