Skip to main content


Bir mələk də siz çağırın

Allah`ın rəhmətinə nail olmaq, mələklərin qanadları altında kölgələnmək, sükunət neməti ilə rahatlanmaq istəyənlər bu hədisimizi təkrar təkrar oxusunlar. Tək cümləlik bu hədisimiz meyvəsi bol olan bir ağaca bənzəyir. Gəlin bu ağacdan meyvələr dərməyə çalışaq.  

Hədisdən çıxan dərslər:

1-Hədisdə müsəlmanlar bir yerə toplaşmağa təşviq edilmişdir.

2-Hansı səbəbdən olursa olsun bir yerə toplaşdıqda Allah zikr olunmalıdır.

3-Alimlər: “Kim Allah`ın zikrindən üz çevirərsə biz ona şeytan göndərərik...” ayəsində qeyd olunan zikrdən məqsəd Quran və sünnət olduğunu deyirlər. Bu səbəbdən də bir yerə toplaşdıqda ayə və hədislər işığında İslami söhbətlər edilməlidir.

4-Cənnətə girmək üçün əməllərimiz kifayət deyil. Cənnətin qapılarını yalnız Allah`ın rəhməti açar. Kim Cənnətə girmək istəyirsə Allah`ın rəhmətinə ehtiyac hiss edər. Oxuduğumuz bu hədisimiz Allah`ın rəhmətinə nail olma vəsilələrindən bəhs edər.

5-Mələklər müsəlmanların bağışlanması üçün Allah`a dua edərlər. Bağışlanma vəsiləsi olaraq mələklərin duasına ehtiyacımız var.

6-Bir araya yığışıb Allah`ı zikr etməyimiz Allah`ın tərifini qazanmaqdan əlavə onun yanındakı mələklərin bizdən bəhs etməsini də təmin edir.

7-Ümumiyyətlə dil ilə işlənən günahların əksəriyyəti toplum içində edilir. (qiybət, dedi-qodu, iftira, zənn, alçaltma, isteza kimi) Allah`ın rəhməti o toplumu əhatə edər və şeytan oradan uzaqlaşar. Beləcə bir çox haram da işlənməmiş olur.

8-Allah`ın zikr edildiyi bir mühitdə şeytan gücsüz qalar və insanları azdırmaqda çətinlik çəkər.