Skip to main content


Allah`ın ad və sifətlərini tanımaq – II hissə Allah

Quran və hədislərdə zikr olunan və ya zikr olunmayan bütün gözəl adlar və sifətlər Allah`a aid edilir.

Allah sözü, yaradıcının bütün ad və sifətlərini içində toplayan bir isimdir. İmam Ğazəli demişdir: “Qəlbi, bu ismi haqqıyla biləcək genişlikdə olan və qulluq vəzifəsini tam bir ciddiyyət və ixlasla yerinə yetirən, sevginin zirvəsi sayılan qulluq haqqını verən kimsə, heç bir insana möhtac olmaz; insanların ən varlıları arasında yer alar”.

İbn Qayyim bu haqda deyir: “Möhtac olmamaq hər nə qədər böyük əhəmiyyətə malik olsa da, eləcə də özündə bir o qədər də təhlükələr daşıyır. Bu təhlükənin başında, möhtac olmadığını düşünərək təkəbbürlənmək və həddini aşmaq gəlir. Bir çox ölkə və varlı kimsələr buna görə var-dövlətlərini itirmiş və məhv olmuşdur. Mülkləri onlara, yuxuda görülən və oyanınca yox olan bir anlıq yuxu kimi gəlmişdir.” (Tariqu`l-Hicrəteyn)