Skip to main content


Dua

Açıqlama

Heç bir şeyə möhtac olmayan Allah təala yaradılan bütün canlıları özünə möhtac qılmışdır. Bu səbəblə insanoğlu bütün ehtiyacının qarşılanması üçün heç bir sıxıntı duymadan Allah`a əl açar. Dua hər zaman bir ehtiyacın ödənilməsi üçün edilməz. Bəzən müsibətlərdən sığınmaq üçün də dua edilir.

Dua, möminin bir sığınağıdır. Həm xeyrin baş verməsi həm də şərrin dəf edilməsi üçün əllərini Rəbb`inə açaraq yalvarır. Möminin bu halı yaradıcısı tərəfindən sevilir. Çünki, bilir ki o qul, ehtiyaclarını ödəyən olaraq Rəbbini  (c.c) seçmişdir.

Müsibətlər insanların sınanması üçün bir imtahan vəsiləsidirlər. Müsibətlərin baş verməsi Allah`ın izniylə olacağı kimi, o müsibətlərin dayandırılması da Allah`ın izni ilədir. Beləcə Peyğəmbərimiz o müsibətləri dayandıran vəsilələrdən birinin də dua etmək oldugunu deyir. İki cümlədən olan bu hədisimizdə çox dərslər var. Bir neçəsini zikr edek.

Hədisdən çıxarılan nəticələr:

1-Dua,bəlanın qarşısını alar.

2-Duanın gücünə inanmalı və duanı tərk etməməli.

3-Dua etmək Allah`ın yer üzündə Hakim olduğuna iman etməkdir.

4-Dua insanoğlunu təkəbbürlükdən uzaqlaşdırır.

5-Dua edən kəs Allah`ın əs-Saməd sifətinə iman etdiyini təsdiqləyir.

6-Dua edən kəs Allah`ın hər an eşitdiyinə iman etdiyini təsdiqləmiş olur.

7-Dua edən kəs Allah`ın bütün dillərdən anladığına da iman etmiş olur.Yoxsa dua sadəcə ərəbcə edilərdi.

8-Allah`a dua edərkən araya vasitə qoymağa gərək olmadığını bu hədisimizdə görə bilərik.

9-Qul Allah`dan bəla istəməməlidir. Bəla istənilməsi tövsiyə edilməmişdir.

10-Duanın tərk edilməsi Allah`a ehtiyacının qalmadığını göstərir. Bu da bir müsəlmanın inancına uyğun olmadığından ölüncəyə qədər duanın gücünə iman edilməli və dua tərk edilməməlidir.

Dua insanoğlunun vaz keçməyəcəyi bir sığınacağıdır. Biz müsəlmanlar daima dua edərik. Çox qəribədir ki, dua etdikdən sonra duamıza cavab olaraq gecikməsinə dayana bilmirik. Halbuki dua mövzusunda Peyğəmbərimiz salləllahu əleyhi və səlləm belə buyurmuşdur:

“Hər hansı birinizin duası tələsik etməmək şərtiylə qəbul edilir. Tələskən kimsə isə “Rəbb`imə dua etdim amma qəbul etmədi”deyər.

Duanın qəbulunun gecikməsi bəlkə də dua edənin xeyrinədir. Bəlkədə duasina icabət edilməsi onun dünya və axirətinə zərər verər. Bunu biz bilmərik. Onsuzda dua etmək bir ibadətdir və dua edildiyi an savablar yazilmiş olacaq. Bunu bilmək belə dua edən üçün bir sevinc qaynagı olmalıdır.

Dualarımızın gecikməsini insan düşməni olan şeytan çox yaxşı dəyərləndirib o kişinin qulağına belə fısıldayar:

“Günahlarından dolayı duaların qəbul olmur. Sən duanı tərk et . Nə qədər də dua etsən boşunadır. Heç özünü yorma və get filan şeyxin yanına, "ondan tövbə al" deyərək insanı şirk çuxuruna itələmiş olur. Şeytanın hər cür şərrindən Allah`a sığınıb duanı tərk etməyək inşəallah.