Skip to main content


Uluhiyyət tövhidi

       Allahın izni olmadan kimsə insana nə zərər nə də xeyir verə bilər. Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) buyurur: “Əgər bütün insanlar birlikdə sənə bir xeyir vermək istəsə, Allahın sənə yazdığından başqa xeyir verə bilməz. Həmçinin bütün insanlar sənə zərər vermək istəsələr Allahın izni olmadan sənə zərər verə bilməzlər.” Buna görə də biz yalnız Ondan yardım diləməli yalnız Ona yönəlməliyik. İnsan insandan yardım diləyə bilər. Ancaq yalnız insanın qadir olacağı məsələlərdə bunu etməlidir. Yalnız Allahın qadir olacağı işlərdə insandan yardım diləmək olmaz. Məsələn, xəstələndikdə biz şəfanı yalnız Allahdan diləyirik, həkimə isə onun bacaracağı şəkildə kömək etməsi üçün müraciət edirik. Çünki, duaları qəbul edən yalnız Odur. Uca Allah buyurur. “Qullarım Məni səndən soruşsalar: Mən onlara yaxınam, dua edənin duasını qəbul edərəm.” 1

        Ayədən də göründüyü kimi Uca Allah bizə yaxın olduğunu və dua etdiyimizdə Onu qəbul etdiyini deyir. O zaman Allah ilə bizim aramızda heç bir vasitəçiyə ehtiyac yoxdur. Allah bizim qəlbimizdə olanı bilir və bizi hər yerdə və hər zaman eşidir. Belə olan təqdirdə bəzi insanların Allaha dua edərkən xüsusi yerlərə, qəbirlərin yanına getməsi, Allahdan kimin isə xatirinə istəməsi düzgün deyil.

          Həmçinin Uca Allah çox mərhəmətli, rəhimlidir. Bir daha xatırladaq ki, əgər biz Allah ilə öz aramıza vasitəçi təyin etsək ona şirk qoşmuş olarıq.

        Məsələn, hansısa bir saleh insanın, seyyidin qəbrinə getsək və ona dua etsək ki, o da Allahdan istəsin bu şirk bir əməldir. Çünki Məkkə müşrikləri əslində Allahı tanıyırdılar, lakin vaxtilə keçmiş saleh şəxslər olmuş Lat və Uzzanın şərəfinə düzəltdikləri bütləri Allaha yaxınlaşmaqda vasitəçi hesab edirdilər. Belə ki, özlərini çox günahkar hesab etdikləri üçün Allahın birbaşa onların duasını qəbul etməyəciyini zənn edirdilər və keçmiş salehləri Allaha daha yaxın hesab etdikləri üçün onların ruhunu vasitəçi tutduqda dualarını daha tez qəbul olunacağına inanırdılar. Bu əməli etdikləri üçün Məkkə müşriklərini Allah yalançı adlandırdı: “Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De:Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.” 2

       Ayədən də göründüyü kimi biz yardımı da, şəfaəti də Allahdan diləməliyik. Çünki, Allah ondan qeyrisindən yardım və şəfaət diləməmizi istəmir. Yalnız Qiyamət günü Allahın dilədiyi şəxslər şəfaət etmə haqqına sahib olacaqlar.

     Allahdan kiminsə xatirinə istəmək olmaz. Məsələn, Ey Rəbbim mənə filankəsin xatirinə kömək et. Bu da qəbul edilməz bir əməldir. Bəzən insanlar şübhə gətirir ki, “şirk yalnız bütlərdən,daşlardan və ya ağaclardan istədikdə olur. Saleh insanların, xüsusilə şəhidlərin ruhundan istəmək olar”. Lakin həm Lat və Uzza misalı, həm də bu ayə bunun əksini deyir: Uca Allah buyurur:  Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyəni çağırandan daha çox azmış kim ola bilər? Halbuki onlar o dualardan xəbərsizdilər. Burada ərəbcədə Allah təala “مَنْ لَا يَسْتَجِيبُ لَهُ” dedi. مَنْ kəlməsi isə necə ki, lüğət alimləri deyir, yalnız ağlı olana istifadə olunur,və ya “مَنْ” elmi olana deyilir. Demək, burada söhbət insanlardan gedir. Yəni daş, ağac, büt ola bilməz

       Bəziləri isə Allah təalanın Nisa sürəsinin 64-cü ayəsini “Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.” təvil edərək belə deyirlər:

        “Biz, Peyğəmbər öləndən sonra ondan istiğfar tələb etməyimiz ilə, Peyğəmbərin sağlığında səhabələrin ondan istiğfar tələb etməkləri mənzilində olarıq. Yəni sağlığında olardısa, öləndən sonra da olar”.

        Lakin onlar belə etməklə səhabələrin, tabiinlərin və digər müsəlmanların ortaq fikrinə müxalif olurlar. Heç bir səhabə Peyğəmbər öləndən sonra ondan nə şəfaət nə də başqa nə isə istəməmişdir. Həmçinin bunu İmamlardan biri də olsun belə öz kitablarında zikr etməmişdir. Bunun ən güclü dəlili isə Peyğəmbər salləllahu əleyhi vəsəlləmin vəfatından sonra Ömər ibn Xəttab (23/643), Abbas ibn Abdulmuttalibə Allah`a, yağış yağdırması üçün dua etməsini demişdi.3 Buradakı “yağış yağma istəyi”, yəni yağış yağdırması üçün Allah`a dua etməsini istəmiş və bunun üçün də: “Dua et, ey Abbas” demişdir. Buradan anlaşılır ki, səhabələr Peyğəmbər salləllahu əleyhi və səlləmin vəfatından sonra, “Allah`ım Peyğəmbər xətrinə yağış endir” demədilər, Hz Abbasa müraciət etdilər. Deməli, bu güclü bir sübutdur ki, insan çox saleh olsa da, o öldükdən sonra artıq onun ruhundan vəya ruhu xətrinə Allah`dan dua istənilmir, yaşayan başqa bir saleh insandan özü üçün dua etməsi istənilir. Çünki, dünyasını dəyişənlər eşitməzlər və onların dünya ilə əlaqələri kəsilmişdir şəhid olsalar belə Allah qatında diri sayılarlar və onların bu dünyaya heç bir bağlılığı olmaz. Onlar bərzəx həyatı yaşayırlar. Uca Allah buyrur: “Sən qəbirdə olanlara eşitdirə bilməzsən”,3 “Şübhəsiz ki, sən ölülərə eşitdirə bilməzsən.”4

     Ancaq biz Rəbbimizə Özünün də dediyi kimi Onun gözəl adları ilə dua edə bilərik. Məsələn, Ey Rahmən- mərhəmətli Allahım, mənə rəhm et. Ey Vəhhab olan, yəni qarşılıqsız bəxş edən Allahım, mənə elm, ruzi və s. bəxş et. Allahın gözəl adları ilə dua edərkən biz həm də Rəbbimizi daha yaxından tanıyarıq.

      Biz Allaha öz yaxşı əməlimizlə də dua edə bilərik. Məsələn, Allahım, mən o yaxşılığı Sənin üçün etdim, mənə yardım et. Bu zaman əl bəttə ki, etdiyimiz və duada istifadə etdiyimiz həmin əməlin ixlaslı bir şəkildə edildiyini dəqiq bilməliyik.

                  Bununla yanaşı valideynin də övladı üçün etdiyi dua Allah qatında qəbuldur. Bu məqamı müsəlman gənclər xüsusi ilə nəzərə almalıdırlar Valideyn haqqlarına ciddi riayət etməlidirlər ki, onların xeyir duasını alsınlar. Amma eyni zamanda biz bilməliyik ki, valideynlərin haqqı Rəbbimi zin haqqının önünə keçə bilməz. Beləcə Tövhidin bu növü Uluhiyyət Tövhidi adlanır. Allah bütün peyğəmbərlərini insanları yalnız Ona ibadətə də vət etsinlər deyə göndərmişdir. Çünki, insanlar hər zaman Allahın Rəbb oldu- ğunu, yəni rububiyyət tövhidini müəyyən qədər qəbul edirdilər. Ancaq onlar Allaha ibadətdə şərik qoşmuşdular. Ona görə də islamın ilk təməli olan “lə iləhə ilallah” kəlamı da Allahdan başqa ibadətə layiq heç bir varlığın olmamasının şəhadətidir. Yəni biz Allahdan başqa bütün ibadət edilənləri (dua edilən, yardım dilənən, qurban kəsilən və s.) inkar edirik. Yalnız Allaha ibadət edəcəyimizə söz veririk. Çünki, Böyük Allah bizi bunun üçün yaratdı.

Allahım, bizi Sənə muvahhid (Allaha şərik qoşmayan, Tövhidlə ibadət edən) olaraq ibadət edən qullarından et. Amin

Qaynaqlar

1 Bəqərə 186

2 Yunus 18

3 (Buxari: 1010,3710).

4 Fatir surəsi 22-ci ayə

5 Rum surəsi 52-ci ayə