Skip to main content


Allah`ın qulları üzərindəki haqqı

Mən “Buyur Ey Allah`ın Rəsulu” dedim. Sonra bir müddət yenə yeridi və “Ey Muaz” deyə səsləndi. Mən “Buyur Ey Allah`ın Rəsulu” dedim. “Allah`ın qulları üzərində nə haqqı olduğunu bilirsənmi?” deyə soruşdu. Mən “Allah və Rəsulu ən doğrusunu biləndir” dedim. “Allah`ın qulları üzərində sabit qalan haqqı qulların Allah`a itaət və ibadət etmələri və Allah`a heç bir şeyi şərik qoşmamalarıdır” buyurdu. Sonra bir qədər yeridi. Yenidən “Ey Muaz İbn Cəbəl!” deyə səsləndi. Mən yenə “Buyur Ey Allah`ın Rəsulu” dedim. !Qullar bu tövhid ibadətini etdikləri zaman onların Allah üzərindəki haqlarını bilirsənmi?” deyə soruşdu. Mən “Allah və Rəsulu ən doğrusunu biləndir!” dedim. O “Qulların Allah üzərindəki haqqı, Allah`ın onlara əzab etməməsidir” buyurdu.

Açıqlama:

İbn Battal demişdir: “Bir insanın nəfsiylə olan cihadı ən mükəmməl cihaddır. Çünki, Uca Allah “Ancaq kim Rəbb`inin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası qadağan etmişsə, həqiqətən Cənnət onun məskəni olacaq” (Naziyat 40-41) buyurmaqdadır. Bu cihad nəfsi günahlardan, şübhəli şeylərdən uzaq tutmaqla gercəkləşir”.

Əbu Amr ibn Buceyd demişdir: “Kimə dini dəyərli olarsa, ona nəfsi dəyərsiz olar”. Kuşeyri isə belə demişdir: “Nəfslə mübarizənin əsli, onu alışdığı şeylərdən uzaqlaşdırıb, həva və həvəsi xaricindəki şeylərə yönləndirməkdir”.

Nəfsin iki sifəti vardır:

1) Şəhvətlərə dalmaq;

2) İtaətdən qaçmaq.

Nəfslə mübarizə buna görə edilir. İmamlardan biri belə demişdir: “Nəfslə cihad düşmənlə cihada daxildir. Çünki düşmənlər üçdür. Bunların başında dayanan da şeytandır. Bundan sonra isə nəfs gəlir. Çünki nəfs insanı Rəbb`ini qəzəbləndirəcək haramlara düşməyə götürən ləzzətlərə çağırır. Şeytan bu mövzuda ona yardımçıdır və haramları bəzəyərək gözəl göstərir.

Nəfslə cihad dörd mərtəbəlidir:

1. Nəfsi dini məsələləri öyrənməyə məcbur etmək;

2. Nəfsi dinin əmrlərinə əməl etməyə məcbur etmək;

3. Nəfsi bilmədiklərini öyrətməyə məcbur etmək;

4. Allah`ın tövhidinə dəvət edib, dininə müxalif olan və nemətləri inkar edənlərə qarşı dö­yüş­mək­dir.