Skip to main content


İslama uyğunlaşdırılan həyatın misalı

Allah`ı razı salmaq hədəflərini müəyyən edəndən sonra bax və özünə ikinci sualı ver – Allah`ı razı salacaq hansı vasitələrə malikəm.

Sonra üçüncü sualı ver – Allah`ı razı salacaq vasitələri həyata keçirəcək hansı ortamdayam.

Sonra özünə dördüncü sualı ver – Bu üç sualı özümə verirəmmi?

Əgər indiyə qədər verməmisənsə deməli Allah`ı razı salacaq bir həyat tərzini yaşamaqda ümumiyyətlə niyyətin yoxdur. Sən sadəcə yaxşı mənzil əldə etməyimi niyyət etdin? Bax, Allah`ın əmri ilə bir zəlzələ, yaxud da ki, qəfil baş verən hadisə səni mənzildən edə bilər.

Sən sadəcə yaxşı avtomobilmi istədin? Bax, yaxşı avtomobildə Allah`ı düşünmədiyin halda sənə qəza gələrsə və Allah`ı düşünmək istəmədiyin vəziyyətdə  gedərsənsə necə olar?

Allah`ı razı salacaq vasitələrin yoxdurmu? Vardır! Dilin varsa zikr edə bilərsən, malın varsa Allah üçün ehtiyac sahiblərinə verə bilərsən, evin varsa o evi Allah`ın dininin öyrənildiyi məkana çevirə bilərsən, ağlın varsa onu şəxsi mənfəətlərindən daha çox Allah yolunda yora bilərsən.

Həyatda nümunənin kim olduğu haqda özünə sual ver. Mənim nümunəm Allah Rəsulu salləllahu əleyhi və səlləmdir. Çünki Allah bundan, bu elçimdən nümunə götürün demişdir. Sənin həyatda nümunə götürdüklərindən kimisə Allah təala nümunə olaraq təsdiq edibmi?

Bir sözlə, bu həyata istəmədən gəldin, istəmədən gedəcəksən. Amma bu dünyada istəyəcəyin şeyləri seçmə haqqına maliksən. Onu düzgün istifadə et! Şans bir dənədir.

Bu gün səhər durub hədəf etdiklərin, Allah Rəsulu salləllahu əleyhi və səlləmin yerinə nümunə götürdüklərin qiyamət günü Allah səni hesaba çəkərkən yanında olmayacaq.

Bundan sonra necə davam edəcəyin haqda qərarını ver.