İnsan Tərəfindən

Çox şey unudulmaqdadı insan tərəfindən

Bir gün salınar yadə müsəlman tərəfindən.

 

Dünya yolu karvan kimi, insan isə mehman,

Vardır bu yolun yolkəsəni, nəfs ilə şeytan,

Təqva sənə bir azuqə, iman sənə qalxan,

Səbr et, tapasan düz yolu sarvan tərəfindən.

 

Minlərcə xəta olsa da insanın özündə,

Amma ki, xətalar tutur özgənin sözündə,

Bunlar yaradır fitnə fəsadlar yer üzündə.

Gəl baxmayaq hər insana nöqsan tərəfindən,

 

Almış bu müsəlmanları ağuşuna qəflət,

Islah olacaq dinə sarılmaq ilə ümmət,

Canın nə qədər sağdısa, vardır hələ fürsət,

Yoxdur ölümün çarəsi dərman tərəfindən.

 

Hər kim nə qədər duyursa Allaha ehtiyac.

Qoy həmin qədər itaət eyləsin biəalac,

Çünki insan hər an Allahın köməyinə möhtac,

Gəlmiş bu nəsihət bizə Loğman tərəfindən.

 

Haqsız yerə baş verir qətliam və ölümlər,

Şam diyarnı işğal edir şeytani bölümlər.

Insanə edirlər elə işgəncə, zülümlər,

VAllah bu edilməz belə, heyvan tərəfindən.

 

Çoxdur yaralı, xəstə, kasıb durumda qardaş,

Gördükdə bucür halları gözlərdən axır yaş,

Ya Rəbb kömək et bizlərə, qaldıq daha çaşbaş.

Dünya daralır başmıza zindan tərəfindən.

 

Qismətdisə gec tez görərik dövrü-intibah,

Qur'anda müsəlmanlara söz veribdir Allah,

Kimlər ki, eyliyərsə kömək Islama hərgah,

Yardım gələcək Xaliqi Sübhan tərəfindən.

 

Abdulhayy

 

 

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.