Skip to main content


Möminə qadınlara möhtəşəm örnək: Anasının İbn Teymiyyəyə məktubu

“Sevimli oğlum Əhməd ibn Teymiyyə, Sənin üzərinə Allah`ın salamı, rəhməti, bərəkəti, məğfirəti və razılığı olsun! Allah`a and olsun ki, səni bu şeyə görə tərbiyə etmişəm, İslam və müsəlmanlara xidmət etmək üçün nəzir etmişəm və sənə hər şeyi şəriətə uyğun öyrətmişəm.

Elə zənn etmə ki, mənə yaxın olmağın dininə, İslam və müsəlmanlara şəhərlərdə xidmət etməyə yaxın olmağından daha sevimlidir. Əksinə ey övladım səndən razı qalmağım dininə və müsəlmanlara təqdim etdiyin xidmətin miqdarındadı.

Çünki mən sabah Allah`ın qarşısında səndən məndən uzaq olmağını soruşmayacağam. Çünki mən sənin harada və kimlərin arasında olduğunu bilirəm.

Lakin ey Əhməd! Əgər dininə və ona tabe olan müsəlman qardaşlarına olan xidmətdə nöqsana yol versən Allah`ın qarşısında səndən bunun hesabını soruşacağam.

Allah səndən razı olsun, getdiyin yolu nurlandırsın, qədəmlərini sabit etsin, məni və səni heç bir kölgənin olmadığı gündə Öz ərşinin kölgəsi altında cəm etsin!

Vassələmu aleykum va rahmatullahi va bərakətuhu.” (Məcmuə`l-fətava: 28/48)