Sübh namazına qalxmamağın 6 səbəbi

Niyə görə son vaxtlar sübh namazına yatıb qalırıq? Gəlin bu məsələni ələ alaq. İslamda yeni olduğumuz günlərə geri dönsək görərik ki, sübh namazı üçün 1 saat öncədən oyanar, bəlkə də gecə namazını da qılardıq. Amma indi bu şeylərdən uzağıq.  Görəsən səhvimiz haradadır?

1. Gün ərzində günahlar etmək

Sübh namazına yatıb qalmağımızın birinci səbəbi budur. Günah etməyə davam edən bədən saleh əməl etməyi sevərmi? Namaz İslamın ikinci şərtidir və olmasa insanın dini sual altında olur. Bu mövzu ilə əlaqədar bütün ayə və hədisləri yazmağa gərək yoxdur. İslamdakı hər hansı bir şey kimi, saleh əməl saleh əmələ, günah isə günaha yol açar.

Əgər həqiqətən Allah`a yaxın olmaq istəyiriksə, gün ərzində günah etməmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışmalıyıq. Sözümüz səhv anlaşılmasın, heç kim mələk deyil, amma Allah bizə namazın bizi günahlardan uzaqlaşdırdığını deyir, lakin biz hələ o namazı qılmaqda əziyyət çəkirik.

2. Uzun gecələr

Təəssüf ki, gecə yarısında yuxuya getmək, tez yatmaq mənasına gəlmir.

Hər növdən zövqə görə edilmiş əyləncə vasitələriylə, bu günün dünyasında bu böyük problemdir. Əvvəllər insanlar günəşin çıxmasıyla oyanar və günəş batar-batmaz yatardılar. Amma bu gün internet, TV, telefonlar və daha bir çox diqqət dağıdan şeyləri düşünəndə, yata bildiyimiz üçün xoşbəxt olmalıyıq.

Acı bir gerçək var ki, çoxumuz gecə yarısına qədər oyaq oluruq və gecə 2-də yuxuya gedəndə, tez yatdığımızı düşünürük. Lakin ixlas sahibi insanların həyatlarına baxsaq, çox tez yatmağa çalışdıqlarını görərik. Hətta bəziləri gecə namazına dura bilsin deyə işa namazını qılar-qılmaz yatardılar. Peyğəmbər salləllahu əleyhi və səlləmin hədisləri onun işa namazından sonra danışmağı sevmədiyini göstərir. Qısası, sübh namazına durmaq istəyirsinizsə, o “iPhone”-u kənara qoyun və bir stəkan isti süd için.

3. Günahın böyüklüyünü anlamamaq

İki saat öncədən hava limanında gözləyib namazı son ana saxlamaq gülüncdür. Namazı ciddi qəbul etmirik. Bir azdan qılaram və ya indi vaxtım yoxdur kimi bəhanələri tez-tez eşidirik. Lakin gecə saat 3-də hava limanında olmalıyıqsa, məhz o uçuşa gecikməmək üçün bütün gecəni oyaq qala bilirik. Heç kim az sonra uçacaq olan təyyarə üçün az sonra minərəm deməz, heç kim bu cür axmaqlıq etməz.

Bəs onda nəyə görə ikiüzlülük edirik İslama gəldikdə isə bəhanələrimiz boldur, dünya işlərimizi isə axsatmamaq üçün əlimizdən gələni edirik. Bu etdiyimiz günahın nə qədər böyük olduğunu anlamamağımızdan irəli gəlir. Ya da ki, işin nə qədər ciddi olduğunu hələ dərk edə bilmirik. Quran oxuyaraq və faydalı sözlər dinləyərək imanımızı artırdığımıza əmin olmalıyıq, ancaq o zaman axirətimiz üçün çalışmağa başlamış olarıq.

4. Zəngli saat qurmağı unutmaq

Beş dəqiqə də........

Zəngli saat işə düşərkən söylədiyimiz şey və bundan özümüzü islah etməyimiz lazımdır. Zəngli saat siz istəsəniz də, istəməsəniz də sizi oyandırmağa çalışacaqdır və burada üsul, zəngi 10 dəqiqə öncədən qurmaqdır. 40 dəqiqə öncədən qurmayın, çünki oyanıb vaxtınızın olduğuna aldanaraq yenidən yuxuya getmək ehtimalınız çoxdur.

5. Axşamdan çoxlu yemək

Mən yeməyi sevmirəm, yemək məni sevir...

Bir çox insan bunun yuxusuna təsir edəcəyini və daha dərin yuxuya səbəb olacağını bilmir. Araşdırmalar dolu mədə ilə yatan kimsənin, boş mədə ilə yatan kimsə ilə müqayisədə daha çox və daha dərin yuxu ilə yatdığını göstərir. Ac qarnına yatın deyən yoxdur, sadəcə yatmazdan yeməyinizə diqqət yetirin. O zaman sübh namazına rahat oyanacaqsıznız və həmin vaxt yeməyinizi də rahat yeyə bilərsiniz.

6. Gecə təhəccüd namazını qıldıqdan sonra yenidən yatmaq və sübh namazına yatıb qalmaq

Təhəccüd bir sünnətdir. Amma ondan sonra oyana bilməyəcəyiniz yuxuya getməyin. Əgər bu şeytanın oyunu deyilsə, bəs nədir? Nə qədər də ağıllıdır, fərz namazı qaçırmağınız üçün sizi sünnət olan namazla məşğul edir. Bu daha çox istəkli olan gənclərin başına gəlir. Tövsiyə olunan odur ki, əgər təhəccüd namazına duracaqsınızsa, yatmayacağınızdan əmin olun və ya sübh namazından bir və bir saat yarım əvvəlcədən oyanıb qıla bilərsiniz. Önəmli olan oyaq qalmaqdır.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.