Dəvətin inkişaf xətti

قُلْ هَٰذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللَّهِ عَلَىٰ بَصِيرَةٍ أَنَا وَمَنِ اتَّبَعَنِي وَسُبْحَانَ اللَّهِ وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allah`a tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”. (Yusuf 108)

Dəvətçi ilk öncə müqabilindəki insanları bəsirət, mötəbər dəlillər əsasında Rəbb`i olan Allah`a dəvət etməlidir. Ayədən də göründüyü kimi onun Allah`a dəvəti dəvətçinin söz və əməllərində müşriklərdən olmadığını ortaya qoymalıdır. Dəvətçi müqabilindəki insan üçün bütün tərəfləri ilə nümunə ola biləcək alternativ təqdim edə bilməlidir.

Növbəti məsələ isə dəvətçi üçün kəlmeyi şəhadətin ikinci hissəsinə insanları dəvət etməsidir.

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

Həqiqətən, Allah`ın Rəsulunda Allah`a, qiyamət gününə ümid bəsləyənlər (Allah`dan, qiyamət günündən qorxanlar) və Allah`ı çox zikr edənlər üçün gözəl örnək var! (Əhzab 21)

Hədislərinin birində isə AllahRəsulusalləllahu əleyhivə səlləm öz misiyasını belə ifadə edir: "Şübhəsiz ki, mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim." (İbn Hanbəl, Müsnəd, II, 381)

Dəvətçi də bunları biləcəkdir ki, onun ilk addımı hər iş və əməldə Rəbb`im məndən nə istəyir, ikincisi isə AllahRəsulusalləllahu əleyhivə səlləm mənə necə öyrədir, düsturu ilə yaşayan fərdin yetişməsidir. 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar