Arifi-ürfan sözünü

Hərkim ki,bayraq edir əlində nadan sözünü,

O adam dərk eləməz arifi- ürfan sözünü.

 

Yaxşı iş görməyi əmr et, pis işi et qadağan,

Başına gələn çətinliklərə səbr eylə hər an,

Səsi alçalt və nəbadə yer üzündə lovğalan,

Bu cür hikmətlə deyib Həzrəti Loğman sözünü.

 

Bir zamanlar bu müsəlman əhlində  izzət olub.

Nəfsini qardaşına tərcih edən ümmət olub,

Indi isə lağ eləmək çox əfsus ki, adət olub,

Nə olar ki,deyələr bir-birinə can sözünü.

 

Biz əgər dərk eləsək nə cürdü cənnət qoxusu,

Bizi ağuşuna almaz gidi dünya yuxusu,

Söz alıb İlahi bizdən, ama indi çoxusu,

Unudub Allaha vermiş əhdi-peyman sözünü.

 

Kimlər ki, sahibidirsə imanlı ürəklərin,

Sağ ikən təmin edir nurlu, xoş gələcəklərin,

Gecə- gündüz bunu bil ki, sağ və sol mələklərin,

Qeyd edir bircə-bircə xəlvəti pünhan sözünü.

 

Sizi mənalı hədisnən eliyim indi tanış,

Allaha, axirətə iman etmisənsə çalış,

Ya otur yerində sakit, ya xeyirli söz danış,

Onun üçün bitirir burda qəzəlxan sözünü.

 

 

Abdullah Qılınc

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.